XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2016 - 15:54

Britaniya mətbuatı:Palmirada döyüş getmədi, tamaşa oynanıldı – Təhlil

suriye-f-1

 

Şübhə yoxdur ki, hamımız Palmiranın azad edilməsi üzrə səhnələşdirilmiş tamaşanın şahidi olduq. İŞİD terrorçuları bir il əvvəl eyni asanlıqla şəhəri tutdular və bir il sonra tərk etdilər. Suriya rejimi ilə terrorçu qruplaşmalar arasında sövdələşmə göz qabağındadır. Suriya rejimi Rusiyanın və İranın şiə dəstələrinin köməyi ilə mümkün olmuş uğurları bu gün sərgiləməyə cəhd edir. Görünür, bilmir ki, lap çoxdan süquta  uğrayıb, formal varlığı isə tanıdığımız Suriyaya həmişəlik son qoymaq istəyi ilə bağlıdır. Həm də rejim hamı, o cümlədən Rusiya, ABŞ, İran və İsrail üçün ümumi olan bu vəzifənin gerçəkləşməsi üçün mümkün hər şeyi edir.

İŞİD terrorçuları Palmiranı tərk edib Rakkaya və Dəyr əz-Zaura yollandılar – həm də bunu guya onlara qarşı vuruşanların gözlərinin qabağında etdilər. Doğrudanmı, Amerika təyyarələri terrorçuların nəzarətində olan məntəqələr arasında daim gedib-gələn konvoyun keçdiyini vaxtında qeydə almayıb? Onlarla maşından ibarət kolonu həm gecə, həm də gündüz asanlıqla aşakarlamaq olardı. Lakin yəqin,
 heç kimə maraqlı deyil ki, bu fakt üzə çıxsın. Xüsusən o kəslərə xeyir etmir ki, qəti şəkildə terrorçuların ortağıdır, lakin zaman-zaman təəssürat yaratmağa məcburdur ki, İŞİD-lə mübarizə aparır və Suriya xalqına göstərməlidir ki, ölkənin xatirinə hansı şücaətlərdən çıxır.

Nə etməli, rejim Palmiranı geri qaytardı. Sabah nə edəcək? Bəs birigün. Suriya yeni oyuna cəlb edilib. Bu, Suriya faciəsinin yekun pərdəsi olacaqmı? Ya tamaşada iştirak imkanından məhrum edilmiş yeni iştirakçılarla davam bizi gözləyir? Söhbət Türkiyədən gedir …  

Suallar xeylidir, lakin bu günə malik olduğumuz Palmiranın Dəməşqin nəzarətinə qaytarılmasıdır. Bu, İŞİD-lə razılaşma sayəsində mümkün oldu və onunla mübarizə Rusiya üçün yalnız bəhanə idi ki, Suriya münaqişəsinə hərbi müdaxiləyə haqq qazandırsın. Şəhərin azad edilməsi üzrə “əməliyyat”ın Rusiya aviasiyasının cəmlənmiş dəstəyi ilə aparılması faktı ondan xəbər verir ki, Rusiya qoşunlarının çıxardılması formal idi. Rusiya qruplaşmasının Suriya ərazisində qalan hissəsi Rusiyanın qoyduğu müəyyən vəzifələri gerçəkləşdirməyə qadirdir və buna hədəflənib və bu baxımdan ABŞ, İran və əlbəttə ki, İsraildən dəstək alır.

Palmiranın “azad” edilməsiylə yanaşı kürdlər Suriyanın quzeyində bəzi bölgələrdə öz muxtar fəaliyyətlərini davam etdirir və müstəqil idarəçilıik qurumları yaradırlar. Görünür, Sergey Lavrov və Con Kerrinin anlamında yeni Suriya bu cür görünməlidir. BMT öz elçisi Steffan de Misturanın simasında belə Suriyaya qəyyumluq edir. Və hətta BMT baş katibi Pan Gi Mun Palmiranı öz nəzarəti altına qaytarmış rejimə haqq qazandırmağa tələsdi.

Tamamilə aydındır ki, Suriya nizamlaması prosesi ölkənin bölünməsi planına uyğun şəkildə və bir sıra iştirakçıların maraqları nəzərə alınmaqla həyata keçirilir. Bu gün onlar bu fikirdə yekdildirlər ki, Bəşər Əsəd ölkə prezidenti kreslosunu boşaltmalıdır. Demək lazımdır ki, rejim  idarəçilik dönəmində özünü tamamilə tükədib: ölkənin müdafiə naziri postunu tutmuş Hafiz Əsəd artıq 1966-cı ildə Holan təpələrini İsrailə təhvil verdi.

Rejim oynanılması tələb edilən bütün rolları oynayıb qurtarıb. O, yarım əsr boyunca İsrailin təhlükəsizliyinə zamin rolunda çıxış edib. Bu missiya həmçinin Livanın sistemli şəkildə məhvini və ölkədə ələvilərin hegemoniyasını qurmaq üçün Suriyanın bir partiyanın (BƏƏS) rejiminə keçirilməsini ehtiva edirdi. Bu, 2000-ci ildə Bəşər Əsədə hakimiyyəti atasından miras almağa imkan verdi.

Beləliklə, Suriya faciəsinin son pərdəsi necə olacaq?

Şübhə yoxdur ki, Amerika administrasiyası Vladimir Putini inandıra bildi ki, Suriyanın gələcəyində Bəşər Əsəd olmamalıdır. Buna görə də  amerikalılar ruslara yaşıl işıq yandırdılar ki, Əsədə getməli olacağını izah etməkdən ötrü ahəngi özləri seçsinlər. Bu cür nəticə amerikalıların mövcudluğunu etiraf etdikləri Moskva maraqlarına zidd deyil. Əgər Əsədin başına Vladimir Putuinun təyin etdiyi qiyməti kimsə ödəməyə hazırdırsa, onda Rusiya bundan niyə istifadə etməsin?

Həm də bu gün dərin iqtisadi böhrandan əzab çəkən Rusiya onun üçün ölüm-olum məsələsi olan neft və qaz qiymələrini qaldırmaq üçün əlindən gələni edir. Bu problemi Səudiyyə Ərəbistanının iştirakı olmadan həll etmək mümkün deyil. Yəqin ki, tərəflər qarşılıqlı anlaşma əldə edəcək və gərəkli yöndə zəruri addımlar atılacaq. Səudiyyə kralının tez bir zamanda Moskvaya səfər etmək istəyi də buna işarə edir.

Palmiranın rejimin nəzarətinə qaytarılması müharibənin sonunu bildirmir. Suriya faciəsinin yekun pərdəsi ətraflı müzakirə tələb edir, hələ bir neçə cizginin əlavə edilməyi lazımdır. Axı Suriya xalqı da ölkənin gələcəyini necə görmək istədiyi haqda öz sözünü deməlidir. Çünki heç kim beş il öncə Suriya vətəndaşlarından gözləmirdi ki, küçələrə çıxıb öz tələblərini bəyan edəcək. Onlar artıq o zaman eyham vurdular ki, Bəşər Əsədin gedişi onlar üçün alver predmeti deyil. Bu, hökumət üçün gözlənilməzlik oldu. Suriyalılar hər cümə günü dinc yürüşlər vasitəsilə öz tələblərini təsdiq edir, bununla da göstərirdilər ki, bu mürəkkəb Suriya bərabərliyində baş rolu onlar oynayırlar. Suriya xalqının başına yağmış bütün bəlalardan sonra ölkənin gələcəyi haqda qərarı kimsə bir başqasının verəcəyini suriyalılara izah etmək çətin olacaq.

Suriya faciəsinin son pərdəsində rejissor rolunu öz üzərinə kim götürəcək?

Amerikalılar birincilik çələngini İsrail, İran və rejimdən qalanlarla əlaqəli hərkət edən və həmçinin rejimin terrorçularla dil tapmaq imkanlarından yararlanan Vladimir Putinə verməklə özlərini prosesdən kənarlaşdırdılar. Sadə suriyalıların maraqlarına nə vaxtadək etinasız yanaşılacağı məlum deyil. Adamlar ölkənin vahidliyinin saxlanacağı  inamını tərk edə bilmirlər. Yalnız özünü qurban verməyi tərgitməyən Suriya xalqı Putinin yolunu kəsə bilər.

 

Xeyrulla Xeyrulla

Əl-Ərəb (Böyük Britaniya), 31.03.2016

Tərcümə Strateq.az-ındır.