XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 11:57

Rusiya nəşri:Kremlin “neft ümidləri” puça çıxdı – Təhlil

neft

Neft bazarının tarazlaşdırılması üzrə danışıqların pozulması Rusiyanın əcnəbi tərəfdaşlar tərəfindən anlaşılması baxımdan ümidlərinin daha bir iflası oldu. Xeyli ayların diplomatik səylərinə baxmayaraq, Moskva OPEK-də qarşılqılı anlaşmaya nail ola bilmədi və indi daha çox qənaət etməli olacaq.

Dohada OPEK təmsilçilərini və Rusiya daxil olmaqla müstəqil istehsalçıları toplamış beynəlxalq konfransın iştirakçıları hasilatın azaldılması haqda razılığa gələ bilmədilər. Bazarda “qara qızıl” azalmayacaq, deməli, qiymətinin artımı da baş tutmayacaq.

Qətər paytaxtındakı sammit ərəfəsində qimətlər hər barrelə görə 45 dollara çatırdısa, artıq bazar ertəsi London birjasında ticarətin açılışında Brent markalı neftin qiyməti 7% olmaqla 41 dollara düşdü. Rusiya neftinin növləri daha ucuzlaşdı. Çökmədi, lakin rublun kursu da dünyanın aparıcı valyutalarına nisbətdə hiss ediləsi dərəcədə aşağı düşdü.

Deyəsən, Rusiya iqtisadiyyatı üçün “neft effekti” tükənib. İqtisadiyyatın şaxələndirilməsi haqda hökumətimizn artıq 15 ildir etdiyi kimi sadəcə mühakimə yürüdüb əslində Rusiyanı “neft iynəsi”nə daha çox oturtmaq yox, gerçək yollar aramaq lazımdır. Fəqət hökumət və Kreml buna hazırdırmı?

Onların davarnışına görə fikir yürdəndə, açığı, xeyr. Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərindən belə çıxır ki, Moskvada ciddi uğura güvənirdilər. Yəni inanırdılar ki, İran öz pul kisəsinin xatirinə Qətər və Səudiyyə Ərəbistanı ilə razılaşa biləcək, sürətlə yoxsullaşan Venesuela onlara qoşulacaq və ola bilsin, hətta Norveçi də dilə tutmaq mükün olacaq.

Və həm də səudlarınn İranla müharibəyə yaxın olduğu və  Rusiyaya qarşı son dərəcə düşməncəsinə kökləndiyi bir halda. Tehran sanksiyaların altından təzəcə çıxıb və təcili şəkildə valyuta axınına möhtacdır. Avropanın ən böyük ixracatçısı Norveç isə OPEK-lə praktik olaraq heç vaxt sövdələşməyə girişməyib.

Görünür, Moskva həqiqətən ondan asılı olan hər şeyi etməyib. Hazırda Doha danışıqlarının iflasından sonra “uzuc neft” dövrünə hazırlaşmaq lazımdır. Aleksandr Novak üərəyi istəyən qədər uzun müddər inandıra bilər ki, neft bazarı “2017-ci ilin ortalarına doğru” müstəqil şəkildə tarazlaşacaq və həmçinin ümid edə bilər ki, “qapı bağlanmaylıb”, neft hasilatının dondurulması haqda iyunda razılığa gəlmək mümkündür, lakin “müvəffəqiyyət nikbinliyi indi daha azdır”.

Ən yaxşısı, al-əlvan ümidlərdən imtina etməkdir. Çox güman ki, (realist çıxmış) bədbinlərin öncədən dediyi kimi, neft qiyməti markadan asılı olaraq 30-40 dollar arasında tərəddüd edəcək. Bu isə o deməkdir ki, Rusiya büdcəsi üçün çətin günlər gəlir. Onun indiki cüzi ixtisarları aşkar şəkildə yetərisz olacaq.

Və hökumətin necə reaksiya verəcəyi əsas sual buradadır. Təsəvvür etmək çətindir ki, o, seçkiöncəsi ildə sosial ödənişləri fəal şəkildə doğrayıb daha güclü şəkildə riskə gedəcək. Əhali baş verənlərlə bağlı onsuz da xeyli dərəcədə narazıdır, milli qürur naminə “kəməri bərkitmək” həvəsi isə 2014-cü illə müqayisədə kəskin şəkildə azalıb. Deməli, dövlət aparatına və yaxud orduya xərcləri azaltmaq, ya da xarici siyasət müstəvisində çıxış yolu axtarmaq lazımdır.

Variant kimi, müharibə ilə insanların diqqətini real iqtisadiyyatdan yayındırmaq olar, lakin aylar keçdikcə bunu etmək getdikcə çətin olacaq. Yaxud ən asanı: 2018-ci il seçkilərindən keçmək ümidilə tədricən struktur dəyişikliklərinə başlamaq və sonradan yeni “şok terapiya”ya keçmək. Bunadək isə ictimai narazılığın küçələrə püskürməyinə mane olub əməlli-vaşlı “qaykaları bərklitmək”. Bununla belə nə əhalinin, nə də Dohada görüşə hazırlığa əsasən fikir yürütsək, Kremlin ümumiyyətlə qulaq asmadığı ekspert cəmiyyətinin hökumətin qərarlarına təsir etmək imkanı var. Sadəcə, Rusiya üçün “ucuz neft” dönəmindən sağ çıxmaq kimi hansı variantın seçiləcəyini gözləmək qalır. Və ən pisinə hazırlaşmaq.

İvan Preobrajenski,

Rosbalt.ru, 19.04.20126

Tərcümə Strateq.az-ındır.