XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 13:40

MİT-ə qarşı sərt ittihamlar:Türkiyə niyə terrora məğlub olur? – Təhlil

mit-1

Arif Asalıoğlu

"Regnum"

 

Martın 13-də Ankarada Qızılay meydanındaki terakt 37 insanın həyatını apardı. Altı gündən sonra yenə də partlayış guruldadı, "canlı bomba" İstanbulun ən qələbəlik küçəsində – Bəyoğluda özünü partlatdı. ABŞ və Almaniya səfirlikləri ölkənin iki böyük şəhərində mümkün teraktlar haqda öz vətəndaşlarına təkidlə xəbərdarlıq etdi. Onların qabağını almağın mümkünsüzlüyü kəşfiyyatın və təhlükəsizlik qüvvələrinin zəifliyini göstərdi. Milli Kəşfiyyat Xidməti (MİT) terrorçuları izləmək əvəzinə, müxalifəti güdür. Hər gün müxalifət sıralarından on-iyirmi nəfəri həbs edir, hansısa konkret sübutlar təqdim etmədən onları dövlət əleyhinə fəaliyyətdə ittiham edir.

Terrorçu martın 19-da İstiqlal turist küçəsində özünü partladıb 5 nəfəri öldürdü, yoldan keçən 36 nəfər yaralandı. Həlak olanların içində 3 əcnəbi var idi. Almaniya səfirliyi, konsulluğu və məktəbləri bir neçə günlüyə bağlandı, ABŞ isə öz vətəndaşlarını Türkiyənin beş mahalında camaatın çox olduğu yerlərə baş çəkməkdən çəkinməyə çağırdı. Ankara Berlinlə Vaşinqtonun hərəkətinə tənqidi reaksiya verərək bildirdi ki, “onlar rəsmi hökumətlə razılaşmadan addımlar atır”.

Almaniya xarici işlər nazirliyi partlayışdan bir gün öncə “otelləri tərk etməmək” çağrışı ilə öz vətəndaşlarına müraciət etdi. Türkiyə hökumətinə gəlincə, partlayışdan dərhal sonra KİV vasitəsilə məlumatın yayılmasına yasaq qoydu və təhlükəsizlik şurasının təcili toplantısını keçirtdi. Televiziya və Radio Yayımı Üzrə Ali Şura (RTÜK) partlayış haqda məlumata qadağa tətbiq etdi. İstiqlal küçəsi piyada və avtomobillərin hərəkəti üçün bağlandı. Ətraf məhəllələr bir anda boşaldı, mağazaların vitrinləri pərdələndi. Otellərin əksəriyyəti qapılarını bağladı. Mərkəzdə bəzi turistlərin oteli necə tərk etdiyi görünürdü. Siyasətçilər, incəsənət xadimləri, yazıçılar, ziyalılar hökumətin partlayışdan sonra xalqa müraciətinə nisbətdə sərt açıqlama verdilər. Xalqların Demokratik Partiyasının (XDP) baş katibi Səlahəddin Dəmirdaş sıradakını qeyd etdi: “Bizim terrorla yanaşı yaşamağa alışmalı oldğumuzu deyənlərə “yox” cavabını veririk! İnsanlar ölkənin bir hissəsində tanklara və atılan mərmilərə görə öz evlərində yaşaya bilmir, başqa bir hissəsində "canlı bombalar"ın partlayışları qorxusundan  evlərindən çıxa bilmirlər”.

Millətçi Hərəkat Partiyasından (MHP) deputat Lütfi Türkqan da bəlağətli idi: “İstanbuldakı partlayış göstərdi ki, adi vətəndaşlarda kəşfiyyat məlumatları daha çoxdur, nəinki MİT-də. Kəşfiyyat bütün vacib işlərini atıb və səni, məni, müxalifətin sözlərini izləməklə məşğuldur. Terrorçular isə bu arada cəzasız şəkildə öz qanlı planlarını gerçəkləşdirirlər…”

