XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 10:20

Finlandiyalı ekspert:Rusiya-NATO qarşıdurması təhlükəli xarakter almaqdadır – Təhlil

provokasiya

Finlandiya xarici siyasət İnstitutu araşdırmalar proqramının rəhbəri Mika Aaltola ehtiyat edir ki, Rusiyanın Baltikadakı fitnələri ciddi xoşagəlməzliklərə səbəb olacaq.

ABŞ məlumat verir ki, Rusiya qırıcıları ötən həftə Baltik dənizində Amerika hərbi aviasiyasını təşvişə salıb. ABŞ müdafiə nazirliyinin məlumatına görə, aprelin 14-də Rusiyanın Su-27 qırıcısı “təhlükəsiz olmayan və qeyri-peşəkar tərzdə” yaxalayıb. Rusiya qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat təyyarəsinin 15 metrliyindən uçub ki, Müdafiə nazirliyinin məlumatına görə, bu da təhlükəli durum yaradıb. Aprelin 11-də məlumat verildi ki, Rusiyanın iki təyyarəsi Baltik dənizində bir neçə dəfə Amerikanın “Donald Kuk” hərbi gəmisinin üzərindən uçub.

Xarici siyasət institutunun mütəxəssisi Mika Aaltola hesab edir ki, NATO sammitinin yaxınlaması ilə bağlı Rusiya Baltik dənizində fitnəkarlığı fəallaşdırıb. Sammit iyulda Varşavada olacaq. Aaltola proqnozlaşdırır:

Alyansın Baltika ölkələrində və Polşada hərbi mövcudluğunu artırmağına yol verməmək üçün Rusiya NATO-nu qıcıqlandırır. Rusiya NATO-nu öz planlarından imtinaya məcbur edəcək məlum dolaşıq mənzərəni yaratmağa cəhd edir”.

Əsl xoşagəlməzliklərdən vahimə

Sammitdə qət edilməlidir ki, Rusiyanlın Baltik dənizində hərbi fəallığına cavab qismində NATO hansı addımı atacaq. NATO bloku Baltik dənizində hərrbi texnika və çeviş qoşunların miqdarını artırmaq üzrə öz planaları haqda artıq məlumat verib. Həmçinin bu ərazidə keçirilən təlimlərin sayının artırılması planlaşdırılır. Aaltola inamır ki, NATO öz planlarından imtina edəcək. “Rusiya buna böyük qələbə kimi baxar və bölgədə öz mövqelərini möhkəmlədərdi”.

Aaltola qorxur ki, Rusiyanın fitnələri ən yaxın illərdə əsil xoşagəlməzliklərə səbəb olacaq. Aaltola ən böyük təhlükə kimi səhv ucbatından başlanacaq və insanların həyatına son qoyacaq münaqişəni sayır. Rusiya təyyarəsi Amerika təyyarəsini yalnız hövsələdən çıxartmaq istərkən təsadüfən onunla toqquşarsa, bu cür durum yarana bilər. “Rusiya artıq nümayiş etdirib ki, ciddi şəkildə risk etməyə hazırdır”.

Qaranlıq yaxın illər

Aaltola xatırladır ki, Rusiya bu cür fitnələr yaradaraq şüurlu şəkildə təhlükəli oyunlar oynayır.

“Rusiya həmçinin çox şey itirə bilər. O, Baltik dənizindəki gəmiçilik və ticarətdən güclü şəkildə asılıdır. Güman etmirəm ki, Rusiya astananı keçməyə və bu cür böyük bölgədə hərbi təzyiq altına düşməyə cürət edər”.

Aaltola Baltik dənizindəki durumun inkişafına bədbin yanaşır.

“Rusiya yaxın illərdə öz xəttindən imtina etməyəcək. NATO Rusiya hərbi fəallığı və təhdidinin artmağına cavab qismində Baltik dənizində təzyiqi gücləndirəcək. Ziyan vurulması riskləri yalnız çoxalacaq”.

Rusiya müdafiə nazirliyi hesab etmir ki, keçən həftənin uçuşları təhlükəsizliyə təhdid idi. Rusiyanın mövqeyinə əsasən, bunlar təhlükəsizliyin bütün tələbləri əsasında həyata keçirilən təlim uçuşları idi.

Hanna Qrosten,

Iltalehti.fi (Finlandiya), 19.04.2016

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə