XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 14:11

Hər ay bir terror:Türkiyədə nə baş verir? –Təhlil

 

terror turk

 

BBC-nun rus xidməti 

14.03.2016 

 

Türkiyə prezidenti Rəcəb Ərdoğan Ankaradakı partlayışa cavab olaraq “terrorizmi düzüstə qoymağa” söz verdi.

Onun sözlərinə görə, onlarla insanın həyatını qeyb edən faciə ölkənin təhlükəsizlik qüvvələrinin terrorçularla çarpışmaq əzmini yalnız möhkəmləndirdi.

Türkiyənin daxili işlər naziri Əfkan Ala bildirib ki, Ankara partlayışının təhqiqatı bazar ertəsi başa çatacaq və bu aksiyanı təşkil edənlərin adları o zaman çəkiləcək. O bu açıqlamanı baş nazir Əhməd Davudoğlunun çağırdığı nazirlər kabinetinin föqəladə toplantısından sonra verib.

Bazar günü axşam partladıcı quraşdırılmış avtomobil Türkiyə paytaxtının iki başlıca nəqliyyat arteriyasının kəsişməsində partlayıb. Türkiyənin səhiyyə naziri Məhməd Müəzzinoğlu bildirib ki, partlayış yerində 30 nəfər həlak olub və daha dörd nəfər xəstəxanada keçinib. Hər şeyə baxanda, həlak olanlardan ikisi partlayışı törədənlər olub.

Səhiyyə nazirinin sözlərinə görə, Ankara xəstəxanalarına 125 yaralı çatdırılıb, onların 19-u böhranlı durumdadır.

Partlayış Ankaranın əsas nəqliyyat şəbəkələrindən birində Güvən parkının yaxınlığında baş verib. Rayonda həm də xeyli dükan var. Partlayış yerinə yaxın bir neçə avtomobil və bir avtobus tamamilə yanıb.  Hürriyet qəzeti xəbər verir ki, partlayış yerli vaxtla, təxminən, 18.40-da (Bakı vaxtilə 16.40–red.) baş verib. İkinci partlayış qorxusundan rayon sürətlə evakuasiya olunub.

Bu aksiyaya görə, hələlik heç birq qruplşama məsuliyyəti öz üzərinə götürməyib (Terrorçu PKK artıq müvafiq açıqlama verib-red.).

Türkiyə prezidenti Rəcəb Ərdoğan bəyan edib ki, terrorçu qruplaşmalar mülki əhaliyə hücum edir, çünki türk təhlükəsizlik qüvvələri tərəfindən məğlubiyyətə düçar edilir.

 

Sosialı şəbəkələr bağlanır

Hürriyet həmçinin xəbər verir ki, Ankarada yerli məhkəmə facebook,  Twitter və digər sosial şəbəkələrə girişi bağlamaq qərarı verib. Qadağa partlayış yerindən və onun nəticələri ilə bağlı fotoşəkillərin və videokadrlarn yayılmasının yolverilməzliyi ilə əsaslandırılıb. Əvvəllər sosial şəbəkələrdə bu cür şəkillər görünürdü.

Bundan başqa, məlum olub ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerika  vətəndaşlarına Ankarada mümkün partlayış haqda xəbərdarlıq edib.

Bu, Türkiyədə ilk partlayış deyil. Fevralda Ankarada bomba partlayışı baş verdi və nəticədə 30-a yaxın adam həlak oldu. Kürd ekstremist qruplaşması o zaman məsuliyyəti öz üzərinə götürdü.

BBC-nin İstanbul müxbiri deyir ki, bu cür partlayışlar Türkiyənin təhlükəsizliyinə çoxsaylı təhdidlərə işarə edir.

Bu yaxınlaradək Yaxın Şərqdə sabit vahə, həmçinin Qərbin önəmli müttəfiqi sayılan ölkə mürəkkəb duruma düşüb.

 

Türkiyədəki bu yaxınların partlayışları

*2016-cı ilin fevralı – Ankaradakı partlayışda 30 nəfər həlak oldu.

*2016-cı ilin yanvarı – ən azı, 10 almaniyalı İstanbulda ölümçü- partlayışçının əməli nəticəsində həlak oldu. Partlayışın təşkilində İŞİD-dən şübhələnirlər.

2015-ci ilin oktyabrı – sülh uğrunda çıxış edən kürdlərin nümayişi zamanı baş verən partlayışda 100-dən çox adam həlak oldu.

*2015-ci ilin iyulu –  Suriya sərhədinin yaxınlığında əsasən kürdlərin yaşadığı Suruc şəhərində ölümçü-partlayışçının törətdiyi partlayış nəticəsində 30-dan çox adam həlak oldu. Təhlükəsizlik qüvvələri bunda İŞİD-i ititham etdi.




Yuxarı Əvvələ Ana Səhifə