XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2020 - 22:07

Sevil Nuriyeva yazır:"Qərb öz yaratdığı sistemlə imtahana çəkilir"

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 16 iyun 2020-ci il

 

Amerikadakı üsyanlar, özlərinə qarşı olan haqsız mühitə etiraz edən qaralar, bu mühitin Avropada əks olunması, Covid-19-dan sonrakı dünyanın necə qurulacağına dair bir fikir yaradır.

Baş verən iğtişaşlara və çıxışlara baxdıqda, Britaniya, Amerika, Fransa və Almaniyanın müstəmləkə keçmişlərinin üzə çıxmasına şahidik və bu, sistem probleminin ortaya çıxdığını izah edir.

Kapitalist sistem hər kəsi qula çevirməyə çalışdığı üçün biz də adil olmayan bu dünya ilə üz-üzəyik.

Görürsünüzmü, İngilislərin çox sevdiyi Uinston Çörçilin heykəlinə necə cümlələr yazılır? İrqçi anqlo-saks kimi tarixə keçən Çörçilin baxış bucağı Qərbin ümumi rəngindən heç də silinməyib.

Avropa Birliyi ideyası ilə multikulturalizm və tolerantlıq kimi anlayışların sistemə inteqrasiyası məsələsi işıqlandırıldı. İndi başa düşdük ki, işə yaramadı.

Avropa işğal etdiyi ərazilərdən insanların axınının qarşısını almasa da, sistemlərinə inteqrasiya edərkən, rəngləri onlardan fərqli olanların insan haqlarına məhəl qoymadı.

Bu qədər insan Qərbə köçsə də, istismar etdikləri ölkələrin sahiblərinə çevrilən bu sivil ölkələrdə qanun axtardılar.  Hətta Almaniyaya, İngiltərəyə, Fransaya və Amerikaya  uyğunlaşa bilmək üçün özlərinə məxsus olan hər şeyi vermək ərəfəsindəydilər. Nə üçün? Çünki bu, kapitalist sistemdir və ağların yaratdığı sistem onu məcbur edir. Başqa cür mümkün deyil.

Bəs niyə bu vəziyyətdən daxili siyasət materialı kimi istifadə etmək daha asandır? Söhbət Amerikadakı Respublikaçılar və Demokratlar arasındakı seçim müharibəsinin mövzusu olaraq qarşımıza çıxır.

Dərin yaranın və həll olunmamış problemin bu gün əks olunması nəzarətsiz inkişaf mərhələsini gücləndirir.

Merkelin multikulturalizmin çoxmədəniyyətli fəlsəfəsini ifadə etməsi Qərbin insanlara heç bir yeni təqdimat edə bilməməsinə işarədir.

Bəs Qərbin tətbiq etməyə çalışdığı sivilizasiya anlayışı niyə işləmir? Çünki orada özündən başqasını istəmir.

Afrika, Asiya, Hindistan, Pakistan, Uzaq Şərq və Orta Şərq profilləri hamımızın gözü önündədir və onlar yalnız Qərbin çəkdiyi sərhədlər daxilində mövcuddur.

Elə bir kompleks yaratdılar ki, hər kəs, yəni, onlardan olmayan və istismar olunan ölkələrin fərdləri tez-tez onlarla həmrəy olmağı və onlara bənzəməyi həyat tərzlərinə çevirdilər.

Tarixə nəzər saldıqda, hətta Qərbin “bölüşmədən” dəyişiklik prosesinin tətbiqi də məcburiyyətin əks olunması olaraq görülməlidir. ABŞ-ın keçmiş prezidentlərindən biri olan Franklin Ruzvelt varlılara “bölüşməliyik, cənablar” dedikdə, əslində “təhlükə böyükdür, qabağını almaq üçün mütləq bölüşməliyik” mesajını vermişdi. Əldə etdiyimiz məqam “Qərbin haqsız bölüşmələrinin” və ya “bölüşdükləri vəziyyətin sonu bir üsyan olacaq” tezisinin aydın şəkildə əksini xatırladır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə