XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 10:12

Qərbdən Rusiyaya mesaj: “Dizin-dizin sürünəcəksən” – Təhlil

“Rusiya tədricən çinin satellitinə çevrilir”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Ukrayna böhranı və ikitərəfli münasibətlərin inkişafı lə bağlı danışıqlar üçün Moskva səfəri Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Deniel Rubinstaynın Rusiya paytaxtına gəlişi ilə eyni vaxta düşdü. Hər iki diplomat danışıqların sonunda bildirdi ki, Moskva danışıqları səmərəli oldu.

Viktoriya Nuland məlumat verib ki, Rusiya xarici işlər nazirinin müavinləri Qriqori Karasin və Sergey Ryabkovla məsləhətləşmələr “son dərəcə əsaslı və praqmatik xarakter daşıdı”.

Deniel Rubinstaynın xarici işlər nazirinin müavini Mixail Boqdanov və digər rus məmurları ilə danışıqlarının yekunu üzrə ABŞ Dövlət Departamentinin rəsmi məlumatı yayılıb: “Birləşmiş Ştatlar böhranı dəf etmək və ekstremist təhlükəyə qalib gəlmək üçün ən yaxın aylarda əsil və sabit siyasi keçidin əldə edilməsində Rusiya və beynəlxalq ictimaiyyətlə zəruri əməkdaşlığı nəzərdə tutur”.

Birləşmiş Ştatların Moskva ilə təmaslarda artan fəallığı bir çox müşahidəçilər üçün gözlənilməz oldu. Bu təmasların tezləşdirilməsi nə deməkdir? O hansı məqsədi güdə bilər?

Tatyana Parxalina: “Əsas amillər İran, Suriya və çindir”

İctimai elmlər üzrə elmi informasiya İnstitutu direktorunun müavini, Avroatlantik əməkdaşlığı Assosiasiyasının prezidenti Tatyana Parxalina Vaşinqtonla Moskvanın qarşılıqlı fəaliyyətinin güclənməsi barədə öz baxışlarını “Amerikanın səsi”nin Rus xidmətinə şərh edib: “ABŞ üçün bu gün başlıca təhdidlər, əlbəttə ki, İran, Yaxın Şərq problemi, Suriya və çindir. ABŞ siyasətində cüzi dönüş bu problemlərin həlli istəyi ilə meydana çıxıb”.

Politoloqun sözlərinə görə, Moskva Yaxın Şərq problemlərində Vaşinqton üçün arzu edilən tərəfdaş idisə, Rusiya ilə çinin qarşılıqlı şəkildə yaxınlaşması yeni amil oldu: “Qeyd etmək istəyirəm ki, ABŞ və çin iqtisadiyyatları olduqca sıx şəkildə bağlıdır və qarşılıqlı fəaliyyət davam edəcək. Lakin Rusiya ilə çin arasında hiss olunan yeni səviyyəli münasibət də öz rolunu oynadı. Nəticədə ABŞ münasibətlərimizdəki gərginliyi necəsə azaltmağı qət etdi”.

Bununla belə, Parxalina qeyd edir ki, “Moskva ilə Pekinin yaxınlaşmasının ABŞ-da doğurduğu rahatsızlıq Rusiya üçün yaxşı heç nə vəd etmir. çox təəssüf ki, Rusiya tədricən çinin satellitinə çevrilir. Rusiyanı “Avroatlantikanın şərq istehkamı” rolu həmişə açlaldır və qane etmirdisə, niyəsə indi “çinin qərb istehkamı” rolu Rusiyanı qane edir”.

Politoloq həmçinin ehtimal edir ki, Qərb Ukraynanın indiki rəhbərliyinə daha tənqidi yanaşmağa başlayıb: “Avropa və ABŞ-da Ukraynadan “yorulmaq” fenomeni müşahidə olunur. Bu o demək deyil ki, onlar daha Krımın Ukraynaya qaytarılmasından, Ukraynanın ərazi bütövlüyündən, Rusiyanın ölkənin şərqindəki separatçılara dəstəyi dayandırmalı olduğundan danışmayacaqlar. Bununla belə, bu “yorğunluq” fenomeni və Ukrayna hökumətinin qeyri-ardıcıl siyasəti bəzi dəyişikliklərin baş verməsini şərtləndirdi”.

Stanislav Belkovski: “Putin uğuru şantajla qazandı”

Politoloq Stanislav Belkovski müxbirimizlə söhbətində bildirib ki, bəzi məsələlər üzrə ABŞ və Rusiya təmaslarının güclənməsi Qərbin, faktiki olaraq, Rusiya prezidentinin bu yaxında nüvə silahı tətbiq etməyə hazır olduğu bəyanatı qarşısında təslim olduğunu ifadə edir: “Vladimir Putin dünyanı böyük müharibə ilə şantaj məsələsində müvəffəqiyyət əldə etdi. Əslində, bütün bu danışıqlar, bütün bu fəallaşmalar bu siyasətin şəksiz nəticəsidir”.

Ekspert hesab edir ki, “Vladimir Putin buna nail ola bildi ki, Rusiyanı “dünyanın ayı mağarası” hesab edir və onunla buna uyğun danışmaq lazım gəldiyini düşünürlər. Bunun Rusiyanın uğuru olub-olmaması böyük sualdır. çünki əgər səndən pis iy gəlirsə, səninlə hansısa dərrakəli mübahisələrə girməkdənsə, ən yaxşısı, səndən kənar gəzməkdir”.

Stanislav Belkovskinin fikrincə, məsələlərin bu cür durumu çox çəkməyəcək: “Rusiyanın Qərb dünyasından maliyyə və texnoloji asılılığı çox böyükdür və əlbəttə, bundan heç hara qaçmaq olmaz. Qərb hələlik sanki Rusiya rəhbərliyinə demək qərarına gəlib: uşaqlar, nə istəyirsiniz, onu da edin, lakin dolanıb qayıdanda dizin-dizin sürünəcəksiniz”.

“Amerikanın səsi”, Rus xidməti

19.05.2015