XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2015 - 06:58

Rusiya XVIII əsr mülkədarı kimi düşünür – Təhlil

Rusiya orta əsrlərdə ilişib qalıb

Berlin divarının süqutundan sonra tarixinin sonundan xəbər verən politoloq Frensis Fukuyama məşhurlaşdı. Deməli, o özü də dərk etmədən tarixin sükanı arxasında olduqlarını və elmi materializmin prinsiplərindən çıxış etməklə onun köməyi ilə hərəkət edəcəklərini iddia edən marksçılara yaxınlaşdı. Əslində, Semuel Hantinqton özünün “Sivilizasiyaların toqquşması”nda həqiqətə hamıdan yaxın idi. Qərblə Rusiyanın qol-budaq atan münaqişəsi sivilizasiyaların toqquşmasıdır. Qərblə Rusiya arasındakı münaqişənin tale yükünü anlamaq üçün tarixin dərinliklərinə – xristianlığın Qədim Dünyadakı lap mənbəyinə, latın və yunan dünyasının etiqad haqda mübahisələrinə dalmağımız lazımdır. Qərb və şərq xristianlarının fikir ayrılığı eramızın V əsrində başlandı və bir neçə əsr davam edən bu proses formal olaraq XI əsrdə başa çatdı, lakin 8-ci əsrdə İkinci Nikey qurultayından sonra faktiki var idi. Hətta 1453-cü ildə türklərin mühasirəyə aldığı Konstantinopolun (indiki İstanbul-red.) birbaşa süqutu təhlükəsi yunanları Roma katolisizminə doğru dümsükləmədi, yəni Qərbə üz tutmadılar. İstanbulun türklərin əlinə keçməsi dünya ağalığı haqda rus ideyasının doğulmasına təkan verdi.

Moskva knyazı III İvan sonuncu Bizans çarlarının nəslindən olan Bizans şahzadəsini özünə arvad etdi və Moskva özünü üçüncü Roma saymaqla bu ittifaqla bağlı dünya ağalığına haqqını ortalığa qoydu.

Bizans imperiyasından hüquq vərəsəliyini Rusiyanın gerbindəki əvvəllər bizans çarlarının istifadə etdiyi dişi qartal rəmzləşdirir. Qərb üçün tipik olan dünyəvi və dini hakimiyyət bölgüsü Bizans ənənəsində yoxdur: Bu səlahiyyətlər bir hökmdarın simasında birləşib. Avtokrat özlüyündə hakimiyyət və hüquq qaynağıdır və onun iradəsi qanundur.

Sonda bu modeli partiyanın kommunist etiqadının ideoloji saflığı və düzgün şərhinin havadarı, Müqəddəs Hraalın (qədim Avropa əfsanələrinə görə, İsa peyğəmbərin istifadə etdiyi və sonra çarmıxa çəkilərkən onun qanının yığıldığı cam. Bu ifadə daha çox müqəddəs dini təbərrük mənasına gəlir-red.) səlahiyyətinə bürünmüş baş katibi təcəssüm etdirdi. Buna görə bu gün Amerika cinsi geyinmiş və qulağında mobil telefon olan rus Vladimir Putini hətta adi insani ehtiyacı olmayan məxluq kimi qəbul edir. Əlbəttə, onlar təsəvvür edə bilməzlər ki, o da tualetə gedir.

Əzəli dini fərqlər Rusiyaya, xüsusən də onun incəsənətinə prinsipial təsir göstərdi. Rusiyada heç vat Qərbinki ilə tutuşdurulası təsviri sənət olmayıb – xeyr, VIII-IX əsrlərdə ikonaya qarşı mübarizə aparanlarla ikonaya səcdə edənlər arasındakı köhnə mübahisənin mirası olub. Etiqad məsələsində pravoslavlıqla Roma arasında daha az fərq olsa da, bu cür misallardan xeyli gətirmək mümkündür. Güman ki, rus pravoslavlığı məhz buna görə bu qədər antiqərb səciyyəsi daşıyır. Rusların Qərb küdurətində həm də Bizansın o zamankı vəhşi Qərbə münasibətdə bəslədiyi nifrət ünsürü də var. Lakin Roma imperiyasının mədəni və texnoloji uğurları çağdaş Qərblə müqayisə ediləcək kompleks xarakterli sivilizasiyaya çevrilmədi. Texniki ixtiralar yalnız imperator sarayının oyuncağı kimi qaldı, əzəldən vəhşi olan Qərb isə antik Romanın praqmatizmini götürdü və lap düşmən də olsa, sınaqdan keçirilmiş nəsnələri mənimsəyib onun əsil varisinə çevrildi.

Dəfərlərlə nümayiş etdirlən bu bacarıqsızlığı çağdaş Rusiyada haçansa aşkar texniki üstünlüyə malik olduğu kosmik sahədə izləmək mümkündür. Kosmosun mənimsənilməsindəki heyranedici uğurlar kommunist başçıların əlində oyuncağa döndü və bir qədər mübaliğə ilə desək, Rusiya yalnız nüvə silahı ilə bu cür Burkina-Faso (Qərbi Afrikada dövlət. Məcazi mənada “qəhrəmanlar ölkəsi” deməkdir-red.) idi.

Putin faciəvi şəkildə modernləşmənin öhdəsindən gələ bilməyən Rusiyanın ən dərin və ən qaranlıq ənənələrini davam etdirir ki, nəticədə hər dəfə öz təbəələrini zorakılıq vasitəsilə idarə edən, sınaqdan çıxarılmış “yarıallah çar” praktikasına qayıtsın.

Rusiya heç vaxt başa düşməyib ki, modernləşmə qədər çətin təşəbbüsün uğurla nəticələnməsi üçün işlək institutlar yaratmaq, Qərbdəki kimi effektli idarəçilik orqanlarına malik olmaq lazımdır.

Rus çarları həmişə köhnə Prussiyadan vəcdə gəlirdilər, lakin həmişə onun militarizmini seçirdilər. Lakin təqlidə layiq Prussiya nümunəsi Qərbdə hamını məhkəmə sisteminə və effektli idarəçiliyə öyrətdi. Habsburqlar imperiyasında Mariya Tereziya və II İosif, Fransada Napoleon.

Habsburqların hələ XVIII əsrdə idarəçilik islahatları apardığı ən varlı bölgələrə malik olan İtaliyanın nümunəsi inandırıcı şəkildə nümayiş etdirir ki, bu institutlar iqtisadi həyata nə dərəcədə ciddi şəkildə təsir edir.

Almaniya Prussiya hökumətinə uyğunlaşarkən Avropada iqtisadi liderliyə aparan bir yola çıxdı, dövlət quruluşu isə Prussiyanı eynilə təkrar etdi. Müstəqil və ədaləti məhkəməsi ilə ədalətli və effektli dövlət idarəçiliyi çiçəklənən cəmiyyətin sütunlarıdır. Rusiyada buna bənzər nəyinsə olduğuna heç kim inanmır.

Əslində, Rusiya orta əsrlərdə ilişib qalıb. Artıq çoxdan dənizə çıxışı olsa da və heç kim onu təhdid etməsə də, nə zamansa qitənin daxilində olmuş bu dövlət ilk günlərdən daimi düşmən təhlükəsi duyğusundan əzab çəkir. Əksinə, Rusiya həmişə öz qonşularına təzyiq göstərib və istənilən vəziyyətdə yeni ərazilər əldə etməyə cəhd edib. O, indiyə qədər XVIII əsrin hansısa bir mülkədarı kimi düşünür. Hətta Rusiya günümüzə qədər qalmış sonuncu müstəmləkə imperiyasıdır. Rəhbərlərin dəyişilməsi cüzi istisna ilə zorakı sonluqla bağlı olub.

Hər bir yeni modernləşdirmə rejimin qəddarlaşması və xarici təcavüzlə müvazinətləşdirilən səhvlərlə başa çatıb. Bundan başqa, onun enerji və xammal qaynaqlarına nəzarətə əsaslanan xarici siyasətinin uzunmüddətli strategiyası bu günki texnoloji inkişafa, xüsusən də almanların Energiewende siyasətinə (nüvə enerjisindən imtina və alternativ enerji qaynaqlarına keçid-red.) zidd çıxır.

Müqayisə olunsa, Rusiya iqtisadi baxımdan 150 milyondan az vətəndaşı ilə 500 milyon əhalisi olan Avropa Birliyindən 5-6 dəfə zəifdir (Həm də Rusiya əhalisini 68 xalq və etnik azlıqlar formalaşdırır). AB ilə müqayisədə Rusiya, sadəcə, Babilistandır. Digər tərədən, ən kiçik və ən varlı qitə cəlbedici qənimətdir və Rusiyanın baxışına görə, Avropa, vur-tut, Asiyanın yarımadasıdır.

Zd
enek Stranski

“Neviditelny pes”, (çexiya)

25.05.2015