XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 18:07

Livan mətbuatından yeni iddia:Türkiyə Rusiyanı Qarabağ tələsinə çəkib Suriyada üstünlüyü ələ aldı

suriya

Radvan Əz-Zeyb

Əd-Diyar (Livan), 13.04.2016

 

Hələbdə döyüş meydanında dəyişiklik, yaraqlıların məğlubiyyətdən sonra öz mövqelərini bərpa etmək cəhdləri və ardınca Türkiyə sərhədinədək Nabal və Əz-Zəhra yaşayış məntəqələrinin mühasirəsinin yarılması – bütün bunlar Rusiyanın elan etdiyi barışığı kəskin şəkildə dayandırdı. Dəməşq, Tehran və Suriyanın müttəfiqləri bu qərarın yersizliyi haqda şübhə və narazılıq etsə də, hərbi əməliyyat durdurulmuşdu. Lakin Moskvanın qərarı öz növbəsində yaraqlılara təzyiq göstərə biləcək və danışıqlar masası arxasına əyləşməyin gərəkdiyini göstərə biləck Vaşintonun təqdirini qazandı və atəşkəs rejimi bərqərar oldu. Yaraqlılar bundan istifadə etməyə tələsdilər: Türkiyənin yardımı ilə qüvvələrini bərpa etdilər və silah çatışmazlığını tamamladılar. Hətta türklər ABŞ-ın dəstəyi ilə silahlı müxalif dəstələrin sıralarına daxil olmağa başladılar. Və bu, başadüşüləndir – Vaşinqton bu qayda ilə danışıq prosesinin tərəfləri arasında tarazlığı bərpa etməyə can atır ki, müxaliflər Cenevrədə ciddi güzəştlərə getməli olmasınlar. Bu planı ancaq Hələbdə döyüşləri təzələməklə gerçəkləşdirmək mümkündür.

Suriya ordusu və müttəfiqləri Hələbin cənubunda Tal əl-Eys rayonunda hərbin əməliyyatı dayandırmağa razılaşıb baha bədəl ödədilər. Son əməliyyatın gedişində Türkiyənin birbaşa örtüyü altında bu mühüm əraziyə nəzarəti geri qaytarmaq mümkün oldu.

Mötəbər qaynaqların məlumatı işarə edir ki, Rusiya rəhbərliyi barışığın ən böyük səhv olduğunu artıq etiraf edib və İran da, Suriya da kəsilmiş əməliyyatı sonadək aparmaq və rejimə qarşı vuruşan silahlı dəstələri ləğv etməyin zərurətini təkid edir. Bunu sentyabra, yəni rusların Suriya münaqişəsinin siyasi həllini sırımaq cəhdinədək etmək lazımdır.

Həmin qaynaqlar iddia edir ki, Rusiya rəhbərliyi döyüş meydanında bir sıra uğurlu əməliyyatlardan sonra Hələbdə döyüşləri dayandırmağı qət etdi. Ruslar vəziyyəti qiymətləndirib səyləri Palmiraya cəmləmək qərarı qəbul etdilər və buna onunla haqq qazandırdılar ki, şəhərin azad edilməsi onların hərəkətinə beynəlxalq təqdiri təmin edəcək, həmçinin ictimaiyyətin gözündə Suriya ordusuna bəraət verəcək. Dünya ictimaiyyətinin, xüsusən isə avropalıların baxışınca, Palmiranın azad edilməsi olduqca böyük nailiyyətdir, çünki bu qədim şəhər dünya sivilizasiyasının sərvətidir. Rusiyanın müttəfiqləri öz növbəsində hesab etdilər ki, Palmiranın azad edilməsi gözə dəyəcək irəliləyiş verməyəcək. Bu ərazi onlar üçün Dəyr əz-Zor yaşayış məntəqəsi və İraqa qədər uzanan boş torpaqlardan başqa bir şey deyil. Buna görə də oradakı yaraqlılar tamamilə təcrid edilmişdi və hər hansı təhlükəli əməliyyat keçirdə bilməzdilər.

Əksinə, Hələb isə məsələnin həllinin açarıdır. Bu bölgənin tərəflərin hər biri üçün strateji önəmi var, çünki yaraqlıların maliyyələşdirildiyi və dəstəkləndiyi Türkiyə ərazisinə yaxındır. Lakin ruslar cavabında yetərincə inandırıcı əsaslar göstərdidlər ki, guya Hələb cəbhəsində döyüş Türkiyəni Suriyaya birbaşa müdaxiləyə təhrik edər, çünki türklər hamının gözü qabağında bildirdilər ki, öz sərhədləri boyunca “kürd zolağı”nın formalaşmasına yol verməyəcəklər. Ankara durumun bu cür inkişafından həqiqətən ciddi şəkildə ehtiyat edir. Axı kürdlər bu məsələdə tam uğura nail olsalar, onda Türkiyənin bölünməsi haqda məsələ hökmən qarşıda duracaq, nəticədə isə hakim Ədalət və inkişaf partiyasının tam məğlubiyyəinə səbəb olacaq.

Yuxarıda qeyd olunan qaynaqların məlumatından belə çıxır ki, ruslar döyüşlərin dayandırılması və barışığın bərqərar olmasının Suriya münaqişəsində Türkiyənin ahənginin dəyişilməsinə səbəb olacağına ümid edirdidlər. Həqiqətən də, türklər atəşkəs elanından sonra iranlılara Əsədin taleyindən başqa istənilən mübahisəli məsələni müzakirə etməyə hazır olduqlarını ehtiva edən müsbət siqnallar göndərdilər.

Lakin Rusiyanın hesablamaları özünü doğrultmadı. Türklər Suriya yaraqlıları üçün öz silah-sursat anbarlarını açıb Rusiyaya əsaslı yeni hücuma hazırlaşmaqdan ötrü barışıqdan yararlanmaq qərarına gəldilər. Ankara rusların diqqətini yayındırmaq üçün Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında münaqişə törətdi. Bu gərginlik alovunda türk izi aydın şəkildə gözə dəyir.

Tal Əl-Eys ərazisinin çoxsaylı və təpədən dırnağadək silahlanmış yaraqlılar tərəfindən tutulması qəti şəkildə Türkiyənin xidmətidir. Əlbəttə, Suriya ordusunun bu cür iflası Rusiya ilə müttəfiqləri arasında ciddi mübahisələr doğurdu. Rusların bəraət cəhdlərinə baxmayaraq, onlar anladılar ki, Türkiyəni gərəyincə qiymətləndirməyib barışığa görə tələsiblər.  

Qərar qəbul edilib, dünya ictimaiyyəti lap yaxın günlərdə Hələbdə amansız və irimiqyaslı döyüşlərin şahidi olacaq. Əməliyyatın məqsədi Rusiya aviasiyasının havadan birbaşa himayəsi altında yaraqlıları tam şəkildə ləğv etmək, yaxud təslim olmağa məcbur etməkdir. Həm də bu məqsədə çatmayınca sülh gözləməyinə dəyməz. Şübhə yoxdur ki, tərəflər ölüm-dirim mübarizəsi aparacaq. Dünya ictimaiyyətinin Hələbdə döyüşlərin təzələnməsinə münasibətinin necə olacağı hələlik aydın deyil.   

 

Tərcümə Strateq.az-ındır.