XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2016 - 12:49

Türk nəşri:Suriyada “atəşkəs rejimi” həm var, həm də yox – Təhlil

Heleb

Suriya üzrə keçən ay dayandırılmış sülh danışıqlarının Cenevrədə bu gün təzələnməsi faktı göstərir: ən azı, diplomatik proses davam edir. Bu, fərəhli hadisədir.

Əlbəttə, bu danışıqların hansısa nəticə verib-verməyəcəindən danışmaq hələ çox tezdir. Cenevrə danışıqlarının davam etməyi Suriyada “atəşkəs rejimi”nin, yəni barışıq haqda razılaşmanın qüvvədə olmasıyla bağlıdır. O, fevralın 28-də elan edilməsəydi, Cenevrə prosersi başlamazdı. Bununla belə, Suriyada “atəşkəs rejimi” həm var, həm də yox. Barışıq haqda saziş İŞİD və “Cəbhət ən-Nusra” kimi “terrorçu” deyilən qruplaşmalara şamil edilmir. Başqa sözlə, Suriya ordusu və (Azad Suriya Ordusu kimi – ASO) müxalifət qüvvələri silahı yerə qoyub, eyni zamanda ehtiyacı olan mülki əhaliyə kənardan humanitar yardımın çatdırılamsı təmin edilib… Terrorçu qruplara gəlincə, onlara atəş açmaq qadağan edilmir!

Düşmən kimdir?

Sazişin son bəndinə məhz bu ucbatdan tam şəkildə əməl olunmur. Bombardmanlar, həmlələr, toqquşmalar davam edir. Barışığın pozulmağından danışılarkən atəş açan tərəf iddia edir ki, hədəf “terrorçular”, yəni düşmənlər idi.

Bu bəzən həqiqətdir, bəzən isə yox. Nəticə etibarilə qoy Cenevrədə diplomatlar uzun-uzadı danışsınlar, Suriya cəbhəsində isə silahlar hər halda susmur. Demək mümkündür ki, silahlar son günlərdə lap bərkdən dillənməyə başlayıb. Bütün tərəflər Cenevrədə danışıqların yeni mərhələsi ərəfəsində “döyüş meydanı”nda öz real mövqelərini möhkəmlətməyə cəhd edirlər…

Türkiyənin dsətəklədiyi və sıralarında Suriya türkmənlərinin də olduğu ASO keçən həftə sərhədyanı Çobanbəy qəsəbəsi daxil olmaqla mühüm strateji bölgələri ələ keçirtdi. Lakin İŞİD bu günlərdə cavab zərbəsi endirdi və bu əraziləri geri qaytardı. Hazırda toqquşmalar davam edir. “Cəbhət ən-Nusra” gücləri də Hələb, Xoms və Latakiya bölgələrində həmləyə keçiblər, bəzi ərazilər işğal olunub. Əsəd ordusu bu rayonda Rusiyanın hava dəstəyi ilə fəaliyyətdədir. Suriya baş nazirinin sözlərinə görə, bu qüvvələr Hələbi “Cəbhət ən-Nusra”dan təmizləmək üçün irimiqyaslı hücuma hazırlaşır…

Necə birləşməli?

Bu arada Xalq özünümüdafiə dəstələri “Suriyanın demokratik qüvvələri”nin (YPG) günbəzi altında Türkiyə sərhədinin yaxınlığında yeni mövqelər ələ keçirməyə səy edir. Onlar da deyirlər ki, özlərinin nəzarət edəcəkləri əraziləri (ABŞ-ın dəstəyi ilə) İŞİD-dən təmizləmək istəyirlər…  

Diplomatların yenidən Cenevrəyə hazırlaşdığı bir dövrdə döyüş meydanındakı durum bu cür görünür. Hətta “keçid hökuməti” yaradılacaq və Əsəd gedəcəksə, müxtəlif etnik və dini qruplaşmaların  hakim olduqları ayrı-ayrı zonalar yaratdığı və bölünmüş Suriya vahid, unitar dövlət statusunu necə qaytara bilər?

Sami Kohen

Milliyet (Türkiyə), 14.04.2016

Tərcümə Strateq.az-ındır.