XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 16:06

Türkiyə-Rusiya münasibətlərində də “bahar gəlir”? –Təhlil

rus-turk-1

 

İvan Preobrajenski

Deutsche Welle (Almaniya)

 

Türkiyə hələlik növbəti teraktdan sonra özünə gəlincə, Moskva Ərdoğanla barışmağına dəyib-dəymədiyi haqda fikrə gedib. Görünür, Rusiya da Avropa Birliyi kimi, Türkiyənin dəstəyinə ehtiyac hiss edir. Bu, təkcə Rusiya diplomatları və biznesmenlərinin deyil, hətta Türkiyənin ucuz istehlak mallarından məhrum qalmış Krım yarımadasının sakinlərinin də həyatını ciddi şəkildə qəlizləşdirmiş ikitərəfli münaqişədən sonra aydın oldu. Hazırda Moskva qarşısında sual durur: necə barışmalı və eyni zamanda türklərə eyham vurmalı ki, Kreml onların “arxadan zərbə”sini yaddan çıxarmayıb?

 

Təmas nöqtələri

 

Vladimir Putin Suriyadan qoşunları çıxartmaq əmri verməyə müvəffəq olmamış Türkiyə Rusiyadan olduqca birmənalı siqnallar almağa başladı ki, Moskva barışığa hazırdır. Məsələn, “Türk axını” layihəsinin hazırda qeyri-müəyyən müddətə dondurulmuş hesab edildiyinə baxmayaraq, qaz kəmərinin inşasının yenilənməsi haqda yenidən şayiələr dolaşır.

Bundan başqa, Türkiyə HHQ Rusiya təyyarəsini vurduqdan sonra Rusiya hökuməti səbəbini izah etmədən türk şirkətlərinin motivsizcəsinə ləğv etdiyi lisenziyasını bərpa edib.

Eyni zamanda Kreml qamçı və kökə üsulu ilə işləməyə vərdiş edib. Buna görə də Moskvada eyni zamanda Rusiya təyyarəçisinin həlakına görə Ankara tərəfdən üzrxahlığın gərəkdiyi haqda yenidən danışmağa başlayıblar. Həm də bu, rəsmilərin sadəcə mənasız mühakiməsi deyil, KİV kampaniyası nəticəsində cəmiyyətdə yaranmış gözləntidir. Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzinin məlumatına əsasən,  iki həftə rusiyalıların yarıdan çoxu əvvəl hesab edirdi ki, münasibətlərin qırılmasından birinci növbədə türklər ziyan görüblər. Üçdə ikisi hesab edir ki, sanksiyaları götürmək lazım deyil, dörddə üçü düşünür ki, nə qədər ki Ankaradan üzrxahlıq səslənməyib, güzəştə getmək lazım deyil.

Lakin bu açıqlamalara çox böyük əhəmiyyət verməyinə dəyməz. Türkiyə hər halda Rusiyaya lazımdır. Birincisi, Avropa Birliyinə birgə basqı göstərməkdən ötrü. İkincisi, geniş istehlak mallarının, yayda isə Krıma təzə tərəvəz və meyvə tədarükçüsü kimi.

Unutmaq lazım deyil ki, bu, ilhaq edilmiş yarımada üçün Ukraynanın güneyindən ucuz meyvə-tərəvəzsiz birinci yay olacaq. Üzümü saymasaq, Krımın özü meyvə-tərəvəzi çox az yetişdirir. O qədər az ki, Krasnodardan tədarüklə bu çatı çətin doldurmaq olar. Krımlılar isə, moskvalılardan fərqli olaraq, yayda “rezin” pomidorla qidalanmağa alışmayıblar. Adanın blokadasının siyasi məsələsi də kəskinliklə durur – türk bərələri və çarter reysləri təkcə bölgənin deyil, beynəlxalq siyasətin də amili idi.

 

Siyasi duel

 

Kremldə əmindirlər ki, türklər də münasibətləri yenidən qaydaya salmağa həvəssiz deyillər. Suriyadakı müharibə medalın yalnız bir üzüdür. Rusiya ilə münasibətlərin kəsilməsindən itkilər olduqca hissedilən çıxdı: ildə təkcə Rusiyadan Türkiyəyə 3,5 milyon turist gəlirdi. Və sahilyanı otellərin sahibləri və ümumən turist bölgələri Ərdoğanın elektoratı olmasa da (orada adətən məhz onun opponentinə səs verirlər), o, ciddi iqtisadi itkilərə göz yuma bilməz.

Lakin burada şəxsi amil işə qarışır. Axı söhbət təkcə iki ölkənin qarşıdurmasından yox, həm də iki avtortitar siyasətçidən – Ərdoğandan və onun rusiyalı həmkarı Vladimir Putindən gedir. Hər ikisinin reytinqi daha çox xarici siyasət uğurlarına söykənir, hər ikisi əhalinin əksəriyyətinin dəstəyinə güvənir və bunu itirmək istəməzdilər. Və nəhayət, həm bu, həm də o, heç bir güzəştə getməməyə cəhd edir.

Nəticə kimi, iki ölkənin obyektiv maraqları iki prezidentin iddiaları qismində dəfedilməz maneələrə rast gəlir. Həm də bəzi xarici siyasətçilər hətta buna ciddi-cəhdlə dəm tuturlar. Məsələn, “Türkiyənin Avropa Birliyində yeri yoxdur”, Rusiya isə “daha çox Avropa ölkəsidir” deyən Fransanın keçmiş prezidenti Nikola Sarkozi kimi.

 

Mülayimləşmə olacaqmı?

 

Belə şəraitdə sürətli və tam Rusiya-Türkiyə barışığını gözləməyinə dəyməz. Çox güman ki, söhbət “xırda işlər” siyasətindən gedəcək. “Türk axını” qaz kəməri havadan asılı qalacaq. Moskva və Ankaranın AB-yə qarşı birgə diplomatik oyunu da alınmayacaq. Lakin Rusiya türk biznesindən sanksiyaları tədricən götürəcək, cavabında isə Ukrayna tərəfdən qınaqlara baxmayaraq, türk bərələri Krım limanlarına girəcək. Və bu cılız sülh Ərdoğanla Putinin şəxsi iddialarına əsaslanan bütün ziddiyətləri aradan qaldırmaq üçün onlar yeni görüş haqda razılığa gələ bilənədək davam edəcək.