XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 20:47

Türk ekspert:Qərbin dəstəyi olmasa, dünyada terror da olmaz – Təhlil

Heydər Çaxmaq

Yeni Çağ (Türkiyə), 15.04.2016

 

terror

Ən çox sayda qurbana və ən böyük maliyyə itkilərinə səbəb olmuş terakt “Əl-Qaidə” terror təşkilatının 2001-ci il sentyabrın 11-də ABŞ-da həyata keçirdiyi hücum oldu. 2997 nəfər həlak oldu, maddi ziyan üç trilyon dollar təşkil etdi. Bu hücumdan sonra “İslam terroizmi” anlayışı beynəlxalq ictimai rəydə lap bərk möhkəmləndi. Amerika polis təşkilatı FTB-nin məlumatına görə, 1980-2005-ci illərdə baş tutmuş hər yüz teraktdan altısını müsəlmanlar, 42%-i latlın amerikalıları, 24%-i ifrat solçu döyüşçülər həyata keçirdib. 11 sentyabr teraktları terrorun inkişafında önəmli mərhələ oldu və qırılması çətin olan rekord müəyyən etdi. 11 sentyabr teraktları nəzərə alınmasa, terror hər il dünyaya, demək olar, 50 milyard dollara başa gəlir. Elan edilmiş son terror statistikasına görə, 2014-cü ildə dünyada 13,4 min terakt baş verib, 32,7 min nəfər həlak olub. 2013-cü illə müqayisədə teraktların sayı 35%, həlak olanların sayı isə 80% çoxalıb. Yəqin ki, 2015-ci ildə daha xoşagəlməz mənzərə formalaşır, lakin dəqiq statistik məlumatlar hələlik dərc edilməyib. Dünyadakı teraktların haradasa 80%-i müsəlman ölkələrində baş verir. Hər şeydən əvvəl Yaxın Şərq ölkələri, Pakistan, Əfqanıstan, Malayziya və İndoneziyada.

Türkiyədə terror son iki ildə tarixi zirvəsinə çatdı. 2015-2016-cı illərdə Avropada da teraktların miqdarı çoxaldı. XXI əsrdə terror müharibənin biçimi dəyişilmiş formasıdır. Dünyada baş verən teraktlar Qərb imperializmi olmadan ötüşmür. Terror və fitnəkarlıqlara gələndə Qərb günahsız və nöqsansız deyil. Qərb ölkələri 1990-cı ildən 2016-cı ilədək keçən 26 il müddətində birbaşa və ya dolayısı ilə 55 silahlı münaqişədə və yaxud müharibədə iştirak edib. İmperialsit ölkələr XIX əsrdən II dünya savaşının sonunadək “Sizə sivilizasiya gətirirk” bəhanəsilə Afrika, Uzaq Asiya və Yaxın Şərqin yoxsul və zəif ölkələrinin işinə qarışıb. Onlar indi isə “Sizə demokratiya gətiririk” bəhansilə müdaxilə edir, bu ölkələri sabitsizləşdirir və sərvətlərini bölüşdürürlər – ən səciyyəvi nümunələr Liviya və İraqdır. Bütün dünya London, Paris və Brüsseldəki teraktların əleyhinə qalxdı – hər yerdən başsağlıqları haqda məlumatlar, yardım təklifləri və həmrəylik siqnalları gəldi. Qərbdəki terrorların qurbanlarına nisbətdə duyğusallıq Pakistandakı və yaxud başqa müsəlman ölkələrindəki terror qurbanlarına münasibətdə müşahidə olunmur. Bu durum xristianlarla müqayisədə müsəlmanların heç kim olduğu barədə təsəvvür yaradır ki, bu da insanın əsas hüquqlarına və universal əxlaqi dəyərlərə ziddir.

Dünyada teraktlarda istifadə edilən silahların, demək olar, hamısı, Qərb ölkələrində istehsal edilib. Hamıya məlum bir fakt var – Qərbin dəstəkləmədiyi heç bir terrorçu qurum öz varlığını sürdürə bilməz. Kürdüstan Fəhlə Partiyasının (PKK) istifadə etdiyi silahlar Amerika, Fransa, Rusiya və Almaniya istehsalıdır. Türkiyədə günahsız insanların həlak olması barədə başsağlıqları göndərən yalançı qərbli müttəfiqlərin davranışı timsahın göz yaşlarından başqa bir şey deyil.

***

ABŞ hazırda “Demokratik Birlik” partiyasını (PYD) da dəstəkləyir – sanki PKK-ya uzun illərin dəstəyi kifayət deyilmiş. Türk təyyarələri PKK-nın Qəndildəki düşərgələrini illərdir bombalayır, lakin onları məhv edə bilmir. Çünki təyyarələr havaya qalxan kimi kimsə PKK döyüşçülərinə dərhal xəbər ötürür. ABŞ İncirlik aviabazasından istifadənin əvəzində Türkiyəyə kəşfiyyat dəstəyi vəd edib. Lakin yüzlərlə PKK döyüşçüsünün Qəndildən Türkiyəyə keçməyi haqda məlumat vermir. Onlarda olan avadanlıqların köməyi ilə qarışqanın yerini müəyyən edə biləcəklərindən qürrələnən amerikalı müttəfiqlər dişlərinədək silahlanmış PKK banditlərini görmürlər. Bu, Türkiyəni ələ salmaqdır. Qərbin terrora dəstəyi dayandıracağı anda dünyada terror başa çatacaq. Bunu hamı bilir.

 

Tərcümə Strateq.az-ındır.