XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 10:00

Azərbaycan-Ermənistan münaqişəsində energetika çaları varmı? –Təhlil

Qaz

Azərbaycanla Ermənistan arasındakı toqquşmanı necə şərh ertmək olar? Energetik arşın bu mübahisədə hansı yeri tutur? Ermənistan işğal edilmiş torpaqlarda öz iştirakını qorusa da, onun Azərbaycana qəflətən hücumu, təbii ki, xeyli şübhələr doğurur. Başlanğıc üçün qeyd edək ki, görünür, lax iqtisadiyyatlı Ermənistan Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən istifadə edib Azərbaycanla da xoş münasibətləri olan Rusiyanı daha güclü şəkildə öz tərəfinə çəkmək istəyir.

Digər tərəfdən, həm də ondan söhbət açmaq olar ki, bu gün Rusiya tədricən təcridə düşdükcə təcavüzkar mövqe sərgiləyə bilər. Məsələn, Birləşmiş Millətlər Təşkilatı hələlik Krımın durumuna aydınlıq gətirməyincə Rusiyanın Avropaya qaz satmağı asan olmayacaq. Eyni zamanda Rusiya “Şimal axını-2” üzrə Avropaya qaz tədarükləri üzərində əlləşincə AB ölkələri hələ ki “bəli” demir və məsələ üzrə danışıqları davam etdirir. Lakin başqa bir tərəfdən enerji resursları tədarükünün İsrail, Güney Kipr və Azərbaycan kimi alternativ qaynaqlarını da araşdırır. Hətta Rusuiya Azərbaycanı müəyyən ahəngə kökləməyə maraqlı olmasa, başqa amillərə də diqqət yetirmək lazımdır. Bu yaxınlarda ABŞ daxil olmaqla marağı olan bütün ölkələrin iştirakı ilə Azərbaycan qazının Cənub qaz dəhlizi vasitəsilə AB-yə tədarükü məsələsinə həsr edilmiş görüş keçirildi. Beləliklə, “Şimal axını”na şəklə yanaşan AB Azərbaycanın Cənub qaz dəhlizi layihəsini dəstəklədi – bu fakt Rusiyada rahatsızlıq doğura bilərmi?

Rusiya üçün başqa maneə Türkiyə ərazisindən keçməklə layihələşdirilən “Türk axını” hazırda süründürməyə salınıb. Eyni zamanda Rusiya istəmir ki, indi İsrail və Kipr qazından söhbət açılsın. Məlumdur ki, Rusiya banklarının Cənubi Kiprdə ciddi aktivləri yerləşir. Bununla belə, sezmək çətin deyil ki, bu aktivlərin çıxarılması halında Cənubi Kipr və Yunanıstan iqtisadiyyatına asan olmayacaq. Bununla bağlı Kipr məsələsinin nizamlanmasında Rusiyanın rolunun necə olduğuna da diqqət yetirmək gərəkdir. Rusiyaya və prezident Putinə yaxından dəxli olan “Panama sənədləri” də bura əlavə edilsə, istənilən görkəmli hadisəni cürbəcür yozmaq mümkündür.

Azərbaycan əraziləri çərək əsr işğal altında olsa da, o, heç vaxt müharibəyə can atan ölkə olmayıb. Neft qiymətlərinin düşdüyü şəraitdəki müharibə isə ona qətiyyən lazım deyil. Lakin bu işğal məsələsini istənilən vaxt həll edə biləsi Minsk qrupunun üzvləri – Amerika, Rusiya və Fransa – onu öz aralarında alver predmetinə çevirib.

Maraqlıdır, zəif iqtisadiyyatına görtə itirləcək bir şeyi olmayan Ermənistan hansısa vəd ala və yaxud kiminsə adından hərəkət edə bilərmi?

Güntay Şimşək

Habertürk, (Türkiyə), 05.04.2016

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə