XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 13:38

İŞİD-in “paytaxtı”mühasirədə:Rusiya “kürd kartı” ilə İraqa girir –TƏHLİL

 

kurd

Oko planet-su

18.03.2016

 

“Suriya demokratik qüvvələri” birləşmələri (SDF) son üç gündə Rakka əyalətinin şimal-şərqində yeddiyə yaxın kəndi azad edib və maksimal şəkildə onun mərkəzinə – İŞİD-in paytaxtına yaxınlaşıb.

Xəbər verilir ki, YPG kürd dəstələri (o cümlədən qadın YHJ) Əyn-İssa-Təl-Təmr yolundakı kəndləri İŞİD-dən təmizləyib, müxalif kürd və ərəb birləşmələrinə qoşulub. SDF koalisiyası qüvvələri ABŞ HHQ və HDQ təyyarələrinin köməyi ilə martın 14-15-də Əl-Kattah, Əl-Huvayşə və Bir-Həmmud kəndlərini azad edərək Rakka şəhərinə yol açıb. Qeyd olunur ki, SDF-nin ön qüvvələri hücum nəticəsində artıq Rakkanınn 27 km-liyindədir.

Eyni zamanda Rusiya HKQ-nin hücum və cəbhə bombardmançılarının əsas hissəsinin Suriyadan çıxarılmasına baxmayaraq, Rusiya aviasiyasının Suriyada işini dayandırmadığı haqda məlumatlar gəlir. Ərəb nəşrlərinin yazdığı kimi, rus təyyarələri və helikopterləri Palmira istiqamətində Suriya xüsusi təyinatlılarına və “Hizbullah” bölmələrinə dəstək verərək İŞİD-in mövqelərinə təmərküzləşmiş zərbələr endirir. Yəni qruplaşmanın sayca azaldığına baxmayaraq, Rusiya terrorizmlə mübarizəni dayandırmır.

Xatırladaq ki, SDF koalisiyası ABŞ-ın dəstəyi ilə payızda məhz İŞİD-in paytaxtına hücum üçün yaradılmışdı. Ona əsasən kürdlərin xalq özünümüdafiə dəstələri – solçu “Demokratik birlik” kürd partiyasının hərbi qanadı YPG, Azad Suriya Ordusunun döyüşçüləri və b. daxildir. Yanvarın ortalarında isə “İŞİD-in məhvi üzrə Pentaqonun yeni strategiyası” elan edildi. Onun məğzi bundan ibarətdir ki, amerikalılar əsasən yerli qüvvələrlə İŞİD-in iki başlıca istehkamını – İraq Mosulunu və Suriya Rakkasını tutmağa hazırlaşırlar. 

Suriyadan gələn məlumatlara görə, SDF koalisiyası dekabrın sonundan Rakkaya hücumu dayandırıb. O zaman Tişrin strateji bəndi İŞİD-in əlindən alındı və sonra bura Amerika xüsusi təyinatlıları gəldi, lakin barışıq şəraitində qəflətən hərəkətə başladı…

Siyasi və hərbi təhlil İnstitutu direktorunun müavini Aleksandr Xramçixin qeyd edir: “Əslində, Suriyada heç kim döyüşməyi dayandırmağa hazırlaşmır, sadəcə, bütün tərəflər yeni şəraitə və öz imkanlarına uyğun hərəkət edirlər. Eyni zamanda “xilafət” hamı üçün qanuni hədəf kimi qalır, məsələ kimin onunla ciddi şəkildə döyüşmək istəyindədir. Kürdlər amerikalılarsız da təsir dairəsini maksimal şəkildə genişləndirmək istəyərdilər, çünki bu onlara sövdələşmə üçün çox yaxşı imkanlar yaradır. Kobud şəkildə deyilsə, onlar indiki şəraitdə olduqca əlverişli durumdadırlar – həm Bəşər Əsədin müttəfiqidirlər, həm Rusiyanın, həm də ABŞ-ın. Bu onlara manevr etmək və hamıdan maksimum güzəşt qoparmaq imkanı verir. Aydındır ki, Əzaz və Cerlabus şəhərləri arasındakı Hələbə aparan məşhur dəhlizi bağlamaqdansa Rakka əyalətinin mərkəzinə doğru manevrlər əlverişlidir və hətta təhlükəsizdir”.

