XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 15:10

Rusiyalı ekspert:"Ermənistan artıq anlayır ki, KTMT-dən ona yoldaş olmaz"

KTMT

Ötən həftənin sonunda İrəvanda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və qəbul edən tərəfin – Ermənistan Silahlı Qüvvələrinin baş qərargahlarının təmsilçilərinin, həmçinin KTMT baş katibi Nikolay Bordyuja və bu hərbi blokun Birləşmiş qərargahının rəisinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtı (KTMT) Hərbi Komitəsinin 8-ci toplantısı keçirildi.

KTMT baş katibi Nikolay Bordyuja Qarabağ münaqişəsinin kəskinləşməyini nəzərə alıb Ermənistan prezidenti Serj Sərkisyanla həm təkbətək, həm də heyətlə birgə görüşdü. Bu iki formatda görüşlər haqda rəsmi məlumatlar “quru” idi: “tərəflər Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttindəki durumu və KTMT-nin hərbi tərkibinin gücləndirilməsi məsələsini müzakirə etdilər”.

Bordyuja Sərkisyandan başqa Ermənistan müdafiə və xarici işlər nazirləri ilə də görüşdü. Xatırladaq ki, hazırda KTMT-yə Ermənistan təmsilçisi rəhbərlik edir. KTMT Hərbi Komitəsinin toplantısı və Ermənistan rəhbərləri ilə görüşlərin keçirildiyi fonu vahid siyasətin olmadığına görə blok üzrə “tərəfdaşlar”ını qınamalı olan Ermənistan üçün son dərəcə əlverişsiz saymaq olar. Ermənistan XİN başçısı Edvard Nalbandyanın dediyi kimi, bu məsələnin müzakirəsi KTMT dövlətləri xarici işlər nazirlərinin görüşündə baş tutacaq. Ermənistan tərəfinin iddiasına səbəb Avrasiya İqtisadi Birliyi (AİB) və KTMT ölkələrinin Qarabağ münaqişəsi zonasındakı hadisələrə “qeyri-müəyyən reaksiyası”dır.

İrəvanda həmçinin Belarusun yeni hərbi doktrinasına xüsusi diqqət yetirildi. Ermənistan XİN başçısının müavini Şavarş Köçəryanın jurnalistlərə dediyi kimi, Belarus hərbi doktrinası təkcə Ermənistan üçün deyil, həm də bütün KTMT üçün problemlidir. Sənəddə Belarus ordusunun xaricdə silahlı əməliyyatlara qatılması qadağan edilir.

Sənədin  qəbul edilməsi vaxtı üzrə fikir yürüdərkən, şübhə etməmək olar ki, Minsk KTMT-nin Ermənistan-Azərbaycan silahlı münaqişəsinə müdaxiləsi halı üçün özünü təcili sığortalayıb. O zaman sual meydana çıxır: Belarusun kollektiv təhlükəsizlik təşkilatı olan və buna görə də üzərinə silahlı hücumun edildiyi üzv ölkənin müdafiəsində iştirak etməli olan KTMT-yə üzvlüyü məqsədəuyğundurmu?

Gördüyümüz kimi, Belarus buna hazır deyil – hər halda, söhbət Ermənistan-Azərbaycan qarşıdurmasından gedərkən. Bu fikri “AlteetCerte” analitik bürosunun rəhbəri, qafqazşünas Andrey Yepifantsev də təsdiqlədi. O, “Moskva-Baku” internet potralına bildirib: “Demək olmaz ki, İrəvan təcridə düşüb, lakin … KTMT Belarus və Qazaxıstanın simasında aydın şəkildə işarə vurdu ki, Azərbaycanla Ermənistan arasında seçim zamanı Azərbaycanı seçəcək”.   

Ümumiyyətlə isə, Lukaşenko artıq Minskin çoxyönlü xarici siyasətinə çətinliklə sığışan İrəvana, Bakıya və Ankaraya münasibəti ilə Ermənistan ictimaiyyətini yetərincə güclü şəkildə şoka saldı. Siyasi icmalçı Ayk Xalatyanın “Новости–Армения”-da yazdığı kimi, “Belarus prezidentinin nüfuzlu müxtəlif güc mərkəzləri arasında məharətlə tarazlaşmaq istedadı Ukraynaya görə Qərblə Şərq arasında münaqişənin gedişində parlaq şəkildə üzə çıxdı və həm ölkənin, həm də özünün şəxsi  nüfuzunu gücləndirdi. Bunun nəticəsi ölkədən Qərb sanksiyalarının götürülməsi və “Avropanın son diktatoru” imicindən tədricən uzaqlaşmaq oldu”.

Yəni “Rusiya ilə ittifaqa sadiqliyini sözdə bəyan etməyi sevən Belarus lideri növbəti dəfə nümayiş etdirdi ki, əməldə onun işləri sözlərindən xeyli fərqlənir. Çünki Moskva ilə Ankara arasında münasibətlərin kəskinləşməsi fonunda onun hərəkətləri olduqca qəribə görünür”.

Xalatyan qeyd edir: “Bütün bunlardan savayı, Lukaşenko Qazaxıstan və Qırğızıstanla birlikdə Rusiya təyyarəsini vurmuş Türkiyə hökumətinin fəaliyyətini tənqid etməkdən imtina ertdi və KTMT çərivəsində sərt antiturkiyə bəyanatının qabağını aldı. Ermənistana gəlincə isə, sözügedən ölkələrin prezidentləri respublika təmsilçisinin KTMT baş katibi postuna təyin edilməsinə qarşı çıxaraq bu cür təyinatı “Türkiyəyə qarşı aşkar düşməncəsinə həmlə” hesab etdilər. Ümumiyyətlə, Minskin müttəfiqlik öhdəliyini xüsusən də Ermənistana münasibətdə yerinə yetirməməyi sonuncuda şübhə doğurmur: “Belarus lideri çox da gizlətmirdi ki, KTMT üzrə müttəfiq Ermənistandansa Azərbaycanla münasibətlər onun üçün daha önəmlidir”.

Ehtimal ki, Lukaşenko “Rubikonu hələ keçməyib”, lakin buna yaxındır. O ya əmindir ki, “Rusiya hər şeyi bağışlayacaq”, ya da xarici siyasət “üstünlük”lərinə görə Rusiyadan əlavə imtiyazlar qoparmağa çalışır. Yəni bugünkü KTMT-ni bir ölkənin – Rusiyanın və ona sığınan və “şıllaq ata biləcək” Ermənistanın təşkilatı saymaq olar.

Belarus, Qazaxıstan və həmfikirləri KTMT-ni yalnız sərhədlərini gerçək təhlükə təhdid edərkən yada salacaqlar – bax, bundan sonra blokun bütün üzvlərinin boğazına çöküb bu təşkilatın təməl prinsipini – kollektiv təhlükəsizlik öhdəliyini bərpa edəcəklər. KTMT-çilər ona qədər ağıllı görünüb hədə-qorxu və təşkilatın bölgələrində hərbi təhlükəsizlik məsələlərini müzakirə edəcək, KTMT Hərbi Komitəsinin qoyduğu vəzifələrin yerinə yetirilməsinə yekun vuracaq. Və bütün bunlar bir-birinə arxa çevirməklə baş verəcək…

Ümumiyyətlə, hələlik Ermənistanın səsi KTMT-də, yəqin ki, eşidilməyəcək. İrəvan görüşündə Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyasının sədri Koryun Naapetyan rusiyalı həmkarlaırna tamamilə nahaq yerə şərh edirdi ki, Rusiyanın Azərbaycana hücum silahı satmağı təkcə Ermənistanı deyil, həm də bütün KTMT-ni təhdid edir: qurumun hər bir iştirakçısı özünün “deşik çətir”inin altında gəzir.

Lakin buna baxmayaraq, ola bilsin, bəlkə də, buna görə Ermənistan hökuməti KTMT-nin İrəvan toplantısı günündə Rusiya silahını əldə etmək üçün bu ölkədən 200 milyon dollar kredit almaq haqda sazişi  təcili qaydada təsdiqlədi. Uyğun saziş ermənilərə “Qasırğa” reaktiv yaylım atəşi sisteminin buraxılış qurğularını və ona döyüş sursatı, “İynə-C” zenit-raket kompleksləri, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat icraçısı kompleksləri, TƏRQ-26 (tank əleyhinə reaktiv qranat – tərc.), snayper tüfəngləri, “Pələng” zirehli avtomobilləri və s. almağa imkan verəcək. Və bu, başa düşüləndir: KTMT dövlətlərinin əhvalına görə fikir yürüdərkən, Ermənistan öz təhlükəsizliyini təmin etmək məsələsində ancaq özünə güvənə bilər. Lakin bu, nəzəri tərəfdir, praktikada, yəni müharibə baş versə, təkbaşına müdafiə oluna bilməz.

Bir sözlə, Ermənistanda artıq anlayış var ki, KTMT-dən ona yoldaş olmaz. Ən yuxarısı, buna ümid edə bilər ki, Rusiya Ermənistanı məhv etməyə imkan verməz – lakin hərbi deyil, diplomatik yolla və Moskvaya sərf edən şərtlərlə.

Həm də Ermənistan XİN başçısı Nalbandyanın “Moskva və İrəvan təkcə sözdə deyil, əməldə müttəfiqdir” sözləri Ermənsitanda heç kimi gerçək şəkildə sakitləşdirə bilmir. Nazir öz sözlərinin xeyrinə “öldürücü” arqument gətirib: “Çünki Rusiya bazası Azərbaycanda yerləşmir və Azərbaycan KTMT üzvü deyil”.

Bütün bu dəlillər kifayət qədər sadəlövh səslənir, çünki aydındır ki, KTMT bir təşkilat kimi İrəvan üçün barmağını da dəbərtməyəcək və ümumiyyətlə, şübhəlidir ki, Azərbaycan Ermənistanın özünə hücum etməyə başlayar.  

 

İrina Borcenadze,

Rosbalt.ru, 18.04.2016

Tərcümə Strateq.az-ındır.

   




Yuxarı Əvvələ Ana Səhifə