Vatikandan Fəslətinə dəstək gəldi
İki kəlmə söz bir anda bütün dünyanı dolaşdı – Fələstin dövləti. Dünən Müqəddəs taxtla “Fələstin dövləti” arasında “hərtərəfli saziş”in hazırlanması barədə məlumat yayıldı. Yaxınlarda imzalanacaq sazişdə “İki xalq, iki dövlət” tezisi irəli sürülüb və ciddi siyasi nəticələrə malik olacaq. Bu arada İsrail hökumətiöz məyusluğunu bildirirb.
Vatikan üçün söhbət vərəsəlikdən gedir: Fələstin “statausu”nun tanınması hələ 2012-ci il noyabrın 29-da baş tutub. BMT Baş Assambleyası məhz o zaman “BMT üzvü olmayan müşahidəçi dövlət” qətnaməsini təsdiq etdi. BMT-də daimi müşahidəçi ola Müqəddəs taxt isə bu cü qərarı müdafiə etdi. Artıq 2014-cü ildə nəşr edilmiş “Pontifikal salnamə”də “Fələstin Azadlıq Təşkilatının nümayəndəliyi” ifadəsi “Fələstin dövlətinin təmsilçiliyi” ifadəsi ilə əvəzləndi. ötən il həmin söz birləşməsi pontifikin Müqəddəs Torpağa səfəri zaamanı rəsmi proqramda da qeyd edilmiş, sonradan iyunun 8-də Əbu Mazenlə Şimon Peresin varikanda papa Fransislə görüşündə təkrar edilmişdi.
Lakin Müqəddəs taxtla “Fələstin dövləti” arasında “hərtərəfli saziş” ilk dəfə imzalanacaq.
Nümayıəndə heyətinə başçılıq edən və önəminə görə müqəddəs taxtda üçünücü vəzifəni tutan Antuan Kamilleri həzrətləri açıqlayır: “Vatikan giriş nitqində Fələstin məsələsinin tezliklə həll edilməsini, həmçinin iki dövlət arasında çərçivə sazişi və dünya ictimaiyyətinin i ştirakı ilə fələstinlilərlə israillilər arasındakı münaqişənin nizamlanmasını arzuladı”.
Kamilleri İtaliya mətbuatına bildirib: “Qoy birbaşa olmasın, lakin ümid var ki, bu cür həll variantı, nəhayət, özlərini qanuniləşmiş, qəbul edilmiş, suveren, daha təhlükəyə məruz qalmayan və İsraillə, başqa qonşularla sülh içində yaşayan demokratik Fələstin dövlətinin vətəndaşı hiss edəcək fələstinlilərə yardım edər”.
Bu addım həm də “dünya ictimaiyyətini daha həlledici mövqe tutmağa təhrik edər”.
Fələstin “təmsilçisi” və Yerusəlimdə və Fələtində Papanın səlahiyyətlərini yerinə yetrirməkdə davam edən Vatikan nunsisi (Papanın nümayəndəsi-red.) İsraildə hələ də qalır.
Kamilleri qeyd dir: “Yeri gəlmişkən, saziş həmin ərazilərdə katolik kilsəsinin fəaliyyətinə, fəaliyyət azadlığı, xidmətçiləri, tabeliyi, nizamnaməsi, vergi qoyuluşu və mülkiyyət məsələlərinə toxunur”.
Gözlənilir ki, bu cür tanınma xristian azlıqların olduğu ölkələr üçün örnək olacaq: “Axı söhbət həm də kilsənin öz taleyini müəyyən etməsi hüququndan, etiqad azadlığı və şüurlu seçimdən gedir. Bu, başqa ölkələri, o cümlədən əhalisinin əksəriyyəti müsəlman olan ölkələri də hərəkətə gətirə bilər”.
Eyni zamanda İsraillə “iqtisadi razılaşma üzrə saziş, demək olar, hazırdır”. Papa tezliklə öz iqamətgahında Əbu Mazeni qəbul edəcək. Əbu Mazen bazar günü müqəddəs Pyotr kilsəsində iki fələstinli qadının muqəddəslər məclisinə aid edilməsi mərasiminə qatılacaq. Onlar Fələstinin ilk müqəddəsləri olacaqlar. Papa Fransisk Vifleyemdə çıxış edərkən hər iki dövləti razılığa gəlməyə çağırdı: “Sülhü bərpa etmək çətindir, lakin sülhsüz dünyada yaşamaq əzabdır”.
Can Vekki
“Corriere Della Sera” (İtaliya), 25.05.2015