Avrasiya inteqrasiyası və MDB ölkələri ŞƏT inkişafı İnstitutunun şöbə rəhbəri, hərbi ekspert Vladimir Yevseyev ehtimal edir ki, amerikalıların SDF-ə dəstəyinə baxmayaraq, koalisiyanın “xilafət” paytaxtını almaq şansları azdır: “Müharibəyə qədər Rakka əhalisinin sayı 300 mindən çox idi. Kürdlərin ağır silahlarının – tank, artilleriya – olmadığı nəzərə alınsa, İŞİD-in əsil istehkama çevirdiyi bu cür böyük şəhəri əsassız hücumla almaq mümkün deyil. Bəli, mühasirəyə ala bilər, kommunikasiyaları kəsə bilərlər, lakin bundan artıq mümkün deyil”.

Bu mənada Palmiranın güclə ələ keçirilməsi daha realdır və hətta demək olar ki, labüddür. Məsələ, əlbəttə, zaman məsələsidir.

Bu arada İraqda peşmərgə Rusiya silahlarının tədarükü sayəsində türk ordusunu məhv etmək imkanı qazanıb. Rusiya kürd yığma qoşunları ilə ittifaqı möhkəmləndirməyi davam etdirir. Moskva bu günlərdə İraq Kürdüstanı qüvvələrinə (peşmərgəyə) hərbi texnika tədarükünün başlandığını rəsmən açıqladı. Silahın ilk partiyası martın 14-də RF Bağdad səfiri və baş konsulu, həmçinin peşmərgənin baş qərargahının rəisinin iştirakı ilə təhvil verilib.

RF-nın Ərbildəki Baş konsulluğunun məlumatına görə, kürdlər bir qayda olaraq CİP-lərin və yük maşınlarının banında yerləşdirilən 4–5 partiya ZU-23-2 zenit qurğusu (“Zuşka”) alıblar. Bu, Suriya üsyançılarının əsas HHM vasitəsidir və 1.5 min metrədək yüksəklikdəki hava hədəflərini məhv edə bilir. “Zuşka” rəftarda asandır, şıltaq deyil, lakin yalnız ucadan uçmayan azhərəkətli obyektlərə qarşı döyüşdə effektlidir.

Rusiya İŞİD-lə mübarizə cəbhəsində ən qabiliyyətli quru gücü sayılan İraq kürdlərinə silah təchizatını davam etdirməyi planlaşdırır. Yığma qoşuna hərbi yardım tamamilə legitimdir: Moskva bütün detalları Bağdadla razılaşdırıb. Moskva  eyni zamanda ayrılmağa can atan kürdlərlə rəsmi Bağdad arasında səmərəli balansı qorumağa çalışır. Baş nazirin birinci müavini Dmitri Roqozin bu yaxınlarda “Kommersant”-a müsahibəsində Moskvanın İraq ordusuna silah tədarükünü artırmağı haqda məlumatı təsdiq etdi.

Əlvida, Amerika!

Rusiya İraqa qayıdır və bu proses ölkəyə xeyli xarici siyasi faydalar vəd edir. İndiki İraq hökumətinin ABŞ-dan asılılığına baxmayaraq, iqtisadiyyata yatırım qoymaqdan və zəruri hərbi yardım göstərməkdən qorxmayan başqa güc mərkəzlərində dayaq axtarır. Hər şeyə görə, bizim 1960-cı illərdən Bağdadla isti münasibətləri formalaşan Rusiya bu rolu oynamağa hazırdır.

 

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə