XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 06:28

Putinin daha bir qələbəsi – Təhlil

Böyük Britaniyanın yeni energetika naziri Ember Radd keçən həftə “Centrica” şirkətinin “Qazprom”un tədarük etdiyi qazın ixracatını güclü şəkildə artırmaq niyyətini bəyənib. Bununla belə, London son aylarda Rusiyaya münasibətdə sərt sanksiyalar uğrunda qızğın şəkildə çıxış edir. Almaniya və Fransada çoxları sanksiyaları mənasız hesab edir. Deyəsən, indi London da onlara sarı vurnuxur.

Əslində, “Centrica” heç bir pis iş görməyib. Lakin Rusiyanın qaz strategiyasının necəliyni Britaniya hökumətinin anlayıb-anlamadığı məlum deyil. Moskvanın iki hədəfi var: Rusiya qazı üçün dünya bazarında pay yeri nişanlamaq və işləri elə qurmaq ki, qaz Qərbi Avropaya Ukraynadan və yaxud rahatsızlıq yarada bilən ölkələrdən yan keçsin.

“Qazprom” Hollandiya və Böyük Britaniyaya “ilmələr” atmaqla “Quzey axını”nı çoxdan uzatmaq istəyir. Planlaşdırılmış bütün qaz kəmərləri çəkiləndə Avropanın bütün əsas qaz bazarlarına ucuz qaz gələcək. Bazarda Rusiyanın payı qalacaq, Ukrayna tranzit ödənişindən məhrum olacaq və qazın pulunu əvvəlcədən ödəmək üçün vəsait axtarmalı olacaq.

Raddın “Centrica”nın sövdələşməsini bəyənməsi bütün bu planların gerçəkləşməsini xeyli yaxınlaşdırır. Radd bu qəraraı qəbul edənə qədər avropalı və hökumətdəki həmkarları ilə məsləhətləşibmi?

Mən bu arqumenti tam şəkildə başa düşürəm ki, Rusiya ilə ticarət, onu beynəlxalq kommersya strukturlarına cəlb etmək və bununla da açıq münaqişə ehtimalını azaltmaq yaxşı işdir. Lakin buna qarşı asılılığa düşmək riski durur. Britaniya əsasən Rusiya qazını işlətməyə başlasa, nə olar?

Əgər bu sövdələşmə Ukrayna uğrunda mübahisənin ciddi şəkildə nizamlanmasının elementidirsə, Rusiya ilə münasibətlərin bərpası, Ukraynanın neytral və federativ dövlətə çevrilməsi, heç bir tədarükçünün bazarda həddindən artıq çəki əldə etməməsi üçün Avropa və Böyük Brtitaniyaya müxtəlifyönlü qaz tədarükü baş tutsaydı, onda sövdələşmə məqbul və hətta ürəyimizdən olardı. Lakin bu sövdələşmə sanksiyalar siyasətini sarsıdır və Rusiyanın azğın gücünün doğurduğu təhlükənin Böyük Britanıyanı rahatsız etmədiyinə işarə vurur və BritaniyaRusiya strategiyası haqda heç nə bilmir.

Yəqin ki, Moskvada indi kimsə bığaltı qımışır…

“The Financial Times” (ABŞ)

19.05.2015