XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 18:19

Avropa narahatdır:Suriyadan qayıdan qəzəbli gənclik "Xilafət"lə həmrəydir - Təhlil

mirant-2

Fəthi Əl-Abid

"Berlingske" (Danimarka)

 

"Suriya avropalıları" – Brüsseldə çərşənbə gününün dəhşətli və iyrənc terror aktlarının təşkilatçılarını bu cür adlandırırlar. Brüsseldə günahsız adamlara hücum etmiş “müqəddəs müharibə” məktəbinin terrorçuları elə keçən ilk Parisdəki, Türkiyədəki, Liivandakı, İraqdakı adamlardır. “Müqəddəs müharibə” 1970-ci illərin sonu, 1980-ci illərin əvvəlində Qərbin və Yaxın Şərqdəki müttəfiq müstəbid rejimlərin törəməsi çıxdı. 1980-ci illərdə onlara “Əfqanıstan ərəbləri” deyirdilər. Ərəb ölkələrindən minlərlə insan 1979-cu ildə sovet müdaxiləsinə qarşı mübarizəyə girişdi və bölgənin açar ölkələrindən – Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, həmçinin ABŞ-dan yardım aldı.

Pakistan o zaman məşhur toplanışın məntəqələri ilə dünyanın hər yerindən qonşu ölkə Əfqanıstanda mübarizəyə qoşulmaq istəyən “cihadçılar” üçün tranizt ölkə idi. Üsamə bin Laden də onların içindəydi. Ona da, bir xeyli başqalarına da MKİ-də və Pakistanın xüsusi xidmətlərində təlim keçirdilər, maliyyə isə Səudiyyə Ərəbistanından gəlirdi.

Nəhayət, təlim keçilmiş və qəzəblənmiş minlərlə gənc evə döndü və bir sıra ərəb ölkələri, sonradan isə bütün dünya üçün əsil işgəncə oldular. Bununla belə, Qərb onları “istibdadla mübarizədə” öz borclarını yerinə yetirmiş cəsur, müqəddəs döyüşçülər kimi mədh etdi.  

İndi tarix təkrar olunur. Avropalıları, əsasən də müsəlman mənşəliləri beş il müddətində Suriyada “müqəddəs müharibə”yə cəlb etdilər. Onlar 1970-1980-ci illərdə Əfqanıstanda olduğu kimi, demək olar, elə həmin bölgə güclərindən və ABŞ-dan yardım, təlim və maliyyə aldılar. ABŞ, Qərb ölkələri, Türkiyə və Fars körfəzinin qeyri-demokratik ərəb ölkələrinin Suriyadakı dünyəvi rejimi devirmək məsələsində bəlirlədiyi cəhdlər Danimarka, İngiltərə, Fransa, Belçika və Avropanın başqa ölkələrindən minlərlə müsəlmanı cəlb etdi və onlar Suriyaya yollanmaq imkanı əldə etdilər.

Pakistanın rolunu indi Türkiyəbeş il hadisələrin inkişafını izləyən və vətəndaş müharibəsinin diddiyi Suriyaya gedib-gəlmək istəyənlərin faktiki toplanış məkanı olan ölkə  oynayır.

Suriyada hökumət qoşunları vətəndaş müharibəsində üstünlük qazanmağa başlayarkən qəzəblənmiş və müharibəyə hamıdan çox hazır olan gənclərin Avropaya öz ölkələrinə dönəcəyi an yaxınlaşır. Gənclər acı şəkildə məyus olublar ki, bölgə gücləri də, Qərb də onları Suriyaya atıb, lakin məhz onların siyasəti gəncləri “demokratiya uğrunda mübarizə”yə qoşulmağa təhrik edib. Onlar hələ Suriyaya səfər edənədək Avropa cəmiyyətində özlərini yad hiss edirdilər, indi isə bu hisslər güclənib.

Və daha pisi budur ki, bu qəzəblənmiş gənclər uzun illər boyu evləri olmuş Avropadansa və ailələrindənsə indi “xilafət”lə böyük həmrəylik duyurlar. Biz etiraf edə bilərik: bu gənclərin oyunu başa çatıb, onlar həyat üçün itiriliblər.  

Cəmiyyətimizdə elə özümüzün yaratdığımız böyük bir problem meydana çıxıb.

Bəzilərini xilas etməkdən ötrü möcüzə və çox böyük səylər tələb olunur. Hamısını isə heç vaxt xilas edə bilməyəcəyik.

Bədbəxtlikdən, bu, yalnız başlanğıcdır.


 

Tərcümə Strateq.az-ındır.