XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 15:49

Rusiya mətbuatı:Avrasiya Birliyi Ermənistanı Azərbaycan qarşısında tək qoydu – Təhlil

sarkisyan

Yuri Foks

"Nezavisimaya qazeta", 07.04.2016

 

Sabah Moskvada RF və Ermənistan XİN başçılarının görüşü olacaq. Danışıqlar Dağlıq Qarabağ probleminə həsr ediləcək.

ATƏT-in daimi şurasının Vyanada toplantısı ərəfəsində gözləntilərə rəğmən tanınmamış respublikada durum üzrə özəl açıqlama qəbul edilmədi. Ölkələrin təmsilçiləri yalnız danışıqlar prosesinə hamilik edən Minsk qrupuna hər cəhətdən yardım göstərmək razılığına gəldilər. Minsk qrupunun həmsədrləri isə təhlükəli bölgəyə səfərdədirlər. Tanınmamış DQR-də bir gündən çoxdur ki, sakitlikdir. Münaqişə edən tərəflər Qırmızı Xaçın yardımı ilə həlak olanların mübadiləsinə başlamağa razılaşır, itkin düşənlərin taleyini aydınlaşdırmağa cəhd edir. Barışıq rejiminə bütünlükdə əməl edilir. Təmas xətti boyu tərəflərin mövqeyi dəyişilməyib, lakin siyasi mövqelərdə bəzi dəyişikliklər var. Bakıdan açaıqlamalar gəlməyə başlayıb ki, Azərbaycan güc tətbiq etməmək barədə üzərinə heç bir öhdəlik götürməyib. Bakının Dağlıq Qarabağda atəşin dayandırılması haqda 1994-cü il Bişkek müqaviləsindən də çıxmağa hazır olub-olmadığını ATƏT-in MQ-nun həmsədrləri aydınlaşdırmalıdır.

Türkiyə öz mövqeyini əks yöndə korrektə etdi. Ankaradan açıqlamalar səsləndi ki, ölkə rəhbərliyi nəinki Bakının fəal hərəkətini təşviq edir, hətta Rusiyanı gərginliyin azaldılmasına yönəlik birgə səylər göstərməyə çağırır. Qoy belə olsun. Əgər bu, bölgədə sülhün möhkəmlənməsinə xidmət edirsə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun hərbi uğurlarla bağlı Azərbaycan rəhbərliyinə təbrikini unutmaq da olar. Dağlıq Qarabağda baş verənlərlə bağlı postsovet məkanında tərəfdaşlarla qarşılıqlı münasibət məsələsi Ermənistanda ön plana çıxdı. Xüsusən də ictimaiyyət soruşur ki, Avrasiya iqtisadi birliyini (AİB) sırf iqtisadi alyans saymağı davam etdirməyinə dəyərmi?

Birlikdən münaqişə tərəflərindən birinə dəstək şübhəsi yaranmasın deyə AİB sammitini İrəvandan Moskvaya keçirtmək qərarı bundan xəbər vermir.

Nəhayət, görüşün yeri haqda qərar Dağlıq Qarabağda kəskinləşmədən xeyli əvvəl qəbul edilmişdi, münaqişə iştirakçılarından biri AİB-ə daxil deyil, İrəvan isə hərbi əməliyyatlardan xeyli uzaqda yerləşir və sammit iştirakçılarının təhlükəsizliyini heç nə təhdid etmirdi. Təhdid edə bilməzdi də. Bununla belə Qazaxıstanın Ermənistan paytaxtındakı sammitə qatılmaqdan imtina üslubu özgə bir nədənsə daha çox boykotu xatırlatdı.

Yeri gəlmişkən, Qazaxıstanın mövqeyi heç kəsdə özəl təəccüb doğurmadı. Prezident Nursultan Nazarbayev heç vaxt gizlətməyib ki, Ermənistan-Azərbaycan probleminin həllini istisnasız olaraq Bakının Dağlıq Qarabağda yurisdiksiyasının bərpasında görür. Həm də hər iki dövlət – Qazaxıstan və Azərbaycan – sıx iqtisadi əməkdaşlıq, bir sıra maraqlı layihələrlə bağlıdır, bundan savayı isə türkdilli dövlətlər Birliyində ilk rolları oynayır.

Lakin bütün bunları Ermənistan və Qazaxıstanın KTMT-də hərbi-siyasi üzvlük və tərəfdaşlığı ilə necə uzlaşdırmaq olar? Təsəvvür etmək olarmı ki, NATO  üzvü ölkənin bloka daxil olmayan ölkə ilə savaşı halında alyans üzvlərindən kimsə NATO nizamnaməsinin məlum “beşinci paraqraf”ı müqabilinidə “yad”ın tərəfini saxlayacaq? Bu beşinci paraqraf, demək olar, hərfi mənada KTMT-nın öz adına keçib. Əlbəttə, İrəvanda durumu ayıq şəkildə dəyərləndirirlər. Xüsusən də ona görə ki, hərbi əməliyyatlar Ermənistanla bütün yaxınlığına rəğmən onunla eyniləşdirilə bilməyəcək Dağlıq Qarabağla Azərbaycan arasında gedirdi. Buna görə də KTMT-nin hərbi qabiliyyəti və imkanları DQR-ə müncər edilmir. Ermənistan tərəfi Qazaxıstanın və yaxud KTMT üzrə tərəfdaşlardan hər hansının yardımına güvənmir və xahiş etmirdi. Lakin müttəfiqlərdən qaynaqlanan antiermənistan dəyərləndirmələri İrəvan üçün xoşagəlməz gözlənilməzlik oldu. Həm də təkcə onun üçün yox. Səfiri izahat üçün Ermənistan XİN-ə çağırılmış Belorusiyanın açıqlaması İrəvanı xüsusilə pərt etdi. Minsk bundan sonra DQR-də durum üzrə sülhə çağıran yeni açıqlama ilə çıxış etdi.

Lakin Rusiyaya da suallar var. Bu, Azərbaycana silah tədarükünə aiddir. Ermənistan rəhbərliyi beynəlxalq səviyyədə Bakıya silah tədarükünə embarqo təşəbbüsü qaldırmaq niyyətindədir. Prezident Serj Sərkisyan qeyd edib ki, Rusiya rəhbərliyi ilə danışıqlarda bu mövzuya toxunacaq. Ermənistan hökuməti vurğulayır ki, duruma anlayışla yanaşır – Moskva imtina etsəydi, Azərbaycan oxşar silahları silah ixrac edən istənilən ölkədən alacaqdı. Söhbət daha çox əxlaqi yöndədir. Lakin məlumdur ki, pullar başlanan yerdə, adətən, əxlaq geri çəkilir.