XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 15:41

İtaliya mətbuatı:Qarabağ Rusiya ilə Türkiyə arasında – Təhlil

erd-put-90

"Il Giornale" (İtaliya), 03.04.2016

Alessandro Ronqa

 

Bəşər Əsədin gələcəyi Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında əsas, lakin, əlbəttə, yeganə nifaq qaynağı deyil. Digər ağrılı nöqtələrin də səbatsız tarazlığı pozmaq təhlükəsi var. Bunlardan biri Dağlıq Qarabağdır. Azərbaycan ərazisində 1992-ci ildə müstəqilliyini elan etmiş və Ermənistanın siyasi-hərbi dəstəyinə güvənən erməni anklavında və bununla bərabər Bakı ilə İrəvan arasındakı durum son aylarda gərginləşib. Son 12 ayda mübahisəli ərazidə Azərbaycan silahlı qüvvələrinin artan gücü açıq hərbi əməliyyatların başlanması əndişəsini doğururdu: Azərbaycan güc aksiyası hədəsi gəlir ki, separatçı bölgəni öz ağuşuna qaytarsın, Ermənistan isə təhlükəyə məruz qalan qardaşlarını silahla qorumağa hazır olduğunu bildirir.

ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper artan gərginliyin bu durumunu açıq hərbi münaqişənin qaranquşu adlandırdı. Görünür, bu  gərginlik qorunub saxlanır – o cümlədən Azərbaycan və Türkiyə hava qüvvələrinin martın 7-dən 25-ədək keçirdiyi birgə hərbi təlimlərin fonunda da. Bakıda hökumət qaynaqları keçən ilin sentyabrında strat götürmüş Türkiyə-Azərbaycan "TurAz qatralı" müdafiə proqramında nəzərədə tutulmuş təşəbbüslər haqda açıqca danışırdı. Unutmaq lazım deyil ki, bu iki etnik və mədəni baxımdan son dərəcə yaxın xalq arasında  1992-ci ildən hərbi əməkdaşlıq yaranıb və illər keçdikcə üçüncü dövlət tərəfindən təcavüz baş verərkən hər iki tərəf üçün qarşılıqlı yardım öhdəliyi yaradan özünəməxsus alyansa çevrilib. Azərbaycana gəlincə, bu üçüncü dövlət yalnız Ermənistan ola bilər.

Üstəgəl, İrəvan bu yaxınlarada öz müttəfiqi Rusiyadan ən yeni tank əleyhinə və hava hücumundan müdafiə zenit-raket kompleksləri və Rusiya HSK konveyereindən çıxmış bir sıra son nəsil digər silahları əldə etmək üçün 200 milyon dollarlıq kredit xətti alıb. Müxtəlif dövləti və rəsmi kanallar bu xəbəri təfsilatı ilə işıqlandırdı. Moskva çayının sahillərində bu cür miqyaslı hərbi-siyasi əməliyyat hələ heç vaxt belə geniş rezonans doğurmamışdı. Çox ehtimal ki, Rusiya siyasi informasiyasında bu ton dəyişikliyini Türkiyəyə özünəməxsus meydan oxumaqla izah etmək olar. Moskva artıq fevralın ortalarında Ermənistandakı bazasına bir neçə qırmızıulduzlu qırıcı göndərərəkən bu hədə hiss olunurdu. Məqsəd isə Ermənistanla birlikdə Ankaraya qarşı birgə hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindən xəbər verirdi. Belədirsə, onda Rusiya ilk dəfə öz müttəfiqini Ukrayna böhranı ilə bağlı olaraq sanki Atlantik alyansının şərq sərhədlərinin hərbiləşdirilməsinə cavab kimi, NATO üzvünə qarşı yönəlmiş əməliyyata – son həftələr Ərdoğanla Pyotr Poroşenko arasında müşahidə olunduğu qarşıqlı cazibə nöqtəsinə cəlb edir.

Martın əvvəlində Kiyevdə keçən yüksəksəviyyəli ikitərəfli görüş “Krımda Rusiya işğalı”na son qoymaq və başlıcası, Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi üçün ümumi səylər, o cümlədən Ukraynanın özünü artıq üzv saydığı NATO çərçivəsində kooperasiya haqda açqılama ilə başa çatdı. 

Əslində, gözlənilməz heç nə yoxdur: bu yaxınlarda Suriyada Moskva ilə çəkişmə və Rusiya qüvvələrinin Ermənistanda yerləşdirilməsi nəzərə alınmaqla əvvəldən asanlıqla görmək olardı ki, Ərdoğan antirus açarında  Kiyevlə Qara dəniz Oxu biçimi alan yaxınlaşama arayacaq.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə