XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2016 - 20:51

Türk mətbuatı:Suriya müharibəsi dünyanı necə dəyişəcək? – Təhlil

miqr-3

Kamal Öztürk

"Yeni Şafak" (Türkiyə)

 

Hazırda bu dəyişimlər tam şəkildə görünmür, lakin Suriya müharibəsindən bir müddət keçəndən sonra hamı görəcək ki, dünya dəyişilib. Qərb dəyişəcək, Şərq dəyişəcək, İslam dünyası dəyişiləcək – hamımız dəyişiləcəyik.

İnsanlıq hələlik eyni vaxtda bu qədər ağrı, hüquqsuzluq, ədalətsizlik, zorakılıq görməmişdi. Bu müstəbidlik hamının, bütün dünyanın gözü qabağında, hər bir insanın vicdanı qarşısında baş verir.

 

Qərb sınaqdan keçmədi, ona inam tükəndi

 

Qərb Suriya, İraq və Yəməndəki, İslam dünyasının hər guşəsindəki müharibələrə, iztirablara, ölümlərə əhəmiyyət vermədi. Müsəlmanları qətlə yetirərkən baş verənlər onu həyəcanlandırmadı. Necə həlak olduğumuzu, uşaqlarımızın Aralıq dənizində necə batdığını laqeydliklə seyr etdi. Qərb insanilik və vicdan sınağından keçmədi. Artıq heç kim ona əvvəlkitək yanaşmayacaq. Bu gün Türkiyədə Avropaya sevgi və sayğı ən aşağı səviyyədədir. Türkiyənin AB-yə üzvlük tərəfdarlarının sayı 30%-ədək düşüb. Brüsseldə insanlar həlak olarkən Eyfel qülləsini Belçika bayraqları ilə bəzəyən, lakin Ankara və İstanbul teraktlarındakı yüzlərlə qurbanın xatirəsinə bircə şam da yandırmayan Fransanın ikili standartları millətin ruhunu yaraladı.

Eyni durum bütün İslam ölkələri üçün səciyyəvidir. Qərbin sərt, qəddar, prinsipsiz siyasəti ona olan marağı sarsıtdı, gələcəkdə isə tamamilə tükənəcək. Amansız və vicdansız Qərb bundan sonra özünə qarşı eyni münasibətlə üzləşəcək. Bu ağrını hər gün yaşayan Şərqdəki insanlar məhz buna görə Paris və Brüsserldə teraktlardan sonra Qərbin timsalından məyus olmadı və üərklərində dedilər: “Hər gün yaşadığmız eyni şeyi siz də dadın və bizi başa düşün”.

 

Avropa Birliyi tezliklə dağılacaq

 

Teraktlar və qəfil qaçqın axını Avropanı iflic edib. Aydınlaşdı ki, o, səmərəsiz və problemləri həll edə bilməyən, adekvat siyasət hazırlaya bilməyən yöndəmsiz varlılar cəmiyyətini təmsil edir.

Aydın oldu ki, iqtisadi və siyasi münasibətdə nə AB bir fayda gətirir, nə də hərbi baxımdan NATO. Rusiya bunu gördü və cəsarətlə dünya səhnəsinə daxil oldu. Krımı və Suriyanı işğal etdi və Avropanın heç bir ölkəsi səsini də çıxartmadı. Əslində, AB-i heç də parlaq gələcək gözləmir, birlik iflasa məhkumdur. İrqçilik, İslam xofu, zorakılıq Avropanın varlığına günbəgün daha çox hakim olacaq. Suriya Avropanın dağılmasını sürətləndirəcək.

 

İslam dünyası yuxudan ayılacaq və dəyişiləcək

 

Baş verənlərin hamısı islam dünyasını kədərləndirir. Müsəlmanlar Qərbin ikili standartları haqda indi kitablardan yox, ölərkən və yaxud qaçqına çevrilərkən öz təcrübələrindən öyrənirlər. Ölümü laqeydliklə seyr edən insana kim sevgi bəsləyə bilər?

Rusiya Suriyanı işğal edərkən bütün İslam dünyası başa düşdü ki, tamamilə tənha qalıb. Nə Amerika, nə Avropa, nə də hansısa başqa bir  qüvvə bu işğalı dayandıra bildi. Rusiya təyyarələri bomba atıb qadınları, uşaqları və qocaları öldürərkən müsəlmanlar gördülər ki, Qərb baş verənləri kənardan vicdansızcasına və qorxaq şəkildə seyr edir. Heç kimə güvənməz olan İslam ölkələri başa düşdü ki, birləşmək, qüvvə toplamaq və özünü müdafiə etməkdən özgə yol yoxdur. “İslam ordusu” ideyası bu cür yarandı. İslam dövlətləri gələcəkdə daha güclü şəkildə birləşəcək. Onlar dərk etdilər ki, müsəlmanın müəslmandan başqa dostu yoxdur və sağ qalmaqdan ötrü yeni birliklər və ittifaqlar yaratmalıdır. Bunu İran da bildi, Səudiyyə Ərəbistanı da, Misir də, Türkiyə də.

 

Türkiyə güc toplayacaq və inkişaf edəcək

 

Baxın, Brüssel teraktlarından sonra nələr baş verir. Hər şey dayanıb, Avropa pərakəndələşib, güzəranı dağılıb. Neçənci dəfə terakta məruz qalırıq? Və onlar həyatımıza necə təsir edib?

Bir neçə yüz min qaçqın Avropaya gəldi və birlrik dağılma həddinə düşdü. Türkiyə isə üç milyon qaçqını qəbul edib yaşayış və uyğunlaşma üçün hər cür şərait yaratdı. Buna görə də ümumi sayğı və heyranlıq qazandı və insanlıq, vicdan sınağındaan keçdi.

Bütün terrorçu qurumlar həmlə edir, Suriya müharibəsi hərc-mərclik yaradır, Rusiya sanksiyalar tətbiq edir və zəhərləyir. Lakin biz hansı durumdayıq? İqtisadiyyatmız sağlam, dövlət strukturlarımız möhkəmdir, dağıntıya məruz qalmırıq. Kürdləri, ələviləri, türkləri, ərəbləri qızışdıranlar sınma xəttini fəallaşdırdılar, lakin yenə də ölkəmizdə vətəndaş müharibəsi və ictimai münaqişəni qızışdıra bilmədilər.

 

Müharibə bir gün bitəcək

 

Türkiyə ayaqüstə möhkəm durub, bütün həmlələri dəf edir, mücadilə edir. Bir gün müharibə bitəcək, həmlələr kəsiləcək və o zaman heç kim Türkiyənin qarşısını ala bilməyəcək. Sizcə, bu gün güclü iqtisadiyyatı, güclü ictimai strukturu olan ölkəmiz böhranlar başa çatarkən necə olacaq?

İnsanlığın vicdanı və sığınacaq limanı Türkiyə gələcəkdə ən güclü ölkə ola bilər. AB iflasdan yayınmaq cəhdiylə Türkiyəni qəbul etməyə səy göstərəcək, lakin o, artıq bu təklifə razılaşmayacaq.

 

Tərcümə Strateq.az-ındır.