XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 23:50

Sevil Nuriyeva yazır:"Ermənistan nə etmək istəyir və ya Paşinyanın gözləntisi nədir?"

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 26 sentyabr 2020-ci il

 

Ermənistanın sonuncu təxribat xarakterli addımları və Azərbaycan sərhədlərində apardığı təcavüzkar davranışlar sadəcə olaraq daxili faktor kimi qiymətləndirilməməlidir.

Paşinyan iqtidara gəldiyi gündən bəri verdiyi heç bir sözü tuta bilməyib. Ermənistan rəhbərliyindəki Qarabağ erməniləri faktorunu aradan qaldırmağı özü üçün hədəf seçmiş Paşinyan yenidən Qarabağda müharibə mühiti yaradaraq, hakimiyyətdə qalmağa və öz hakimiyyətini qorumağa çalışır.

Hakimiyyətdə qalmağın yeganə yolunun müharibə mühiti yaratmaqda və kütlənin milliyətçi ruhuna müraciətdə görən Paşinyan hər nə qədər Rusiya əleyhinə siyasət apardığı görüntüsünü verməyə çalışsa da, hər birimiz bu addımların əslində Rusiyanın da maraqlarına uyğun gəldiyini bilirik.

Rusiya illərlə Qafqazda Türkiyə faktoruna razı olmadı. Son hadisələrdən sonra isə yeni şərait və yeni vəziyyət yarandı. Türkiyənin varlığı son 100 ildə ilk dəfə fiziki olaraq yeni  mərhələyə keçid qazandı. Əlbəttə ki, bu, Rusiya üçün heç də arzuolunan hal deyil.

Rusiya Ermənistanın nəinki əlindən çıxmasını, tam tərsinə olaraq, bölgədə daha da varlığını artırmaq istəyini heç vaxt gizlətmədi. Son hadisələrdən sonra Paşinyanın Azərbaycan sərhədlərinə qarşı tez-tez apardığı təcavüzkar davranışları ortaya yeni fərqli vəziyyət çıxara bilər. Yaranmış müharibə vəziyyəti Paşinyanı “özünü Cənubi Qafqazdakı enerji layihələrindən təcavüzkar siyasəti ucbatından təcrid etmiş Ermənistan üçün hansı yeni üstünlüklər yarada bilər?” sualı ilə qarşı-qarşıya qoyub.

O, həm verdiyi rəngli sözləri tuta bilmir, həm də özündən əvvəlki hakimiyyətin etdiklərindən daha fərqli bir şey ortaya qoya bilmir. Bütün problem də məhz burada gizlidir. Yəni Ermənistan, əslində, təkbaşına bölgədə faktor olmaq istəyir. Ancaq buna baxmayaraq, Rusiya bölgədədir və bütün prosesi öz nəzarətində saxlayır. Paşinyanın bu üsulu Rusiya baxımından yeni üstün zəmin yaradır. Rusiya yaranmış bu vəziyyətdən sonadək istifadə etməyin hesablarını aparır. Rusiya bir ordu olaraq Azəraycandan çıxarılıb. Ancaq Dağlıq Qarabağ kozırının illər boyu həll edilə bilməməsində Rusiyanın marağının əsl səbəbi qabıq bağlamamış bu yaradan istədiyi zaman istifadə edə bilməsidir.

Beləliklə, Rusiya XİN rəhbəri Sergey Lavrov yeni bəyanat verdi. Bəyanatda Dağlıq Qarabağ ətrafındakı 5 rayonun geri qaytarılmasından bəhs olunur. Əgər bu rayonlar geri verilsə, həmin bölgələrə sülhməramlı qüvvələrin gələcəyindən söhbət gedir. Əslində isə bu “sülhməramlı qüvvələr” sözünün əsl mənası elə Rusiya ordusudur. Bu təklif isə Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılandı. Verilmiş bu təklif nəbz yoxlaması ola bilərmi? Bu sual çox önəmlidir.

Rusiya neçə gündür ki, Paşinyanın təcavüzkar bəyanatlarına qarşı ağlabatan cavablar verə bilmir. Yalnız Türkiyə dəqiq və sərt reaksiyası ilə meydandadır. Türkiyə demək olar ki, bir çox dövlətin etməli olduğu şeyi təkbaşına edir.  Nə beynəlxalq hüququn, nə də tarixi reallıqların Türkiyə xaricində heç kəsin marağında olmadığını yaşanan bu hadisələr bir daha göstərdi. Azərbaycanda isə Türkiyə ilə konfederasiya qurulması təklifləri gündəmdədir. Əlbəttə, bu təklifin əleyhinə də fikirlər səsləndirilir.

Hal-hazırkı vəziyyətdə Azərbaycanın səfərbərlik qərarı və ordunun döyüşə hazır vəziyyətə gətirilməsi Ermənistanla qarşı-qarşıya gəldikdə yeni və ədalətli bir şəraitin yaranacağını bizə işarə edir.Ancaq bu vaxtadək Ermənistan heç vaxt Azərbaycanla təkbətək üz-üzə buraxılmadı və bundan sonra da prosesi Ermənistan üzərindən başqalarının dizayn edəcəyindən heç kimin şübhəsi olmasın. Elə isə nəticələr bizi hara aparacaq? Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməsi fikri reallığa ən yaxın olan fikirdir. Azərbaycan öz çəkindirici addımları ilə Paşinyanı iqtidara gəldiyi nöqtəyə aparacaq və aparır da. Ermənistan ictimaiyyətində Paşinyana qarşı tənqidlərin çoxluğu ona qarşı ictimai dəstəyin zəif olduğundan xəbər verir. Qarabağ üzərindən oyun quran Paşinyan üçün yeni siyasi proseslərin öz əleyhinə yaratdığı şəraiti yaxında görəcəyik. İndi isə biz Paşinyanın arzusu qədər Rusiyanın da arzusuna diqqət yetirərək, gedən prosesi addım-addım izləməliyik.

Tərcümə Strateq.az-ındır.