XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 10:18

Türk mətbuatı:İran Fars körfəzi-Xəzər kanalı layihəsini gerçəkləşdirməyə girişir – Təhlil

Süleyman Yaşar

Taraf (Türkiyə), 14.04.2016

 

suveys

İran prezidenti Həsən Ruhani çoxdan rəfdə qalmış layihəni həyata keçirtmək niyyətindədir. Tehran universiteti artıq onun üzərində işə başlayıb. Söhbət Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək gəmiçilik kanalının inşasından gedir. Layihə tezliklə gerçəkləşdiriləcək. Artıq indidən onu İranın “Süveyş kanalı” adlandırırlar.

Gözlənilir ki, bu cür layihə üçün İran Rusiyadan yardım xahiş edəcək. Layihənin proqnozlaşdırılan dəyəri yeddi milyard dollardır. Onu 2030-cu ilə başa çatdırmaq planlaşdırılır. Xəzər dənizinə çıxan ölkələr – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran – onun sayəsində neft və qazı açıq dənizə nəql edə bilər. Bu, Cənubi Qafqaz və Xəzəryanı dövlətlərin iqtisadiyyatını canlandıracaq.

Xatırladaq ki, çay gəmiləri hazırda Qara dənizdən Xəzər dənizinə çıxa bilir. Ehtimal edilir ki, bu su yolu da daha səmərəli olacaq.  Qara dəniz-Xəzər əlaqəsi daha böyük gəmilər üçün açıq olsa, bu halda Qara dənizdən Avropaya daha effektli yol təmin etmək mümkün olacaq. Məlum olduğu kimi, bu yol Dunay çayı vasitəsilə Avropanın mərkəzinə çata bilər. Buna görə də deyə bilərik ki, Xəzərlə Fars körfəzinin birləşdirilməsinin daha böyük önəmi olacaq.

Rusiya hərbi gəmiləri də İran layihəsi sayəsində Türkiyə boğazlarına möhtac olmadan açıq dənizə çıxa bilər. Onlar hazırda Fars körfəzində asudə hərəkət edən Amerika donanaması ilə bu cür rəqabət apara bilər.

Əlbəttə, bu zaman Bosfor və Dardanel boğazlarının hərbi və iqtisadi əhəmiyyəti azalacaq. Bununla bağlı qeyd edək ki, boğazlardan keçən gəmilərin sayı azalsa, “İstanbul” kanalının inşa layihəsi (Mərmərə dənizindən Qara dənizə gəmi kanalı layihəsi-tərc.) maliyyə əmsalına malik olmaya bilər.  

Bununla bərabər, xatırladaq ki, “İstanbul” kanalının da dəyəri yeddi milyard dollar səviyyəsində proqnozlaşdırılır. Bu layihənin maliyyə əmsalı olmayacaqsa, onda bu ehtiyatları boş-boşuna sərf etməyinə dəyməz. Onu Güney-Şərqi Anadolu layihəsinin (GAL – irimiqyaslı hidroenergetik layihələrin gerçəkləşdirilməsi əsasında bölgənin kompleks şəkildə inkişafını nəzərdə tutan layihə-tərc.) başa çatdırılması üçün istifadə etmək olar. Bu layihə Türkiyə kənd təsərrüfatı məhsullarının ümumi artımını (63 milyard dollardan 200 milyard dollardan yuxarıya qədər) və həm də üç milyona qədər iş yeri təmin edə bilər.

Başa düşdüyünüz kimi, ciddi iqtisadi seçim problemi göz qabağındadır. Ehtiyatları hansı layihəyə yönəltməli: “İstanbul” kanalına, yoxsa GAL-a? Əsaslı şəkildə iş aparılmalıdır.

Bundan başqa, gündəmə sual çıxır: Van gölünü Xəzər-Fars körfəzi kanalı ilə birləşdirmək lazımdırmı? Məlum olduğu kimi, dünyanın iqtisadi mərkəzi Sakit okean bölgəsinə keçir. Belə olan halda bu yeni hadisələri diqqətdə saxlamaq faydalı olardı. Əks halda “İstanbul” kanalı “dəstəksiz çamadan”a çevriləcək.

Tərcümə Strateq.az-ındır.