XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2016 - 15:46

Amerikalı ekspert:Ölkəmiz ilahi qanunları gözləmədiyinə görə lənətlənib və ordumuz döyüş qabiliyyətini itirir – Təhlil

Ordu

Yerüzünün 70%-dən çoxu su ilə örtülüb. Ölkə rəhbərlriyi ABŞ tarixinin lap başlanğıcında sərhədlərimizin və ticarətin qorunması üçün güclü və etibarlı hərbi-dəniz qüvvələrinin yaradılmasının zəruriliyini vurğuladı. Reyqanın dönəmində ABŞ HDQ-nin tərkibində 600 gəmi var idi. Bu gün Amerikanın döyüş və köməkçi gəmiləri 272 ədəddir. İstifadəyə hazır gəmilərin sayı 1998-ci ildən bəri 20% azalıb.

Bu gün yeni texnologiya və gəmiqayırmaya məsrəflərin sürətli templə artığı bir vaxtda çətin qərarların qəbul edilməsi lazımdır. Donanmanın döyüş hazırlığında saxlanması və perspektivdə təhlükəsizliyin dəstəklənməyinə pul zorla çatır. Tərkibində 600 gəmi olan HDQ sadəcə, bizim cibimizə görə deyil və hərbi analitiklərin əkəsriyyəti təsdiq edir ki, bizim üçünü bu qədər çoxdur və daha mükəmməl silah sistemlərinin meydana çıxması, texnika və texnologiyanın inikişafı üzündən lazım deyil.

Sualtı qayıqlar bir çox baxımdan suüstü gəmilərdən əhəmiyyətli olur. SHS-3-ə (strateji hücum silahları haqda ABŞ-la Rusiya arasında 3-cü müqavilə-tərc.) görə nüvə silahı qurudan və havadan suya – ballistik raketli submarinlərə “köçməyə” başlayır. Hazırda nüvə silahlarımızın 50 %-i dənizdə düzülüb, lakin bu rəqəm 2018-ci ilə doğru 70%-ədək artacaq.  

ABÇ HDQ-də sualtı qayıqların üç növündən istifadə olunur. Qanadlı raketlərlə təchiz edilmiş atom sualtı qayıqları ənənəvi tapşırıqların icrası, o cümlədən xüsusi təyinatlıları çatdırmaq üçün istifadə edilir. HDQ bu tip submarinləri silməyi planlaşdırır ki, bu da zərbə qüvvəmizə olduqca güclü şəkildə təsir edəcək, çünki onlar 150 qanadlı “Tomaqavk” raketi daşıyır. Submarinlərin bu növününü, həmçinin onları əvəzləyəcək sualtı qayıqların istehsalına vəsaitimiz çatmır.

Atom sualtı zərbə qayıqlarının daha bir növü var. Onlar rəqibin submarinlərinin, o cümlədən ballistik raket daşıyanların axtarışı, izlənməyi və məhvi üçün nəzərdə tutulub. Bu növün qüsuru bundadır ki, onda məhdud sayda “Tomaqavk” var – hər qayıqda 12 ədəd. HDQ bunları silməklə bu növ əlavə qayıqlar alır.

Və nəhayət, HDQ-də BRASQ – ballistik raketlərlə təchiz edilmiş atom sualtı qayıqlar var. Ölkəmizin nüvə silahlarının əsas hissəsi məhz onlarda yerləşir. Bu, nüvə üçlüyünün (yerüstü, dəniz və hava hədəflərinə nüvə silahını çatdırma vasitələri) strateji planda ən qiymətli komponentidir. Bu qayıqlar az gözə dəyir, çevikdir və hədəfə lap yaxınlaşa bilir. Bunun sayəsində raketin uçuş müddəti azalır. Bu cür sualtı qayıqların dəyəri haqda heç kim mübahisə etmir. Lakin problem bundadır ki, onlar köhnəlir, əvəzlənməsi isə ağlasığmaz pula başa gəlir. Mövcud dəyərləndirmələrə görə, “Ohayo” tipli bir BRASQ-ın əvəzlənməsinə 10 milyard dollardan çox pul tələb olunur. Hər birinə! HDQ bu yeni, güclü submarinlərin hazırlanması və inşasına artıq 100 milyard dollar ayırıb. ABŞ HDQ isə, əlbəttə, nüvə silahının hədəfə çatdırılması üçün böyük uzaqmənzilli, yeni, gözəgörünməz bombardmançılar hazırlayır. Orada həmçinin qitələrarası ballistik raketlərin modernləşdirilməsi planları da var. Bütün bu üçlüklərin qarşıdakı on ildə qiyməti vergi ödəyicilərinə 348 milyard dollara oturacaq. Bu dəyər qiymətini 2015-ci ilin yanvarında Daily Beast saytı verib.

Nüvə qüvvələrinin saxlanması və modernləşdirilməsi ağlasığmaz milli borclarımızın yanında imkansızdır. Qoyulmuş hər bir sentin həyati önəmi var. Silahlı qüvvələrimizin müxtəlif növləri müdafiə büdcəsi uğrunda çarpışır, çünki biz sadəcə onun tələbatlarını ödəyə bilmirik. Martın 29-da bir neçə nəşr ortalığa çıxdı ki, ən yeni atom sualtı zərbə qayıqlarımızdan biri “Minnesota” qapının ağzında durub, çünki üzməyə yararsız olduğundan təmirə ehtiyacı var. Bu qayığın dəyəri 2,7 milyard dollardır, donanmanın tərkibinə isə 2013-cü ildə daxil olub və onu hərbi  alqılar içində ən böyük uğur adlandırdılar. Submarini vaxtından, demək olar, bir il əvvəl inşa etdilər ki, bu da olduqca qəribə idi. Lakin problem bundadır ki, onu məlum istehsalat qüsurları ilə inşa ediblər və bu qüsurlar yeni submarini sıradan çıxartdı. Mühərrik qurğusunun bəzi detalları texniki tələbatların pozulması ilə quraşdırılıb. Ən pisi budur ki, keyfiyyətsiz qaynaq əlamətləri və başqa qüsurlar üzə çıxıb. Keyfiyyətsiz iş bütün yoxlamalardan tezliklə keçmək üçün görülüb. Navy Times-ın məlumat verdiyi kimi, 10 min dollarlıq boru nəzarətdən keçmədi və baxışdan sonra aşkarlandı ki, yalnız görünüşcə özəlliklərə uyğun gəlir. Qüsurlu işi aradan qaldırmaq əvəzinə keyfiyyətsiz işi ört-basdır etdilər. Hazırda problemlərin aradan qaldırılması üçün cəhdlər göstərilir, lakin qayıqdan təyinatı üzrə istifadə olunmur.

Boruda qüsurlar aşkarlananda amerikalı podratçılara tədarürk edilmiş digər detalların yoxlanışı başlandı. Aydınlaşdı ki, sonralar xeyli milyard dollara inşa edilmiş iki başqa qayıqda da qüsurlu borular var. Ədliyyə nazirliyi hazırda cinayət işi açıb-açmamaq və yaxud digər cəza tədbirləri tətbiq etməyi müəyyən etməkdən ötrü istintaq aparır.

Ölkəmiz ilahi qanunları gözləmədiyinə görə lənətlənib. Bu dəfedilməz qarğış nə zamansa böyük olmuş fövqəldövlətimizi dağıdır. HDQ-nin öz əməliyyatlarını genişləndirməli olduğu bir dövrdə bu aldanış nümunəsi Amerikanın düşdüyü çarəsiz durumu yalnız gücləndirir. ABŞ HDQ altı milyard dollardan çox pul qoyub üzməyə yararsız və yaxud tapşırıq dalınca çıxan heyət üçün təhlükə yarada biləcək üç yeni sualtı qayıq alıb. Onları təmir etmək lazımdır.

Məsələ təkcə mübarizəyə İSTƏYİN itməyində deyil. Birləşmiş Ştatlar döyüşmək QABİLİYYƏTİNİ itirir. O, böyük üstünlüklərinə baxmayaraq, hələ də böyük risklərlə dolu olan texnikadan getdikcə daha çox asılı olur. Bu qayıqlar milli təhlükəsizliyin və döyüş qabiliyyətinin təminatında mühüm alətlərdir. Onlar xidmətdə baha və yeniləri qədər eeffektli olmayan köhnə texnikanı əvəzləməyə gəlir. Əgər amerikalı podratçılar texniki şərtlərə uyğun avadanlıq istehsal etmək borcundansa daha çox gəlir haqda düşünürlərsə, əvəzləməyin nə mənası var? Daha hansı komponentlər görünüşcə tələbləri ödəyir, əslində isə donanmamızı əməlli-başlı zəiflədir? Əlbəttə, əvvələr də bu cür şeylər olmuşdu, lakin keçən ay səslənən açıqlamalar ruhdan salır və qüvvəmizə inamsızlıq doğurur.

Bizim ölkəmiz lənətlənib və yeni silah sistemləri gücümüzün sabit şəkildə zəifləməyinin qabağını ala bilməyəcək. Trumpet-in artıq xəbər verdiyi kimi, başqa texnika, məsələn, F-35 qırıcısı məlum qüsurlarla silahlanmaya qəbul edilir. Hərbçilərimizin buna görə ödədiyi bədəl fəlakətli olacaq.

Əndryu Loker,

The Trumpet (ABŞ), 19.04.2016

Tərcümə Strateq.az-ındır.