Cümhuriyyət Xalq Partiyası (CXP) sədrinin müavini Özgür Özəl milliyyətçi düşərgənin təmsilçiləri ilə həmrəydir: “Dövlətin iki funksiyası var: xalqa xidmət və bu xidmət üçün ondan vergi yığmaq. Biz kəşfiyyat məlumatlarını xarici dövlətlərdən alırıq. Türkiyədə partlayşlar haqda məlumatların dərcinə yasaq qoyulub, bunlar haqda xarici agentliklərdən məlumat öyrənməyə məcburuq. Xalq isə qanuni sual verir: “Onda biz dövlətə niyə vergi ödəyirik?” Xalq artıq dövləti dövlət kimi qəbul etmir. Bu səhlənkarlığa görə sorumlular ölkə qarşısında cavab verməlidirlər. On gündən bir ölkənin baş meydanlarında partlayışlar səslənir, günahsız insanlar həlak olur, daxili işlər naziri isə sakitcə öz kreslosunda oturub. Biz bu cür başısoyuqluğa yol verə bilmərik. Bu pozucu səhlənkarlıq cəzalandırılmalıdır”.

CXR-dən deputat Ərən Ərdəm daha qəzəbli idi: “Siz Türkiyəni fövqəldövlət etməyə söz vermişdiniz. Lakin biz Pakistandan da pis gündəyik! Nəsibimiz acıdır. Terroru lənətə gəlsin! Biz terrora vərdiş etməyəcəyik! Bizi terrorla yaşamağa alışdırmağa cəhd edənlər uduzacaqlar. Xarici ölkələrin səfirlikləri günlərlə partlayış təhlükəsindən danışdı. Bəs bizim MİT haradadır? Kəşfiyyatımız haradadır? Artıq yetər! Siz ölkəni terror girdabına sürüklədiniz. İnsanların həlakı adi şeyə çevrilib. Hər yerdə partlayışlar guruldayır. Sorumlular istefa verməlidirlər! Biz terrorun və terrordan siyasi xal toplayan siyasətçilərin önünü kəsəcəyik. Terrordan öz seçki kampaniyası üçün material kimi istifadə edənlərin yolunu kəsəcəyik!”

Terrorla mübarizə üzrə ən təcrübəli və uğurlu mütəxəssislər 2013-cü il dekabrın 13-25-də hökumətin korrupsiya sxemini açdıqdan sonra həbsxanaya atılıb. Hamısı hazırda həbsxanada oturur, İstanbulda isə terror təhlükəsini faş etmək üzrə özəl qruplar yoxdur. Axı aydındır ki, hazırda Türkiyə kəşfiyyatı o qədər zəifdir ki, bu faciələri önləməyə qadir deyil.

Məsələnin digər tərəfi siyasidir. Türkiyənin xarici və ölkənin güney-şərqindəki siyasəti terroru ölkəyə cəzb edir. Diyarbəkirdə, Hakkaridə və yaxud Suriya problemi üzrə siyasət dəyişilməsə, ölkədə partlayşlar səngiməyəcək, daha da amansız olacaq. Daha çox, dağıdıcı gücü irimiqyaslı olacaq. Və onların miqyası böyüdükcə qarşısını almaq daha çətin olacaq.

Hücumu önləmək iqtidarsızlığı xüsusi xidmətlərin işindəki çatları aşkarladı. Budur, artıq bir neçə ildir ki, həm kadr seçimindəki, həm də idarəçilik modelindəki effektin qıtlığından danışılır. Tez-tez görürürk ki, ABŞ və yaxud Almaniyanın Türkiyənin daxili durumu haqda kəşfiyyat məlumatları türk xüsusi xidmətlərinin məlumatlarından daha effektlidir. Və hətta bu ölkələr qarşıdakı təhlükə haqda bizə xəbərdarlıq edərkən təhlükəni dəf etmək üçün heç nə edə bilmirik. Həm ümumi, həm də xüsusi təhlükəsizlik tədbirlərində ciddi problemlər göz qabağındadır. Şəhərlərin strateji hissələrində sadə təhlükəsizlik tədbirləri görülsəydi, qurbanlarn sayını azaltmaq mümkün idi.


Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə