XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2015 - 04:06

CİA-da “perestroyka”

Məqsəd nədir?

CIA’da BOP dönüşümü

Xarici mətbuata istinadən Strateq.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (CIA) öz tarixinin ən böyük yenidənqurmasına başlayacaq. Bunu CIA rəhbəri John Brennan bildirib. Onun sözlərinə görə, təşkilatdankənar mütəxəssislərin üç aylıq araşdırmalarından sonra bu prosesə start veriləcək. ABŞ-da uzun müddətdir ki, CIA içində qarışıqlıq olduğu və bürokratiyanın hökm sürdüyü, bunun da təşkilatın casusluq və xəbəralma fəaliyyətinə mənfi yöndə təsir göstərdiyi müzakirə olunurdu.

Keçirdiyi mətbuat konfransında xəbəralma problemlərinin həll olunması üçün müəyyən dəyişikliklərin zərurətinə toxunan CIA rəhbəri qurumda səlahiyyətli adamların təyinatında çox zaman ciddi problem yaşadıqlarını gizlətmədi. Brennan, “Daha çox uzaqgörənlik, daha çox məlumat və xəbəralma bacarığı tələb edən bir çox sahələr var” – dedi.

Brennan sadəcə bunları desə də, CIA-i yenidənqurmaya məcbur edən başqa məsələlər var. Bunlardan biri son illərdə ABŞ-Rusiya arasında yaşanan böhran, rəsmi Vaşinqtonun Suriya və Ukraynada istədiyini əldə edə bilməməsi, CİA və NSA-nın (Milli Təhlükəsizlik Agentliyi) sirlərini dünya mediasına sızdıran Eduard Snoudenin Rusiyaya sığınması və WikiLeaks sənədləri kimi bəzi sızıntılardır

Bəs, bu yenidənqurma prosesindən sonra CIA-da nə dəyişəcək?

CIA, 1947-ci ildə qurulduğundan bu yana 4 ana direktorluğa ayrılırdı. Bunlar Elm və Texnologiya Direktorluğu, Dəstək Direktorluğu, Kəşfiyyat Direktorluğu və Milli Gizli Xidmət Direktorluğu idi. Yenidənqurma çərçivəsində bu direktorluqlardan bəzilərinin adı dəyişəcək və yeni bir direktorluq yaradılacaq. Yeni qurumun adı Rəqəmsal Yenilik Direktorluğu olacaq.

Əsl diqqət çəkən dəyişiklik

Təbii ki, CIA-daki əsl diqqətçəkici dəyişilmə direktorluq sayının 5-ə çıxarılması deyil. Yenidən qurulan CIA-da “spesifik mövzulara” və ya “coğrafi bölgələrə” yönəlik “missiya mərkəzi” adlı 10 yeni şöbə yaradılacaq. Əsl maraqlı olan mövzu da elə CIA-in xüsusi diqqət ayıracağı 'spesifik mövzular' və 'coğrafi bölgələrin' nələrdən ibarət olacağıdır.

Ekspertlərin təxminlərinə görə, coğrafi bölgələr deyiləndə nəzərdə tutulan məkan Yaxın Şərq və Rusiyadır. CIA-dakı bu islahatlardan sonra İslam coğrafiyasında İŞİD, əl-Qaidə və “Boko Haram” kimi terror təşkilatlarına bənzər qurumların yaradılacağı və ya onların gücləndiriləcəyi ehtimal olunur. “CIA yenidən qurulsa da, onun təl həfləri dəyişməz” deyən mütəxəssislər növbəti mərhələdə Yaxın Şərq və Afrikayla yanaşı post-sovet məkanının daha yeni təxribatlarla hədəfə alınacağını vurğulayırlar.

Heydər Oğuz