XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2016 - 16:27

Rusiya Avropanın qazını kəssə, nə olacaq? –Təhlil

 

putin qaz

 

Toni Barber

The Financial Times (Böyük Britaniya), 18.03.2016

 

Rusiya hansı şəraitdə Avropaya qaz tədarükünü uzun müddətə dayandıra bilər və nəticəsi necə olacaq? Bu cür ssenari nəzərdən keçirilmək üçün olduqca yöndəmsiz görünə bilər.

Rusiya Avropaya enerji resursları ixracatından dedikcə güclü şəkildə asılıdır və istəyir ki, onun etibarlı tərəfdaş saysınlar. Hətta 2004 və 2009-cu illərin qaz böhranı şəraitində də ruslar bu cür dərinə getmədilər. Moskva ilk baxışdan onun maraqlarına şərait yaratmaqdansa daha çox ziyan vuracaq addımı niyə atmalıdır?

Bütün bunlar keçən həftə Kembric universitetinin Kristi Korpusu kollecində baş tutmuş cəlbedici mühazirə və diskussiyaların mövzusu oldu. Onu tarixçi Brendan Simmsin “Geopolitika üzrə forum”u təşkil etmişdi. Bu tədbirin təməl motivi bu idi ki, hökumət, biznes və elmi dairələr nə qədər ağlıabatan görünməsə də, “qorxunc ssenarilər”i nəzərdən keçirməlidir. Nəhayət, geopolitik olaylar təməlincə həmişə gözlənilməzdir.

Əsas natiq “Financial Times”ın energetik məsələlər üzrə blogunda məqalələrin oxuculara tanış müəllifi Nik Batler idi. Batler keçmişdə BP-də top-menecer və Britaniya hökumətində müşavir işləyib, Rusiya iqtisadiyyatı, energetika sektoru və Kremlin xarici siyasətini müəyyən edən güclər haqda dərin bilgiyə sahibdir. Batler ondan başladı ki, dünyada enerji resurslarının aşağı qiymətləri Rusiya iqtisadiyyatına güclü təzyiq göstərir.

Moskvanın Çinə ixrcatı artırmaq hesabına qaza Avropada tələbatın düşməsinə müvazinət yaratmaq cəhdləri hələlik heç bir nəticə verməyib. Belə olan halda Rusiya prezidenti Vladimir Putinin təzyiqə cavab kimi 2008-ci ildə Gürcüstana qarşı müharibə, 2014-cü ildə Krımın ilhaqı və yaxud bu yaxınlarda Suriyaya müdaxiləyə oxşar xarici siyasət macərasına başlayacağı durumu təsəvvür edin. O nə edə bilər və Qərb buna necə cavab verəcək?

Batler güman edir ki, Putin Ukraynanın cənub-şərqində Donbasda bölücü münaqişəni yenidən qızışdıra bilər. Bu, Rusiyaya qarşı Qərbin iqtisadi və digər sanksiyalarının sərtləşdirilməsinə şərait yaradar. Sonra isə Putin Avropaya qaz tədarükünü kəsə bilər.

Batler hesab edir ki, belə bir hadisə baş versə, Rusiya qazının əsas idxalatçısı Almaniya daxil olmaqla Qərbi Avropa iqtisadiyyatına zərbə xüsusən güclü olacaq. O, AB tərkibindəki Mərkəzi və Şərqi Avropa ölkələrindən bəziləri üçün daha ciddi ola bilər, lakin hər halda bunun öhdəsindən gəlmək mümkün olacaq.

Bu halda Ukrayna hamıdan çox zərər görəcək, çünki Kiyevin nəzarətində olan ərazilər Rusiya və Donbas kömüründən, elektrikindən  istifadə edir, həm də Rusiyadan qaz alır. Kiyev enerjiyə qənaət məqsədilə ikigünlük iş həftəsi tətbiq edə bilər (1974-cü ildə Britaniyadakı üçgünlük iş həftəsini yada salın). Bu durumda Ukraynada iqtisadi iflas baş verər və ukraynalılar çox böyük miqdarda Polşaya, Almaniya axışacaq. Bu gün Suriya və başqa ölkələrdən qaçqınların etdiyi kimi. Mühacirətin ən ağrılı problem olduğu Britaniya, Fransa və Almaniya hökumətləri bu halda  Putinlə razılığa gələcək. Birləşmiş Ştatlar Ukraynanın sabitsizləşdirilməsi üzrə Rusiyanın fəaliyyətini qınayacaq, lakin Putinə və müşavirlərinə son dərəcə aydın olacaq ki, Vaşinqton Ukraynanın müdafiəsi naminə heç vaxt qüvvə tətbiqinə əl atmayacaq.

Baler bildirdi ki, beləliklə, böhran razılaşma ilə başa çata bilər – həm də Rusiyanın şərtləri ilə. Ukrayna rəsmən neytral dövlətə çevriləcək, lakin rəhbərliyi Rusiyaya yönələcək, ya da onunla barışacaq. Donbas isə faktiki müstəqillik əldə edəcək.

Avropa enerji resurslarının tədarükü üzrə Rusiya ilə uzunmüddətli yeni müqavilə bağlamağa məcbur olacaq. Batler fərz edir: avropalılar orta bazar qiymətini 20% üstələyən qeyd olunmuş qimətə qaz almaq üçün öz üzərlərinə 25 illik öhdəlik götürəcəklər.

BP-nin keçmiş meneceri lap əvvəldən qeyd etdi ki, bu cür ssenarini həqiqətəbənzər saymır. Lakin Brendan Simms qorxunc geopolitik ssenarini sizə təsvir etməyi təklif edirsə, o məhz bu cür olacaq.

Mən öz tərəfimdən düşündüm ki, Batlerin arqumentləri inandırıcıdır. Belə bir dəhşət həqiqətən baş versə, onun əsasında üç amil duracaq: а)Rusiyanıən energetik problemləri, b) Ukraynanın gələcyi sarıdan münaqişə və ən önəmlisi 3) Rusiya nə qədər qaba tərəfdaş olsa da, onun Avropanın geopöolitik və iqtisadi düzənindən məhrum etməyin mümkünsüzlüyü haqda Avropanın etirafı.

 

Tərcümə Strateq.az-ındır