XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 01:00

Sevil Nuriyeva yazır:"İşğal olunmuş Qarabağ və PKK terrorçuları"

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 19 sentyabr 2020-ci il

 

Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinin Ermənistanın vasitəsilə terrorçu yuvasına çevrildiyi haqda xəbərlərə çoxdan rast gəlinir. Lakin son vaxtlar məsələnin xüsusilə Rusiya ilə əlaqəli KİV-də ciddi faktlar əsasında yenidən müzakirəyə çıxarılması təsadüf deyil.

Dağlıq Qarabağa Suriya İraqdan PKK-PYD terrorçularının gətirildiyinə dair xəbərlər xüsusilə indiki dövrdə ciddi araşdırılmalıdır.

Mətbuatda əks olunan bu xəbərləri aşardırdığımız zaman Rusiyaİranla bağlı məqamları da yaxşı təhlil etməliyik. Məsələn, son vaxtlar Moskvanın Suriyadakı oyuna PYD kimi terrorçu ünsürü də cəlb etmək cəhdləriylə Rusiyanın da dəstəyi ilə işğal olunmuş Dağlıq Qarabağda Suriya və İraqdan olan PKK terrorçularının yerləşdirilməsi xəbərləri arasında əlaqə qurmaq çətin deyil.

Rusiyanın istər Liviya, istərsə də Suriyada Türkiyə ilə, bəzən anlaşsa da, bəzən ixtilifa girdiyi bəllidir. Ermənistanın son təxribatlarından, təcavüzkarlığından, müharibəni yenidən alovlandırmaq cəhdindən sonra isə Türkiyə ortaya kifayət açıq mövqe qoyub. Məhz bunun ardınca bu cür xəbərlər aktuallaşmağa başlayıb. Demək, bu iki məsələ arasında əlaqə kifayət qədər ciddidir. Bu məsələdə, təbii ki, Fransaya da diqqət yetirilməlidir.

Əslində, hələlik Suriyada nə PKK-PYD kartı, nə ABŞ modeli, nə İran-Əsəd modeli, nə də Rusiya modeli aşkar uğur qazana bilir. Səbəb isə Türkiyədir. Məhz Türkiyənin mövcudluğu, mövqeyi qeyd olunan modellərin uğur qazanmasını çətinləşdirir. Və təbii ki, İran. İran və Fransa.

İran-Rusiya ittifaqı hər zaman Türkiyə ilə bağlı bütün uğurlu əməliyyatlara qarşı çıxıb və çıxır. Belə bir vəziyyətdə İranın Dağlıq Qarabağı işğal etmiş Ermənistana dəstəyi, PKK üzvlərinin Dağlıq Qarabağda yerləşdirilməsinə münasibəti bizi düşündürməlidir.

Keçək PKK-YPG terrorçularının Dağlıq Qarabağa gətirilməsi xəbərinə. Bu xəbərlər bu gün daha ciddi əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan ittifaqı daha real şəkil almaqdadır. Ermənilərin son hücumlarından sonra Türkiyənin ortaya açıq və birmənalı mövqe qoyması bunun göstəricisidir.

Rusiyaya gəlincə, əvvəlki yazılarımda Moskvanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyindən bəhs etmişəm. Rusiyanın gələcəkdə siyasi maraqlarını təmin etməsi üçün bu problem davam etməlidir.

Bəs Dağlıq Qarabağda “PKK-PYD kozırı”ının yaradılması hansı planın tərkib hissəsidir? Bəlkə yeni formatda müharibəyə hazırlıq görülür? Suriyada istifadəsi çətin olan “PKK-PYD kozırı” Dağlıq Qarabağa hansı məqsədlərlə daşınır?

Bəli, çətin dövrdən keçirik. Ancaq bir şey dəqiqdir: Yaxın Şərqdə Türkiyəsiz mənzərə mümkün olmadığı kimi, Qafqazda Türkiyəsizlik xüsusilə Rusiya İran üçün dərin çöküşün, ədavətin başlangıcı ola bilər. Buna heç kəsin şübhəsi olmasın.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə