XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 13:14

İsrail-Türkiyə münasibətləri mülayimləşir: Putin yaxınlaşma prosesini poza bilər - Təhlil

erdoqan-netanyaho

 

Daniele Raineri

Il Foglio (İtaliya)

 

Netanyahu bazar günü ilk dəfə Ankaradakı hücumu ittiham etdi. İsrailin baş naziri Ərdoğanla yeni diplomatik münasibət yaratmaq istərdi, lakin Putin yaxınlaşma prosesinə mane ola bilər.

İsrail baş naziri Benyamin Netanyahu bazar günü gecədən keçmiş Ankarada 34 nəfərin həlakına səbəb olmuş hücumu ittiham etdi və “terrorzimlə müharibədə türk xalqıyla həmrəylik” ifadə etdi. Bu, adi formallıq görünə bilər, lakin bu, Yerusəlim, Ankara və Moskva arasındakı beynəlxalq münasibətlərdə son yenilikdir. İsrailin "Kanal-2"-nin yanvarda qeyd etdiyi kimi, xarici işlər nazirliyinin məsləhətlərinə baxmayaraq, İsrail hökuməti Türkiyəyə əvvəlki hücumu aşkar formada ittiham etmədi. Bəzi vəzifəli şəxslərin fikrincə, bu, fələstinlilərin İsraildəki hücumuna Türkiyənin laqeyd münasibətinə İsrailin reaksiyasıdır.

Məsələn, fevralın 17-də türk hərbçilərini aparan avtobusla partladıcı bərkidilmiş avtomobilin toqquşması və nəticədə 29 nəfərin həlak olduğu partlayış (hücum PKK ilə bağlı kiçik qruplaşmaya aid edildi) və yaxud İstanbulda Mavi məscidin yanında 13 nəfəri həlak edən bomba partlayışı (terakta görə məsuliyyəti İŞİD öz üzərinə götürdü).

Netanyahunun bu xüsusda ifadə etdiyi ittiham ondan xəbər verir ki, 2010-cu ildə Mavi Mərmərə gəmisi ilə bağlı iki ölkə asrasında baş vermiş insidentdən sona (İsrail xüsusi təynatlıları Qəzza sahilində mühasirəni yarmağa cəhd etmiş gəmidə Türkiyənin 10 vətəndaşını öldürmüşdü) heçə enmiş diplomatik münasibətlər tədricən irəli gedir. Durumun yaxşılaşmağa başlaması son həftələr xüsusən də Türkiyə tərəfdən yayılmağa başlamış xeyli xəbər sayəsində məlum olur. Yerusəlimə səfər etmiş ABŞ vitser-prezidenti Co Bayden keçən çərşənbə axşamı Netanyahuya deyib: “Ərdoğan İsraillə mümkün qədər tez barışıq istəyir”.

Lakin həlli zəruri olan məsələlər hələ də var: məsələn, şərtlərdən biri İsrailə hücumlar təşkil edən  HƏMAS-ın Türkiyədəki mənzil qərargahını və üzvlərini Türkiyədən uzaqlaşdırmaq.

Münasibətlər normal məcraya dönsə, hər iki hökumət İsrail sahillərindəki neft yataqlarına dair böyük müqavilə bağlamaq imkanından danışa bilər: Türkiyə Rusiyadan fərqli tədarükçü arayır, İsrail alıcı axtarır.

İsrail XİN-dəki öz adını açıqlamaq istəməyən qaynaq deyir: “Türkiyə ilə münasibətlərin əvvəlki səviyyəyə qayıda biləcəyinə şübhə edirəm”.

Rusiya bu yaxınlaşma prosesinə mane ola bilər. Baydenin səfər günü İsrail jurnalisti Ben Kaspit “Ərdoğandansa, İsrailin niyə Putinə daha çox ehtiyacı var?” məqaləsini yazıb qeyd edib: Netanyahu martın 17-də Kanberrada çoxdan səfəri gözlənilən prezident Reuvan Rivlinlə diplomatik qalmaqal törətdi (avstraliyalılar prezidentin gəlişini həyəcanla gözləyirdilər, bütün planları dəyişdilər, hökumət üzvlərindən biri xaricə səfərini təxirə saldı). Lakin belə oldu ki, Rusiya elə həmin gün Rivlini dəvət etdi və seçim etmək lazım idi: Kanberrra, ya da Moskva. İkinci variant qalib gəldi.

Kaspitin izah etdiyi kimi, İsrail hökuməti hazırda Suriyada prezident Vladimir Putinlə İsrailin böyük düşmənləri İran və Hizbullah arasındakı taktiki alyansa "paz çalmaq" imkanı görür. Narazılıq əlamətləri var. Küveytin gündəlik “Əl-Cəridə” qəzeti martın 5-də yazdı ki, Moskva, ən azı, beş dəfə S-300 strateji raket sistemini verməyi dayandırıb. Qəzet iddia edir ki, ruslar qəzəbdən Suriya üçün nəzərdə tutulmuş silahları Hizbullaha ötürüb, bəzi hallarda isə Rusiya təyyarələri Livanın üzərində cəmləşib.

Kaspit iddia edir ki, İsrail rəsmiləri xəbər sızıntısı qəsdilə Küveyt qəzetindən tez-tez istifadə edirlər. Qəfil dönüş – Rusiya HHQ-nin Suriyadan qismən çıxardılması olmasaydı, hamı gümanlara qapılmağı davam etdirərdi.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə