XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 20:25

Putin Qərbi aldatdı:Qoşunlar Suriyadan çıxarılmayıb - Təhlil

 

rus suriya

 

Mixael Qruber

 "The Huffington Post" (ABŞ)

 

Bu xəbər hətta Amerika kəşfiyyatını da pis vəziyyətdə qoydu: Vladimir Putin iki həftə əvvəl Rusiya əsgərlərinin əksəriyyətinin Suriyadan çıxarılacağını bildirmişdi. Suriyada diktator Bəşər Əsədin tərəfindən hərbi əməliyyat “terrorizmlə mübarizədə irəliləyişə” səbəb ola bilər – Kreml rəhbəri öz qərarını bu cür əsaslandırdı. Və sonra: Rusiya münaqişəyə son qoymaq üçün sülh prosesində bundan sonra da fəal iştirak edəcək.

 

İndiyədək HKQ-nin cəmi 20 faizi çıxardılıb

 

Lakin Amerikanın “Foreign Policy”jurnalının məlumatına görə, Putin Suriyada sülh mələyi rolundan çox uzaqdır. Jurnal  Amerika hərbi qaynaqlarına istinadən xəbər verir ki, Rusiya indiyədək Suriyadan hava-kosmik qüvvələrinin (HKQ) cəmi 20%-ni çıxarıb. Rusiyada böyük radiuslu qırıcılar döyüş hazırlığı vəziyyətindədir və qısa müddətdə Suriyaya qayıda bilər.

 

Xmeymimdəki aerodrom “işini” davam etdirəcək

 

Rusiya hərbi alyansı Bəşər Əsədin ordusu ilə birlikdə keçən aylarda hökumətin mövqeyini əməli-başlı yaxşılaşdırdı. Onlar ən böyük uğura ölkənin quzeyində Suriyanın maliyyə paytaxtı Hələb şəhəri bölgəsində nail oldular. Alyans Rusiya aviazərbələrinin köməyi ilə Əsədə qarşı çıxış edən üsyançıların böyük qismini sıxışdıra bildi.

Moskva qoşunların çıxarılması haqda qərarını  şərtlə əlaqələndirdi: “Rusiya bazası və Xmeymim aerodromu işini davam etdirəcək. Onlar etibarlı şəkildə müdafiə olunmalıdır”.

 

Yeni hərbi-hava qüvvələri aşkarlanıb

 

“Foreign Policy”in məlumatına görə, Amerika hərbçiləri HHQ-nin Suriyadakı bazasının genişləndirilməsini müşahidə edirlər: “Moskvanın hücum üçün baza hazırladığı Latakiyada yeni Rusiya silahının olduğu əlamətləri var”.

Rusiya Müdafiə Nazirliyi hərbi müşahidəçilərin yeni gəlmiş HHQ kimi eyniləşdirə biləcəyi hərbi-hava qüvvələrinin videoyazısını dərc edib. Onlarn içində ABŞ silahlı qüvvələrinin “Appache” titpli “Navos Mi-28” helikopterləri var.

“Foreign Policy”in fikrirncə, Putin Suriyada sülh siyasəti aparmaq üçün qoşunun çıxarılması haqda açıqlamasına inanmaq yanlışlıq olardı. Putin bundan sonra da nəyin bahasına olursa-olsun, Əsəd rejimini müdafiə etmək istəyir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə