XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2016 - 21:22

ABŞ NATO-nu buraxmaq niyyətindədir?Anqlosaksların strategiyası – Təhlil

nato

Aleksandr Rocers

Oko-planet.su

 

ABŞ NATO üzrə müttəfiqlərinə qarşı güclənən əsəbilik hiss edir. Amerikasız bir addım ata bilməyən avropalıların nazını çəkmək ABŞ-ı boğaza yığıb. Lakin bədbəxtlik bundadır ki, həqiqətən də, bacarmırlar: resurslar o resurs deyil.

NATO-ya münasibətdə Amerika siyasəti özünü tükədib. “The National Interest” dünən yazıb ki, ABŞ-ın dünyada öz rolunu yenidən dəyərləndirmək və alyansdan çıxmaq haqda ciddi şəkildə düşünməyinin vaxtıdır.

Məqalədə deyilir ki, Avropa ölkələri bir yığın ruhdan düşmüş və müharibənin taqətdən saldığı sahibsiz uşaq olmağı çoxdan tərgidib və indi öz problemlərinin öhdəsindən müstəqil şəkildə gəlməyə tam qadirdir. Deməli, yaşa dolmuş uşaqların valideyni tələb edir ki, onun boynundan düşsünlər  və öz başlarını saxlasınlar.

Lakin NATO Nizamnaməsinin 5-ci bəndi vəziyyəti qəlizləşdirir. Bənddə deyilir ki, alyansın bir üzvünə hücum hamıya hücum kimi qiymətləndirilməlidir. Nəşr yazır ki, nəticədə ABŞ heç bir dəxli olmadığı silahlı münaqişəyə cəlb edilə bilər.

Moskva sosial-iqtisadi və siyasi araşdırmalar İnstitutunun eksperti Aleksey Zudin razılaşır ki, məqalə müəllifləri tamamilə haqlıdırlar: Atlantik alyansı ABŞ üçün dəstəksiz çamadandır.

O bildirir: “Çağdaş dünyadakı gerçək geopolitik durumda hərbi və yaxud siyasi elə bir vəzifə yoxdur ki, ABŞ onu təkbaşına həll edə bilməsin. NATO bloku Vaşinqton üçün bir dəfə də olsun, hərbi təhlükəsizlik aləti olmayıb. Bu, Avroatlantik cəmiyyətində birliyi və intizamı saxlayan institutdur”.

“National Interest”dəki məqalə NATO üzrə müttəfiqlərə “nəzakətli şəkildə xatırlatmadır” ki, ABŞ onlarsız ötüşər, amma bax, onlar isə ABŞ-sız, çətin ki, baş saxlasınlar.

Avropa Birliyi artıq ikinci onillikdir ki, özünün birləşmiş silahlı qüvvələrini yaratmağa cəhd edir. Ümumavropa ordusunun yaradılması zərurəti haqda son dəfə 2015-ci ilin martında Avropa Komissiyasının sədri Jan-Klod Yunker fikir bildirdi. Lakin yalnız AlmaniyaFransa Avropanın birləşmiş silahlı qüvvələrinin yaradılmasına birtəhər iddia edə bilər. Ancaq bu ölkələr çoxmilyardlıq vəsait qoymaqla yetərincə döyüş qabiliyyətli və effektli hərbi birləşmələr yaratmağı bacarar. Avropanın qalan ölkələri isə – hətta “cib fövqəldövləti” Böyük Britaniya da gerçək hərbi potensialdansa təsəlliverici potensiala sahibidir.

Zudin deyir: “ABŞ tərəfdən alyansda iştiraka marağın soyumasına eyhamlar avropalıları bu və ya başqa şəkildə şantaj etməkdir, çünki NATO üzvlərinin qalanı Avropa və ya yarımavropa mənşəlidir. Müftəxorlardan narazılıq ABŞ-da daim artır və yeri gəlmişkən, bu, Donald Trampın təcridçilik əhvali-ruhiyyəli fenomenal uğurunda əks olunur”.

Ola bilsin ki, oxşatma çox da dəqiq deyil, lakin ABŞ-sız NATO, Rusiyasız Sovet İttifaqı kimidir. Rusiya öz “suverenliyini” bəyan edəndən az sonra İttifaq dağıldı.

 

Anqlosaksların strategiyası

 

Ada imperiyası kimi anqlosaksların xarici siyasət strategiyası əsrlərlə iki prinsipdə ehtiva olunub:

1. Qitə dövlətlərini bir-birinin üstünə salmaq (və imkan daxilində qaliblərin axırına çıxmaq);

2. Daimi müttəfiqlər yoxdur, yalnız maraqlar var.

ABŞ da anqlosaks olmaqla bu strategiyanı Böyük Britaniyadan tam şəkildə mənimsəyib. Bu gün əyani şəkildə seyr edə bilərik ki, AB ilə Rusiyanı necə bir-birinin üstünə salır, avropalı “müttəfiqlər”ini milyonlarla qaçqınla doldurur, Avropa paytaxtlarında teraktlara şərait yaradır.

Bir neçə onillik geri – ən yeni tarixə nəzər salsaq, görərik ki, anqlosakslar daim dünənki müttəfiqlərini istifadə edir, qlobal tərtib azca dəyişən kimi, bir anda “əndərirlər”.

Misallar bir yığındır. Latın Amerikasında sosializm ocağını söndürmək üçün Pinoçetdən istifadə etdilər. Sonra o, daha lazım olmadı və Çili Ali Məhkəməsi Auqusto Pinoçeti keçmiş dövlət başçısı kimi istifadə etdiyi cinayət təqibindən toxunulmazlıqdan məhrum etdi. Bundan sonra Pinoçet korrupsiyada, 36 adam oğurluğu halı, 23 işgəncə və qətlə dəxli olmaqda və “Kolombo” əməliyyatının gedişindəki qətllərdə ittiham edildi. Pinoçet həmçinin narkotik, silah alveri və vergidən yayınmaqda ittiham olundu. Həbsxanada infarktdan öldü.

Panama generalı Noryeqa ABŞ-a narkotik tədarükündə MKİ ilə əməkdaşlıq edirdi. MKİ bu pulllarla bütün dünya üzrə qeyri-leqal əməliyyatlarını maliyyələşdirirdi. Noryeqa daha lazım olmayanda həbs edildi və mühakimə olundu. Həbsxanadadır və yalnız “özünün kompüter oyunlarında yanlış təsviri”nə qarşı etirazlar yaza bilir.

ABŞ Səddam Hüseyndən Amerika neft şirkətlərini ölkədən qovmağa cürət etmiş inqilabçı İrana qarşı müharibədə istifadə etdi. Səddama ehtiyac olmayanda yarım saat ərzində ondan terrorçu obrazı və demokratiya düşməni düzəltdilər. Ardınca İraqa iki müdaxilə gəldi, nəticədə BMT-nin dəyərləndirməyinə görə, ölkə “sənayeöncəsi era”da göründü, Səddam isə asıldı. 

Üsamə bin Laden ABŞ-ın çoxillik mütttəfiqi, kiçik Buşun şəxsi dostu və biznes üzrə şəriki idi. Amerikanın bütün KİV-i bir xeyli illər onu “azadlıq uğrunda mübariz” və “demokratiya cəngavəri” adlandırırdı. Sonra isə Nyu-Yorkdakı teraktlara görə məsuliyyəti kiminsə üzərinə yıxmaq lazım gəldi. Rəsmi məlumata görə, Üsaməni Amerikanın xüsusi təyinatlısı məhv etdi…

 

Tərcümə Strateq.az-ındır.