XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 17:37

Banklar dollarla olan krediti manata çevirməklə… –Ekspertlərin təhlili

dollar-manat.jpg

Məlum olduğu kimi, ABŞ-ın Federal Rezervlər Sistemi dolların faiz göstəricilərini dəyişməmək qərarı aldıqdan sonra dollar digər valyutalara nisbətən xeyli dəyərdən düşüb.

Dolların ucuzlaşmasını fürsət bilən banklarımız dollar kreditlərini manata çevirməyə başlayıb. Bankların bu addımı fürsətdən istifadə edib, yenə qazanmaq istəyidir.

Bununla bağlı iqtisadçı ekspert Vüqar Bayramov olke.az-a açıqlama verib:

"ABŞ-ın FRS sisteminin uçot dərəcəsinin dəyişməyəcəyi əvvəlcədən gözlənilən idi. Bir neçə gün öncə Avropa Mərkəzi Bankı uçot dərəcəsinin aşağı salınması və dövriyyəyə əlavə olaraq 20 milyard avronun buraxılması ilə bağlı qərar qəbul etdi. Ümumi məbləğ 60 milyarddan 80 milyarda qədər artırıldı. Ona görə də, FRS-in uçot dərəcəsini artırması dolların kəskin möhkəmlənməsinə gətirib çıxara bilərdi. Bu da ABŞ-ın ixracı baxımından rəsmi Vaşinqton üçün arzu olunan deyil. Hələlik dolların kəskin ucuzlaşması müşahidə edilmir. Əslində, son aylar dolların digər valyutalara nisbətən dəyər itirməsi qeydə alınıb, bu FED-in uçot dərəcəsini dəyişməməsindən öncə baş verdi. Rusiyada rubl son bir ayda ABŞ dollarına nisbətən 15%, Çin valyutası isə ABŞ dollarına nisbətən 2% dəyər qazanıb. Dolların ucuzlaşması prosesi dünya bazarında müşahidə olunurdu.

Azərbaycanda dollarla olan kreditlərin manata çevrilməsi bankların vətəndaşlara güzəşti kimi qiymətləndirilməməlidir. Bank bugünkü məzənnə ilə dollarla olan krediti manata çevirir. Kommersiya banklarında dollarla verilmiş kreditlər fərqli məzənnələrlə verilib. Bəzilərində 0.78, bəzilərində isə 1.05 idi. Vətəndaş indi yeni devalvasiyalardan ehtiyat edərək buna razılıq verir. Burada yenə bank udur. Bank dollarla olan krediti manata çevirməklə növbəti dövrdən kreditləri geri almağa çalışır. Bütün hallarda burada vətəndaş qazanmır. Vətəndaş o zaman qazana bilərdi ki, dövlət və banklar tərəfindən hər hansısa bir güzəşt edilsin, kompensasiya verilsin. Manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq. İndiki halda Mərkəzi Bank çalışır ki, valyuta ehtiyatlarına qənaət etsin. Ona görə ki, valyuta ehtiyatları 4 milyarddan aşağı düşüb. Mərkəzi Bank indiki halda Dövlət Neft Fondunun hesabına valyuta ehtiyatlarını qorumağa çalışır, ancaq bunun nə qədər davam edəcəyi neftin dünya bazarındakı qiymətindən asılı olan prosesdir. İndiki məzənnə ilə dollarla olan kreditlərin manata çevrilməsi kommersiya bankları tərəfindən edilən güzəşt deyil. Bu kommersiya banklarının vətəndaşa kreditin yüksək məzənnə ilə verilməsinin rəsmiləşdirilməsidir".

Ekspert Əkrəm Həsənov isə bankların kütləvi şəkildə dollarla olan kreditləri manata çevirməsi haqqında onda məlumat olmadığını deyib:

"Əgər banklar dollarla olan kreditləri manata çevirməyə başlayıblarsa və bunu doğrudan da edəcəklərsə, bu artıq o deməkdir ki, manatın növbəti devalvasiya ehtimalları yoxdur, yaxud azdır. Dolların indiki məzənnəsi ilə manata çevrilməsi də borc alanlara sərf etmir. Ancaq bu pis deyil, çünki vətəndaşın borcu dollarla olanda qorxur ki, növbəti devalvasiya ola bilər. İndi isə biləcək ki, borcu milli valyuta ilədir. Banklar dollarla olan kreditləri manata çevirəndə faizi dəyişməməlidir. Banklar bir devalvasiyadan qazanıblar, bir dəfə də istəsələr ki, faizi artırsınlar, onda bu əsl biabırçılıq olar".




Yuxarı Əvvələ Ana Səhifə