XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 08:12

Qərb Putinin əlinə necə oynadı? – Təhlil

Qərb potensial tərəfdaşdan təhlükəyə, hətta düşmənə çevrildi

Son aylarda Rusiyaya böyük basqı göstərilir ki, Qərbə lazım olduğu kimi hərəkət etməyə məcbur edilsin, böyük beynəlxalq bazarın qaydalarını və onun iqtisadiyyatının maliyyələşdirilməsini qəbul etsin. Lakin diqqətlə nəzər yetirilsə, bu ölkəni və liderini tarazlıqdan çıxartmağa yönəlmiş bütün cəhdlər onları daha da güclü edti.

Maydana gətirib çıxardan təxribatçı fəaliyyət Ukraynanın keçmiş prezidentinin Avropa Birliyi ilə sazişi imzalamaqdan imtinasının nəticəsi deyildi. Hələ bundan xeyli əvvəl Yanukoviçin Sevastopoldakı hərbi bazanın icarə müddətinin 40 il uzadılması haqda müqaviləni imzalaması NATO-nun Qara dənizi nəzarətə götürmək ümidlərini dəfn etdi. Rusiyanı ancaq dövlət çevrilişi sıxışdıra bilərdi. Lakin son nəticədə icarə əvəzinə müstəqil Krım əldə olundu.

Sonra iqtisadi sanksiyalar dönəmi gəldi. Bu, Rusiya üçün isə bütün azad millətlərin can atdığına – iqtisadi müstəqilliyə nail olmaq üçün yolu bildirir. Əlbəttə, yol uzun və çətin olacaq, lakin Qərb sanksiyalarının doğurduğu şoksuz bu yola çıxmaq çətin mümkün olardı.

Rubla həmlələr maliyyə baxımından Moskva birjasını çökdürdü, panikaya düşmüş Qərb investorlarının Rusiya səhmlərini satmaq cəhdi onların təyin edilən qiymətini ciddi şəkildə aşağı saldı. Rusiya şirkətləri və dövləti isə böyük sevinclə strateji müəssisələr üzərində nəzarəti az pulla ələ aldı.

Qərb Rusiyanı təcrid etmək haqdakı sözlərində coğrafiyanı aşkarca yaddan çıxardır. Rusiya 11 zaman qurşağında qərarlaşıb. Avropa Qərb qapılarını bağlamaqla ancaq şərq (çin) və güney (Hindistan) qapılarını daha geniş açdı. ölkələr bu illər ərzində əməkdaşlıqda əzəmətli bir inkişafa nail oldu. Bu, həm iqtisadiyyata, həm təhlükəsizliyə, həm də maliyyəyə aiddir. Qərb isə potensial tərəfdaşdan təhlükəyə, hətta düşmənə çevrildi.

Bəzi dövlət başçıları Moskva paradına getmədilər. Bu, Putinin sadəcə təhqir olunmasından daha çox şey ifadə edir. Marş göstərdi ki, Rusiya xalqı öz prezidentinin arxasında durub. 1941-ci ildə vətənpərvərlərin az qismi Stalinə məftun idi, lakin vətəni hamısı müdafiə edirdi. Qərb liderlərinin cocuqluğu Vladimir Putini Rusiyanın mücəssəməsinə çevirdi. Bu isə ona Rusiya xalqından gərəkli qurbanlar tələb etməyə imkan verir.

Bizim görkəmli strateqlərimizə qədim atalar sözləri üzərində düşünməyi təklif edərdim: “Rusların arabanı qoşmağı xeyli çəkir, lakin sürətlə gedirlər”.

Onlar aşkarca ruslara kömək etdilər ki, arabanı qoşsunlar, indi isə onların zirəkliyinə əmin olurlar. Təkcə onların nə qədər uzağa gedəcəyini başa düşmək qalır.

Vladimir Putin onların sayəsində ənənəvi dəyərlərin birləşdirdiyi xalqın qeydsiz-şərtsiz lideri oldu. Və buna görə onlara “sağ olun” deməsinə dəyər.

“Boulevard Voltaire” (Fransa)

17.05.2015