XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 16:34

Amerika mətbuatı:Dağlıq Qarabağ münaqişəsi təcili nizamlanmalıdır – Təhlil

xocali

Münaqişənin meydana çıxması həmişə pis xəbər olsa da, Dağlıq Qarabağada toqquşma son dərəcə uyğunsuz məqama düşdü və bütün Cənubi Qafqazda yanğın törədə bilər. Bu dondurulmuş münaqişə Azərbaycanı müdafiə edən Türkiyə ilə Rusiya (o, neftin sayəsində artıq çox müstəqil olmuş keçmiş sovet respublikasını zəiflətməyə cəhd edir) və qonşu ilə münaqişə arzulamayan İran arasında vasitəli müharibəyə çevrilə bilər.

Başlanğıc üçün faktları yada salaq. Dağlıq Qarabağ 1991-ci ildə mübahisəli referendumdan sonra öz müstəqilliyini elan etdi, lakin bir milyon insanı öz evini tərk etməyə məcbur etmiş (onlar indiyədək Bakının himayəsindədirlər) uzun illərin qanlı münaqişəsindən sonra Azərbaycan hökumətinin və beynəlxalq ictimaiyyətin etirafına nail ola bilmədi. Mindən çox dinc sakinin əsir düşdüyü, onlardan 613-ünün (o cümlədən 106 qadın və 64 uşağın) öldürüldüyü təkcə Xocalı qırğını nəyə dəyər?

BMT qondarma respublikanın müstəqilliyini tanımadı, onun, həmçinin  Avropa parlamentinin, ATƏT-in qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün önəmi vurğulanır və Ermənistandan təkcə işğal edilmiş Dağlıq Qarabağın deyil, həm də qanunsuz ələ keçirilmiş sərhədyanı bölgələrin geri qaytarılması tələb olunur.

Azərbaycanlı qaçqınların əkəsriyyəti yalnız bir şey haqda düşünürlər: Dağlıq Qarabağa öz əkinlərinin, gözəl mıənzərələrin və doğmalarının yanına (münaqişədə itkin düşənlərin sayı təəssürat yaradır) dönmək. Ailələr, demək olar, 20 il əziyyət çəkib. Qaçqın obrazı Ermənistanla müharibənin həyatını alt-üst etdiyi Azərbaycan əhalisinin bu kəsimi üçün çox gözəl illüstratsiya rolunu oynaya bilər. Cismani və mənəvi yaralara baxmayaraq, adamlar bütün çətinlikləri dəf etməyə və yurd-yuvalarından uzaqda yaşayışı tikə-tikə qurmağa nail oldu.

Qeyd etməyinə dəyər ki, azərbaycanlıların 80%-i müsəlmandır və Azərbaycan dünyəvi ölkədir. Ola bilsin, o, çox da demokratik deyil, lakin qadınların və azlıqların hüquqlarını fəal şəkildə müdafiə edir ki, bu da indiki şəraitdə Qafqazda radikal islamçılığın yüksəlişi dövründə son dərəcə əhəmiyyətlidir. Məhz buna görə Minsk qrupunun (Fransa, ABŞ, Rusiya) təcili qaydada nəzərdə tutulmuş görüşü təcavüzün güclənməsinə son qoymağa və barışığa nail olmağa çalışmalıdır.

Ümid edək ki, ümumi maraq nüfuzlu lobbiləri arxa plana sıxışdırıb geopolitik spekulyasiyaya üstün gələcək, Rusiya radikal islamla mübarizədə Bakını rolunu etiraf edəcək, ABŞ və Fransa Ermənistanı BMT çərçivəsində danışıqlara inandıracaq.

Patrisiya Lalond

The Huffington Post (ABŞ), 12.04.2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə