XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Mart 2016 - 16:56

Almaniyanın başıbəlalı qızılları –Və yaxud ABŞ-ın ən böyük sirri

qizil-22

 

Ola bilsin ki, bu, əkiz qüllələrdən və Pentaqonun binasındakı anlaşılmaz, avialaynerin “əridiyi” deşiklərdən sonra ən böyük sirdir. Və bu, ABŞ-ın qızıllarıdır. Qızıllarına görə başı bəlalar çəkmiş Almaniya bizi yenidən bu mövzuya qayıtmağa vadar etdi.

Niyə Almaniyanı qızıl məsələsində “başı bəlalar çəkmiş” adlandırıram? Çünki dünyada ABŞ-dan sonra ən böyük qızıl ehtiyatı Almaniyanındır – kağız üzərində. Fakt üzrə isə onu əldə edə bilmir.

Almaniya qızılının saxlanma strukturu:

 

* 1347,4 ton və yaxud 39,9% – Nyu-Yorkda

*196,4 тон və yaxud 5,8% – Parisdə

*434,7 ton və yaxud 12,9% – Londonda

*1402,5 ton və yaxud 41,5% – Frankfurtda.

 

Almaniya 2013-cü ildən qızılın 366 tonunu geri götürdü, həm də 2013-cü ildə Nyu-Yorkdan cəmi 5 ton qaytarılıb. Bu ölkə yenidən öz qızılını ABŞ-dan geri qaytarmağa hazırlaşır. Və qəribəsi budur:

1. Almaniya keçmişdə ABŞ-a təzyiq cəhdini dayandırdı və bildirdi ki, qızılların ABŞ-da etibarlı yerdə yerləşdiyindən məmnundur.

2. Almaniya qaytarma prosesinin ləngidiyini anlayarkən xahiş etdi ki, heç olmasa, öz qızılının auditini keçirməyə imkan versinlər. Əvəzində audit yox, iki barmağın arasından baş barmaq göstərdilər.

3. Auditə görə Almaniyanın başına börk qoyarkən almanlar xahiş etdilər ki, heç olmasa, qızıl külçələrinin nömrələrini təqdim etsinlər. Siyahı əvəzinə yenə də “baş barmağı” gördülər.

Hollandiyanın da başına börk qoydular və söz-söhbət gəzir ki, kraliça Beatriksin taxt-tacdan imtina etməyinə məhz qızıl qalmaqalı səbəb olub. Dünyanın 60 ölkəsi qızılını ABŞ-da saxlayır. Bəs niyə bu cür alınıb? Cavab həm sadə, həm də qəlizdir.

İş burasındadır ki, dünyada fiziki qızılın alındığı az-az yerlərdən biri Nyu-Yorkdakı COMEX birjasıdır. Lakin alıcılar hansısa anlaşılmaz səbəbdən fiziki qızılı fiziki olaraq elə oradaca “məsuliyyətli saxlanc”a qoyublar. İntriqanı duyursunuz?

Bu, ABŞ-ın qızıl ehtiyatının qəribəliklərindən yalnız biridir.

İkincisini daha çox “volfram qızıl” adıyla məşhurlaşan qalmaqal kimi xatırlada bilərəm. Alınmış qızıl külçələr (5400 ədəd və hər biri 400 unsiya) Çinə aparılmağa yüklənərkən, qızıl suyuna çəkilmiş volfram külçəsi çıxdı. Qızıl alınarkən Çinin hansı səbəbdən ekspertiza qərarına gəldiyi məlum deyil, lakin güman ki, ABŞ bu cür gedişatı nəzərə almamışdı. Bunun ABŞ-a nəyə başa gəldiyi bilinmir, lakin qalmaqalı birtəhər səngitməyə nail oldular.

Bununla belə, Çin öz araşdırmasını apardı. Külçələrin qeydiyyat nömrəsi işarə edirdi ki, saxta külçələr Klinton administrasiyası dönəmində Federal Ehtiyat Sisteminin (FES) banklarından alınıb. FES bankirlərinin sifarişi ilə niyəsə o zaman məhz 400 unsiyalıq, haradasa 1,3-1,5 milyon ədəd volfram piltələr hazırlanıb. Təəccüblüdür, düzdür?

Bundan pisi: birbaşa ABŞ-da da şəxsi adamlar saxta sikkə və ya tirvari qızıllar alarkən qalmaqallar olub. Lakin qəribəliklər bununla bitmir. Məsələ burasındadır ki, amerikalıların özləri də (özgələrin saxlancında qorunan) öz qızıl ehtiyatlarının auditini keçirdə bilmirlər. 2012-ci ilin sentyabrında Nyu-Yorkun ən böyük saxlancının qızıl ehtiyatının yoxlanışı keçirilməliydi. Hər halda yoxlanış keçirildi. Audit 2012-ci il sentyabrın 30-da başlandı və elə həmin gün başa çatdı. ABŞ maliyyə nazirliyi kənardan heç bir mütəxəssis cəlb etmədən özü özünü yoxladı. Auditin nəticəsi 14 səhifəlik mətn oldu. Mətnin 13 səhifəsi auditin keçirilməsi qaydalarına həsr edilmişdi, sonuncu səhifə isə auiditin özünə aid idi və deyilirdi ki, ümumən 23.890 milyon dollarlıq qızılın 99%-i FES-in nəzarəti altında saxlancdadır. Hələ çəkisi də göstərilirdi – 466 ton və artıq heç bir məlumat yox idi. Nə də külçələrin nömrəsi. Audit deyil, təhqirdir.

“Goldman Saks” 2012-ci ildə guya qızılla təmin edilmiş sertifikatlar satdı. Fırıldaq baş tutacaqdı, axı hansı axmaq sertifikatı fiziki qızıla dəyişər, çünki sertifikat da elə qızıldır, bircə onu oğurlamırlar. Lakin Almaniya və Çinlə qalmaqaldan sonra fırıldağın üstü açıldı. Onun məğzi “Çərxi-fələk” kimi sadədir. Qızılda bir sıra alətlər var – füçerslər, sertifikatlar, ETF ("exchange traded funds") və s. Bunlar eyni külçəni bir neçə dəfə müxtəlif adamlara satmağa imkan verir, nəticədə isə fiziki külçə yenə də Manhettendəki saxlancda qalır. Ekspertlər çoxdan deyirlər ki, dünyada fiziki qızıl fiziki qızılın kağızlarından çoxdur (bəlkə də, on dəfələrlə). Və onların özləri də artıq FES-in və ABŞ Xəzinəsinin auditini keçirmək istəmirlər.

Niyə? Çünki adamı vahimə basır. Ən yaxşısı, qoy dünya düşünsün ki, qızılı var və dünya maliyyə sistemi pis-yaxşı mövcuddur. Təki görünməsin ki, ABŞ-ın qızılı yoxdur və bu, elə bir maliyyə sunamisinə səbəb olar ki, Yellostounun partlamağı bundan yaxşıdır. Dövlət dağılacaq, tam anlaşılan səbəblərə görə güzəran Somalidəkindən və yaxud Ukraynadakından pis olacaq.

P.S. Niyə məhz volfram? Dünyada sıxlıqca qızılla tutuşdurulan xeyli metal var, lakin yalnız ikisi qızıldan ucuzdur. Bu, radioaktivlik səbəbindən işlənməsi çətin olan yoxsullaşmış urandır. İkincisi isə məhz ideal namizəd, qızıldan xeyli ucuz, sıxlığı qızıldan cəmi 0,3% az olan volframdır.

P.P.S. FES təmsilçisi Skott Alvares: “FES ümumiyyətlə heç bir qızılın yiyəsi deyil. 1934-cü ildən biz qızıl yiyəsi deyilik və heç bir qızıl alverində iştirak etməmişik… Mühasibatlıq balansında olanlar qızıl sertifikatlarıdır… FES 1934-cü ilədək qızıl sahibi idi. Onu qanuna uyğun olaraq Xəzinəyə verdik və əvəzində bu qızıl sertifikatları aldıq”.

 

cont.ws

Tərcümə Strateq.az-ındır.