XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 13:26

“The Wall Street Journal”:"Azərbaycan 20 il ərzində ilk dəfə mübahisəli ərazi üzərində nəzarəti bərpa etdi" – Təhlil

cebhe

Azərbaycan-Ermənistan münaqişəsində döyüşlərin gedişində 60-dək adam həlak oldu. Bu döyüş qonşu ölkələr arasındakı münaqişənin “dondurulduğu” 1994-cü il barışığından bəri ən sərt qarşıdurma oldu. Sanki keçən tək günü gərginlik səngidi, lakin tamamilə aydındır ki, silahlı münaqişənin artıq “donu açılıb”.

Daha ciddi Avrasiya siyasi və ideoloji ziddiyyətlərinin diddiyi Kremlin üstün olduğu qəliz və zəif bölgənin taleyi masa üzərinə qoyulub. Hər şeydən göründüyü üzrə, Obama administrasiyası sanır ki, Ermənistan-Azərbaycan münaqişəsi vakuumda mövcuddur və bölgədəki gərginlik və Putin Rusiyasının oynadığı destruktiv rolla heç cür bağlı deyil. Artıq Vaşinqtonun görməyinin vaxtıdır ki, Moskva bu problemin həlli yox, tərkib hissəsidir və Amerika münaqişənin dinc yolla həllində aparıcı rolu öz üzərinə götürməlidir.

Azərbaycan bölgəsi olan və əhalinin əksəriyyətini etnik ermənilərin təşkil etdiyi Dağlıq Qarabağa görə münaqişə artıq çoxdan mövcuddur. Müharibə orada SSRİ-nin dağıldığı zaman tərəflərin bu ərazi uğrunda döyüşlərə başladığı 1990-cı illərdən qopub. Dağlıq Qarabağla Azərbaycanın qalan hissəsi arasındakı təmas xəttində 1994-cü ildə atəşkəs rejimi tətbiq edildikdən bəri yalnız qısamüddətli toqquşmalar qeydə alınıb. Durum son iki ildə dəyişildi. 2014-cü ilin yayında ciddi döyüşlər baş verdi və bu zaman 19 hərbçi həlak oldu. Azərbaycanlılar həmin ilin noyabrında Ermənistan helikopterini vurdular, 2015-ci ildə isə döyüş əməliyyatları təzələndi, nəticədə 20-dən çox hərbçi həlak oldu. Bu il, deyəsən, dağlarda qar əriyən kimi döyüşlər başlandı.

Münaqişənin bu gün güclənməsi səbəbsiz baş vermir: Qafqazda durum getdikcə daha da dayanıqsız olur. Ermənistan-Azərbaycan münaqişəsi 1990-cı illərin əvvəlindən bölgəsəl siyasi fikir ayrılıqlarının mərkəzində yerləşir. Moskva Ermənistana dəstək verdi və Ermənistan həll edilməmiş münaqişə nəticəsində Moskvanın  sadiq tərəfdarları sırasında qaldı. Bu, cavabında Türkiyə və Qərblə birləşən Azərbaycanın yadlaşmasına səbəb oldu. Neftlə zəngin və dünyəvi ölkə kimi Azərbaycandan ehtiyat edən və Amerikanın rəğbətini qazanmış İran Ermənistan və Rusiya ilə birləşdi. Sonra prezident Obamanın 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzünə görə Moskvaya təşviq kimi görünən münasibətləri “yenidən yüklənmə” növbəsi çatdı. Barak Obama lap bu yaxınlarda öz kabinetinin üzvlərinə qulaq asmaqdan imtina etdi və Ukraynanı parçalayan və Suriyada Əsəd rejiminə dəstək verən Rusiyanın hərəkətlərinə xüsusi şəkildə mane olmadı.

Rusiya hərbi gəmiləri keçən il Xəzər dənizi akvatoriyasından qanadlı raketlərlə Suriyaya zərbə endirərkən postsovet məkanı və Suriya siyasətləri bir tama çevrilməyə başladı. Rusiya-Türkiyə qarşıdurması bu prosesi sürətləndirdi, çünki Azərbaycan birincinin tərəfini tutdu, Ermənistan isə ikinci ilə birləşdi. Putinin bölgədəki problemləri ona görə ağırlaşdı ki, Azərbaycan həm Rusiya, həm də İranla sərhədləşən yeganə ölkədir ki, bu da Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Şərqlə Qərb arasındakı dəhlizin yaradılması zamanı özəl önəmə malikdir. Bu arteriyaya nəzarət Vladimir Putinin imperiya planlarının əsaslı tərkib hissəsidir. Azərbaycanla ABŞ arasında münasibətlər uzun illər ərzində sərin idi, çünki ABŞ-ın bölgədə təhlükəsizlik məsələlərinin həllinə qatılmamağı Azərbaycanı qane etmirdi və ABŞ Azərbaycanda insan haqlarının pozulmasına güclü şəkildə diqqət yetirirdi. Lakin keçən il iki ölkənin münasibətlərində mülayimləşmə başlandı. Amerikanın yüksək səviyyəli bir neçə nümayəndə heyəti siyasi və hərbi əlaqələrin müzakirəsi üçün Azərbaycanda oldu, həm də strateji əməkdaşlıq haqda Bakı ilə Avropa Birliyi arasında danışıqlar təzələndi. Azərbaycan xeyirxah iradə qismində onlarla siyasi məhbusu azad etdi, Obama administrasiyası isə Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtona dəvət etməklə cavab addımı atdı. Buna görə də təəccüblü deyil ki, Putin Ukraynada etdiyi kimi bu qonşu ölkəni zəiflətmək qəsdilə həll edilməmiş münaqişədən faydalanır. Moskvanın bu cür hərəkət etməkdə gizli qabiliyyətlərinə az adamın şübhəsi var. Məsələn, diqqətçəkəndir ki, 2014-cü ildə münaqişənin güclənməsi Putinin Fransa və ABŞ-ı Soçidə birtərəfli qaydada sammit keçirmək yoluyla sülh prosesindən sıxışdırıb çıxartmaq cəhdləriylə üst-üstə düşdü. Elə həmin il silahlı toqquşmaların təzələnməsi Obamanın keçirdiyi nüvə təhlükəsizliyi üzrə sammit və Əliyevin son on ildə Vaşinqtona ilk səfəri ilə bir vaxta təsadüf etdi. Hər iki tərəf (və Qərb) Putinin müəyyən etdiyi oyun qaydaları ilə oynamayacağı halda bölgədə daha böyük hərc-mərclik yarada biləcəyi haqda xatırlatma ona sərf edir.

Azərbaycan sön döyüşlərin gedişində 20 il ərzində ilk dəfə mübahisəli ərazi üzərində nəzarəti bərpa etdi. Ola bilsin, o daha çox şey istəyəcək və istisna deyil ki, Ermənistan cavab zərbəsi endirmək və bu uğurları heçə endirmək  istəyəcək. Ona görə də Obamanın prezidentliyinin son ilində Qafqazda münaqişənin daha da güclənməsini müşahidə edirik. Lakin sülh prosesində səfir səviyyəsində iştirak edən amerikalı diplomat Ceyms Uorlikin ifadə etdiyi kimi, Obama administrasiyası bütün bu dövr ərzində Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə Rusiya ilə “eyni baxışları”n tərəfini saxladığı haqda əfsanəni israrla təkrar edir. Birləşmiş Ştatların bu gün yürütdüyü inkar siyasəti yalnız buna işarə edir ki, Vaşinqton bu bölgəni ciddiyə almır. Amerika Qafqazda tammiqyaslı müharibənin qabağını almaq istəyirsə, öz üzərinə ciddi diplomatik təşəbbüs götürməli və həm Azərbaycanı, həm də Ermənistanı problemin həllinə cəlb etməldir. Bu isə yalnız o halda baş verə bilər ki, Vaşinqton Qafqazın Ukraynadan Suriyaya qədər münaqişələrin uzun qövsünün tərkib hissəsi olduğunu qəbul etsin. Və ABŞ-ın maraqlarının Putinin maraqlarına tamamilə zidd olduğunu.

Svante Kornell,

Con Hopkins universitetinin nəzdində öncül beynəlxalq araşdırmalar Məktəbinin Mərkəzi Asiya və Qafqüaz institutunun direktoru, 2011-ci ildə ME Sharpe nəşriyyatının buraxdığı “Azərbaycan müstəqillik illərində” (Azerbaijan Since Independence) kitabının müəllifi

The Wall Street Journal (ABŞ), 08.04.2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə