XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2015 - 13:13

Fars körfəzində böhran və qızğın silahlanma – Təhlil

Qərb və Rusiya Yaxın Şərqi silah anbarına çevirir

Obama ötən həftə Fars körfəzi ölkələrinin liderlərini qəbul etdi. Səudiyyə Ərəbistanının kralı nümayəndələrə qoşulmasa da, bu səfər ciddi şəkildə onun özünə də aid idi. İranın bölgə siyasəti Fars körfəzi ölkələrinə əvvəlki kimi rahatlıq vermir. Obama onları sakitləşdirməyə çalışıb hətta kömək də vəd etdi. Lakin verilən açıqlama və şərhlərə baxarkən qonaqlar o qədər də məmnun qalmayıblar. Nəticədə aydın oldu ki, Fars körfəzi ölkələri öz təhlükəsizliklərini təmin etməkdən ötrü yeni variant axtarışna başlayacaq və hərbi qüvvənin gücləndirilməsi üçün kisələrinin ağzını açacaq.

Silah bazarı qaynaşır

İranın nüvə tərk-silahı haqda saziş, gözlənildiyi kimi, iyunda imzalanacaq və dərhal bir çox məsələlər üzrə Tehranın əl-qolunu açacaq. Artıq Obamanın “asan və az xərc tələb edən” kimi müəyyən etdiyi “gizli əməliyyatlar”ın potensialından istifadəsi ilə durum belə olub. Və İranın belə azadlıq əldə etməsinin ən yaxşı misalı dini lider Əli Xameneinin bəyanatıdır. O, vəd edib ki, Yəmən, Bəhreyn, Fələstin kimi ölkələrdə “bölgənin məzlum xalqlarına” kömək etməkdən ötrü İran əlindən gələni edəcək.

Tamamilə təbiidir ki, bu bəyannamədə onsuz da zəruri yardım alan Livan və Suriya yoxdur. Buna görə də əhalinin önəmli hissəsini şiələr (oxu: məzlum xalqlar) təşkil edən Səudiyyə Ərəbistanı və Küveyt İranın dini liderinin aşıqlamasında hətta xatırlanmasa da, əsəbiləşməyə bilməz. Bəli, İran nüvə silahına yiyələnməyi daha yaxşı dövrlərə qədər təxirə salır, lakin eyni zamanda adi silahların artırılmasını məhdudlaşdıran məhdudluqdan azad olacaq. Arası kəsilməyən hərbi gərginlik, həmçinin ölkələri istənilən qədər hər növ adi silahları asanlıqla əldə edə biləcəyi Yaxın Şərqdəki münaqişələr silah bazarını canlandırıb. Bu durum təkcə uzun illər ərzində bölgəyə ilk dəfə hərbi təyyarələr satmağa başlayan Fransanı deyil, başqa Qərb ölkələrini, həmçinin Rusiyanı həvəsə gətirib. Rusiya adi silahların dünya bazarında birincilik uğrunda ABŞ-la rəqabəti davam etdirir. Deməli, 2014-cü ilin məlumatına görə, bu bazarda ABŞ-ın payı 28%, Rusiyanınkı 27% təşkil edir. Gözlənilir ki, İranla saziş bağlanandan sonra Rusiya bu ölkəyə 11-13 milyard dollar məbləğində silah sata bilər. Hətta hərbi bazarda öz payını artırmağı və məhdudiyyətlərdən narazı müştərilərin tələbatına cavab verməyi arzulayan Rusiya bildirir ki, silah ticarəti haqda Beynəlxalq müqaviləni imzalamayacaq. Rusiyanın silah satması bölgədəki tarazlığı ciddi şəkildə silkələyib yumşaldacaq. Xüsusən də Fars körfəzində. Lakin bu həm də Rusiya iqtisadiyyatına bir udum təzə hava verəcək.

Hələ artmaqda olan İran xofu və Obamanın “tam təhlükəsizlik zəmanəti” verməməsini demirik, Səudiyyə Ərəbistanı və Qətərin Yəməndə açıq əməliyyat aparması və Suriya ilə İraqdakı “gizli əməliyyatlar” tamamilə kifayət edir ki, bölgə silah anbarına çevrilsin. Səudiyyə Ərəbistanı 2014-cü ildə müdafiəyə 81 milyard dollar xərc müqabilində (həmin qaynağa əsasən, Türkiyənin 21 milyard dollarına qarşı) silah alışına 6,5 milyard dollar sərf edərək keçən ilə nisbətdə idxal edilən silahın həcmini 54% artırıb. ABŞ isə bölgəyə 8,4 milyad dollarlıq silah satmaqla bütün dövrlərin rekordunu vurub.

Müharibə və müdafiə – bahalı biznesdir. Həm də bu, hər şeydən öncə, İraq, Suriya, Yəmən və Liviyada axırı görünməyən assimetrik tipli müharibəyə aidir. Lakin nə qədər ziddiyyətli olsa da, ağzınacan bahalı oyuncaqlarla doldurulmuş anbarlar hələ qələbə və təhlükəsizliyə zəmanət deyil.

Nihat Ali özcan

“Milliyet” (Türkiyə), 20.05.2015