XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

30 May 2015 - 10:35

ABŞ Çinə qarşı müttəfiq axtarışında – Təhlil

“Yeni çin” və “köhnə Rusiya” kontekstində ön plana keçən hadisələr ABŞ-ı kürəsəl və bölgəsəl miqyasda yeni müttəfiqlər axtarmağa təhrik edir. ABŞ Rusiya-çin duetinin öhdəsindən təkbaşına gələ bilməyəcəyini anlayaraq, əlində hansı kartların olduğna nəzər yetirməyə başlayıb. Ən aşkar namizədlər Hindistan, Yaponiya, Pakistan və Türkiyədir. Bu məqamda ABŞ-ın Pakistan və Yaponiyaya münasibətdə siyasəti özəl önəm kəsb edir. Vaşinqton xeyli dərəcədə çinə sarı meyllənmiş Pakistanı öz nəzarəti altına qaytarmaq nyyətindədir. Bunda Ağ Evə “qamçı və kökə” siyasəti kömək edir.

Bu üsul çoxumuza yaxşı məlumdur. Bu, Əfqanıstan-Pakistan sərhədində pilotsuz təyyarələr vasitəsilə həyata keçirilən əməliyyat və “başdansovma” kütləvi qətllərdir.

Lakin ABŞ Pakistana zərbə endirməklə onu çinin qucağına daha çox itələyir. Amerikanın Əfqanıstana müdaxiləsi ilə müttəfiqlik münasibətində dərin sarsıntıdan keçmiş və üzülmə nöqtəsinə yaxınlaşmış Pakistan təhlükəsizlik və xarici siyasət sahəsində çinə getdikcə daha çox üstünlük verir. önəmli dərəcədə çinə söykənən İslamabad rəhbərliyi (eyni zamanda Türkiyəyə münasibətdə baş verən dəyişikliyi gözdən qaçırtmaq lazım deyil) Vaşinqton administrasiyası ilə münasibətlərin yeni modelini inkişaf etdirməyə cəhd edir.

Zorakı ittifaqa qayıdış?

2012-ci ildən bəri Pakistanla müttəfiqlik münasibətlərini bərpa etməyə çalışan Vaşinqton Əfqanıstandakı durumdan faydalanmağa çalışır. Dövlət katibi Con Kerrinin ABŞ-ın Pakistanla təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyəti haqda çoxmənalı açıqlamasını yada salın. Bu zaman Pakistana 14 qırıcı, gücləndirilmiş müdafiə tədbirləri çərçivəsində 59 təlim-məşq təyyarəsi, həmçinin Amerika ordusunun əvvəllər Əfqanıstan və İraqda işlətdiyi 374 zirehli döyüş maşınının veriləcəyi vurğulandı.

Bəli, ABŞ Pakistanı yenidən silahlandırır və bütün bunların yalnız terrorizmlə mübarizə çərçivəsində baş verdiyini fərz etmək, əlbəttə, böyük sadəlövhlükdür. Burada ABŞ-ın Pakistana çin təhlükəsini nişan verməklə soyuq müharibənin başlanğıcından bəri adət edilmiş geopolitik prinsiplərə söykənən kövrək strateji tərəfdaşlığı səfərbər etmək istəyi gözə dəyir.

Pakistan bundan imtina etməyi özünə rəva bilərmi? Bu, indiki şəraitdə olduqca çətindir. Vaziristan və Kəşmir kimi ərazilər ucbatından Əfqanıstan və Hndistanla yaranmış problemlər Pakistanın mövqeyini mürəkkəbləşdirir və ABŞ-ın burada oynaya biləcəyi rol daha ehtiyatlı siyasətin yürüdülməsini qaçılmaz edir.

Pakistana ciddi təzyiq göstərsələr, nəinki sadəcə Kəşmir ərazisinə iddialardan əl çəkməli olacaq, həm də bir-iki həftə ərzində parçalanma təhlükəsi ilə tam şəkildə üzbəüz qala bilər. Burada ABŞ-ın imkanları istənilən qədərdir. “Böyük Yaxın Şərq” layihəsinin xəritəsinə və “Azad Bəlucistan”ın sərhədlərinə ötəri nəzər salmaq kifayətdir. Nəticə etibarilə Pakistanı ABŞ-la çin arasında seçim edib çərtin qərarlara təhrik edirlər.

Yaponiyanın qayıtması?

Pakistanın timsalından göründüyü kimi, ABŞ və çin-Rusiya dueti arasındakı gərginlik bölgəsəl ittifaq və tərəfdaşlıqların yaradılması üzrə səyləri artırmağa məcbur edir. Bununla bağlı olaraq II Dünya Savaşında və ondan sonra sərt şəkildə cəzalandırılmış Yaponiyanın ardıcıl şəkildə silahlandırılması, həmçinin onun dünya siyasəti hüdudlarından kənara çıxardılması xeyli önəmlidir. Pekinin ABŞ-a “yeni çin” kimi gerçəkliyi təsir dairələrini daha ədalətli bölgüsü çərçivəsində zorla qəbul etdirdiyi bir məqamda Yaponiya üçün bölgəsəl siyasətdə hərbi güc kimi iştirakdan daha önəmli heç nə ola bilməz.

Məlum olduğu kimi, 2013-cü ilin sonunda Şərqi çin dənizində elan edilmiş HHM zonasına görə müdafiə büdcəsinin artırılması vasitəsilə çindən qisas alan Yaponiya yaxın beş ildə müdafiə xərcələrinin 174 milyard avroya qədər artırılması haqda qərar qəbul edib. Tokio hökuməti bununla bağlı olaraq pilotsuz uçuş aparatları, sualtı qayıqlar, raket sistemləri və suya, quruya enib-qalxmağı bacaran təyyarələr əldə edilməsi planlarını açıqladı. Bu tədarüklərin mənası göz qabağındadır. Yaponiya qızğın silahlanma yarışına qoşulub və deyəsən, Amerika şirkətləri ilə əməkdaşlıq yalnız silah alışı ilə məhdudlaşmayacaq.

Mehmet Seyfəddin Ərol

“Milli Gazete” (Тürkiyə), 29.05.2015