XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 16:36

Türk mətbuatı:Suriyanı xaraba qoyan Moskva Qarabağda hərbi həlli rədd edir

ILham

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağ problemini hərbi yolla həll etmək olmaz. Lavrov məlumat verib ki, toqquşmalar sərtləşərkən Rusiya rəsmiləri tərəfləri tədbirli olmağa çağırdılar.

O, qeyd edib ki, Bakı və İrəvan bu çağırışları eşitsə də, yeni toqquşmalar haqda məlumatlar gəlir.

Lavrovun sözlərinə görə, Moskva danışıq prosesinin təzələnməsi üzrə səylərini davam etdirəcək. Nazir sonra vurğulayıb: Dağlıq Qarabağ probleminin hərbi həlli ola bilməz, eyni zamanda Minsk qrupunun formatını dəyişmək lazım deyil, əks halda əvvəllər əldə edilmiş nəticələr puça çıxar.

Sual

Lavrovun bu açıqlamanı verdiyi anda jurnalistlərdən hansısa soruşsaydı ki, məsələn, “Cənab Lavrov, bəs hansı beynəlxalq problemi hərbi yolla həll etmək mümkündür?”, onda nazir nə cavab verərdi? Misal üçün, deyərdi ki, əslində, Rusiya aviasiyasının Suriyaya atdığı bombalar diplomatik üsuldur?

Dünya teatrdır… Aktyorlar onlara verilmiş mətnləri təkrar edincə adamlar həlak olur, şəhərlər xarabalığa dönür, kütlələr qurtuluş arayıb evlərini tərk edir.

Bu, kinoda qeyri-məqbuldur

Kinonun formalaşdırdığı və kütlələr üçün təqlid nümunəsi olan obrazlar təhrif edilərkən geniş kütlələr buna tab gətirmir. Kinematoqraf dünyasından misal gətirirəm. 1925-ci ildə Parisdə doğulmuş fransız Mişel Pikkoli görkəmli ustad sayılan aktyordur. Kostyumlar, ifa edilən rollar, maneralar – bunların hamısından tamaşaçıların sevimli Pikkoli obrazı biçimlənib. Lakin onun 1973-cü ildə “La Grande Bouffe” (“Böyük qarınqululuq”) filmində oynadığı rol canlandırdığı obrazın tam tərsi çıxdı.

Həyatda hər şey özgə cürdür

Bu filmdə üç səmimi dost (Marçello Mastroyanni, Mişel Pikkoli və Filipp Nuarenin ifasında) həftəsonunu şəhərkənarı bir evdə fahişələrin cəmiyyətində keçirib inanılmaz iyrəncliklər edir. Pikkoli Parisdə təntənəli qəbulda smokinqdə görünərkən filmdən qəzəblənmiş fransız qadınları “Sən bunu bizimlə edə bilməzdin” şüarı ilə etiraz aksiyası təşkil etdilər. Pikkoli bu filmdə çəkiləndən sonra “təqlid nümunəsi”, “görkəmli” və “vicdanlı” ustad olmadı. Lakin silah tətbiq edən və ətrafdakı hər şeyi qana bulayan siyasətçiləri həvəslə qəbul edirlər. Məgər Lavrovun sözləri – “Qarabağ probleminin hərbi həll yolu ola bilməz” – buna misal deyilmi?

Mehmet Barlas,

Sabah (Türkiyə), 06.04.2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə