XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 09:06

Ərəb mətbuatı:Qarabağ və "Panama sənədləri" Qərbin Putinə mesajıdır - Təhlil

paalmira

Samih Səab

Ən Nahar (Livan), 12.04.2016

 

Suriya ordusunun Palmiranı azad etmək üzrə əməliyyatı, Suriyada bərqərar edilmiş barışığın silkələnməyi heç kim üçün sürpriz olmadı. Qədim şəhərin və bir neçə yaşayış məntəqəsinin qaytarılması Suriya ordusuna Dəyr əz-Zor, Rakka şəhərlərinə doğru irəliləmək və Suriya-İraq sərhədindəki Tənafa keçmək haqda düşünmək imkanı verir. Palmiranın azad edilməsi ABŞ, Fransa və Böyük Britaniyada xüsusi fərəh doğurmadı. Əksinə, bu ölkələr, həmçinin Türkiyədən başlamış Fars körfəzi ölkələrinədək bölgə oyunçuları bu yeniliyi, xüsusən də sonuncunu qüssə ilə qarşıladı.

Suriya ordusunun Rakka sərhədlərinə doğru istənilən mümkün irəliləyişi Cenevrədə sülh danışıqları prosesinin gedişindən asılı olmayaraq Suriyada oyun qaydalarının dərhal dəyişilməsinə səbəb olacaq. Məhz Rakka rejimə o dərəcədə bəraət qazandırar ki, ABŞ Dəməşq ilə əməkdaşlıq qərarına gələ bilər. Buna görə də Pentaqon ABŞ-ın quru əməliyyatlarında iştirakını genişləndirməyə hazırlaşaraq Suriyanın şimalında Amerika xüsusi təyinatlılarının sayını artırmaq qərarı qəbul edib.

Ehtimal ki, ABŞ İraqın Mosul şəhərində əməliyyata başlamağı həmişə buna görə yubadır: nə qədər ki Suriya ordusu Rakkaya girməyib, ABŞ  üçün bura əhəmiyyətlidir.

Bu gün Rakkaya xüsusi diqqət yetirilir. ABŞ və müttəfiqləri bu yaşayış məntəqəsinin həm hərbi, həm də siyasi planda strateji önəmini dərk edir. Həmçinin Dəməşq, Moskva və Tehran da bunu aydın şəkildə anlayır. Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ dövlət katibi Con Kerrini qəbul etdikdən dərhal sonra Palmira süqut etdi. Vaşinqton Palmira əməliyyatında birbaşa iştirak edən Moskvanın ismarıcını başa düşdü. ABŞ bölgədəki müttəfiqlərini hamilik etdikləri silahlı qruplara yaşıl işıq yandırmağa təhrik etmək, Hələbdə atəşkəs sazişini pozmaq qərarına gəlib. Hələb ətrafında “yer-hava” sinifli raketin dəyməyi nəticəsində Rusiya qırıcısının qəzaya düşməyi ABŞ-dan Rusiyanın ünvanına aşkar ismarıcdır.

Vaşinqton yenidən Bəşər Əsədin ölkədə keçid dövründə prezident postundan getməyinin zərurətindən danışmağa başlayıb. Və yenidən meydana çıxmış ritorika son hadisələrin kontekstində adi təsadüf deyil. Rusiyaya Amerika-Türkiyə ismarıcı uzunmüddətli nisbi sakitlikdən sonra Dağlıq Qarabağda hərbi əməliyyatların təzələnməsi qismində gerçəkləşdirildi. Vaşinqton Dəməşq və Moskvanın Palmirada başladığı prosesi başa çatdırmağa imkan vermək niyyətində deyil. ABŞ Kremlə basqı göstərmək üçün istənilən imkandan istifadə edir. Hətta qalmaqallı “Panama sənədləri”nin ortalığa çıxması da Suriya rejiminə bundan sonra da dəstək vermək və İŞİD terrorçuları ilə mübarizə vasitəsilə onun  legitimliyini bərpa etdirməyə çalışan Rusiyaya mane olmaq cəhdidir. Bu tip uğurlar siyasi və hərbi tərtibin hökmən rejimin xeyrinə dəyişilməyinə gətirib çıxardacaq və əlbəttə, bu, ABŞ və müttəfiqləri üçün yolverilməzdir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə