Skopyedəki qiyamın arxasında daha böyük oyun durur
Əvvəlcə Kumanovoda həlak olan 22 nəfər, sonra Skopyenin mərkəzində etiraz aksiyaları. Makedoniyada gəginlik yüksəlir. Daha bir Ukrayna. Hərçənd bir çox səbəblərə görə oradan daha az məlumat gəlir. Xüsusən də ona görə ki, əhalisi cəmi 2 milyon nəfər təşkil edir. Lakin Makedoniyada bu günlərdə Kiyev Maydanındakına çox oxşayan qiyam qızışır. ölkədə milliyyətçi hökumət iqtidardadır. Analitiklərin fikrincə, bu hökumət getdikcə daha sərt şəkildə sağa burulur. ölkədə hər cür məsləkli müxalifət var – o cümlədən alban azlığı. Son həftələr ərzində Makedoniyadan daha həyəcanlı məlumatlar gəlir. Müxalif Sosial-Demokrat Partiyasının lideri Zoran Zayev istintaq altındadır. Bir neçə gün öncə antiterror bölməsi ilə atışmada 22 nəfər həlak olub: əhalisinin əksəriyyəti müsəlmanlar olan Kumanovoda alban mənşəli silahlı qruplaşma dövlət çevrilişinə cəhd göstərib. “İliriya respublikası” məhz 25% etnik albanın yaşadığı ərazidə meydana çıxmalıydı. Lakin Makedoniya hökuməti qiyamın qarşısını alıb.
Dünən paytaxt Skopyedə baş nazir Nikola Qruyevskinin istefasını tələb edən 20 minə qədər adamın qatıldığı yürüş keçirirlib. Makedoniya hökumətinin başçısını korrupsiyada və təxminən, 20 min nəfərin danışığının dinlənilməsində sorumlu olmasına görə ittiham edirlər. Ukraynada olduğu kimi burada da müxtəlif motiv və tələblər bir-birinə qarışıb.
Qızğın mövzu energetika məsələsi olaraq qalır. İnkar etmək mənasızdır ki, Ukraynada oynanan partiya Rusiyadan hər gün Avropaya axan qazla bağlı ciddi problemin fonunda fırlanır. Putin bu yaxınlarda “Güney axını” layihəsindən imtina etməyə məcbur oldu, çünki Bolqarıstan öz ərazisində qaz kəmərinin inşasını dayandırıb. Rusiya prezidenti Türkiyə ilə müqavilə bağlayıb strategiyanı dəyişdi. “Balkan axını” (“Türk axını”) layihəsi nəzərdə tutur ki, qaz Avstriyaya Türkiyə, Yunanıstan və Makedoniya ərazisindən, başqa sözlə, Bolqarıstandan yan keçəcək. Putinlə Sipras arasındakı sıx təmaslar Avropanı, ən başlıcası, Birləşmiş Ştatları hürküdüb Afina üçün “Balkan axını”na qapı açdı. Makedoniya da layihəyə “bəli” dedi və Rusiyanın “Stroytransqaz” şirkəti “Türk axını”nın da qoşulacağı qaz kəmərini artıq çəkir.
Balkan ölkələrinin bütün nazirləri Makedoniya böhranından təşvişə düşüblər. Serbiyanın xaric işlər naziri Aleksandr Vuçuiç deyir: “İlk dəfərdir ki, bir az rahatsız oluram”.
Əndişələr haqlıdır, axı bu torpaqda hələ bu yaxınlarda təməlində etnik və dini təfriqələr duran müharibələr gedirdi.
Lakin hər halda istisna etmək olmaz ki, Skopyedəki qiyamın arxasında qaz boruları ilə Rusiya, Avropa və Birləşmiş Ştatları birləşdirən daha böyük oyun durur.
Cüzeppe De Lorentso (İtaliya)
19.05.2015