XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 13:09

Gürcüstanın Avropa ümidləri puç olur – Təhlil

Gürcülərin əksəriyyəti Avropanı zəif və qətiyyətsiz sayır

Gürcüstanda Avropaya yaxınlaşmaq ümidlərinin doğrulmaması üzündən Rusiyanın təsirinə qayıtmaq şəraiti meydana çıxıb. Amerika Milli Demokratiya İnstitutunun keçən həftə keçirdiyi sorğuya əsasən, hazırda gürcülərin 31%-i , yəni bir il əvvəlkindən iki dəfə çox insan Avrasiya Birliyinə qoşulmaq tərəfdarıdır.

Gürcüstan parlamentinin spikeri David Usupaşvili deyir: “Mən dünya siyasətindən əxz etdim ki, ölkə nə qədər kiçikdirsə, onun məyus olmaq haqqı da bir o qədər azdır. “Məyusluq” sözünü bizim lüğətdən silmək lazımdır”.

Lakin iqtisadi tənəzzül fonunda Rusiya təsirinin təzələnməsi üçün qapılar açılır. Gürcüstan strateji və beynəlxalq araşdırmalar Fondundan Eka Metreveli bildirir ki, ölkəyə “Qərbdən hanısa bir kökə lazımdır. Belə bir duyğu var ki, biz cəhd edirik, lakin heç nə baş vermir. Rusiya isə budur, buradadır”.

Gürcüstanın ötən ilin iyulunda AB ilə assosiativlik sazişi bağlamasına baxmayaraq, NATO-nun Kardiffdəki sammitində ona alyansa daxil olmaq üçün “fəaliyyət planı” təyin etməyiblər. Avropa Birliyi isə viza rejiminin gözlənilən zəiflədilməsini bu həftə təxirə salıb.

Gürcüstan vətəndaşlarının Qərbə qarşı soyumasının daha bir (dolayı) səbəbi Ukrayna münaqişəsi oldu. Adı çəkilməyən diplomatın məlumatlarına görə, onun nəticələrindən biri intizar oldu: “Bəlkə, NATO, nəhayət, öz vədini yerinə yetirəcək və Gürcüstan günlərin birində alyansa daxil olacaq? NATO bunun əvəzinə sanki öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdır, Qərb isə Ukraynanı bəlaya salıb”.

Tiflis İliya universitetinin politoloqu Giya Nodiya deyir: “Gürcülərin əksəriyyəti Avropanı zəif və qətiyyətsiz sayır. Putin isə öz istədiyinə çatan güclü oğlan kimi görünür. Adamlar da buna görə düşünürlər: Avropadan bizə nə fayda? Bəlkə, Rusiyaya dirsək göstərmək axmaqlıqdır?”

İrakli Qaribaşvilinin hökuməti Qərblə inteqrasiya kursundan imtina etmədən Rusiya ilə münasibətlərin bərpasına yönəlmiş bir sıra tədbirlər görüb. Belə ki, Gürcüstanda Rusiya telekanallarının 2008-ci il müharibəsindən sonra dayanmış yayımı bərpa olunub. Metrevelinin sözlərinə görə, “Rusiyanın yumşaq gücü siyasi landşaftı dəyişir. Onun təbliğatı getdikcə lap güclənir”.

Bəzi ekspertlər Rusiyaya yönəlik birləşmələrin (xüsusən də qeyri-hökumət qurumlarının “Avrasiya seçimi” koalisiyasının) təsirinin artmasını qeyd etsələr də, politoloqlar 2016-cı il parlament seçkilərində Rusiyayönlü partiyaların qalib gəlmə ehtimalını zəif hesab edirlər. Eyni zamanda istisna etmirlər ki, Qərbyönlü partiyaları qanunvericilik orqanında monopoliyadan məhrum etmək üçün kifayət qədər mandat əldə edə bilər.

Financial Times

19.05.2015