XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 10:02

Polşalı ekspertdən xəbərdarlıq:Neft savaşını uduzan Rusiya Yaxın Şərq və Dağlıq Qarabağda gərginlik yarada bilər – Təhlil

neft-111

Mixail Katseviç

Newsweek Polska (Polşa), 21. 04.2016

 

Qətər paytaxtı Dohada bazar günkü görüş Rusiyanın yuxsuna inidyədək haram qatır və Moskva KİV-i bunu isterik tonda şərh edir. Nə üçün?

Doha danışıqları OPEK karteli təmsilçiləri ilə Rusiya və bir neçə xırda istehsalçılar arasında aparılırdı. Kreml ümid edirdi ki, kartel neft "ventil"ini bağlamaq və istehsalı azaltmaq qərarı alacaq. Effekt Moskvada gözlənilən qara qızılın qiymətinin yüksəlməsi olacaqdı. Xatırladaq ki, "Brent" neftinin barreli hazırda 42 dollara yaxın qiymətədir, Rusiyanın "Urals" nefti isə daha ucuzdur. Neft ixracatından asılı olan Rusiya büdcəsi üçün bu cür qiymət öldürücüdür.

Büdcə çiçəklənmə dövründə – hələ iki il öncə barrelə görə 100 dolları aşan qiymətdən çıxış etməklə formalaşırdı (rekordlu 2008-ci ildə 140 dolları keçirdi). Lakin hər şey dəyişildi. Rusiya maliyyə nazirliyi bu il ehtimal edirdi ki, qiymət 50 dollarlıq nişanədə duracaq, sonra yeni dəhşətli proqnozlar meydana çıxdıqca bu ehtimallara düzəliş etmək laızm gəldi. Rusiya analitikləri hazırda proqnozlaşdırırlar ki, Rusiya neftinin qiyməti ilin sonuna doğru 30 dollardan bir az yuxarı səviyyədə duruş gətirəcək. Artıq Rusiya hökuməti bolluq dövründə yığılmış ehtiyatlara üz tutmalı və sosial sahə, təhsil, elm və yatırımlara xərcləri azaltmalı olub.

Doha bu meyllərin dəyişilməsinə müəyyən ümidlər verirdi. Rusiya Səudiyyə Ərəbistanına xüsusi ümidlər bəsləyirdi. Kremldə çox gözəl bilirlər ki, ucuz neft artıqlığından səudlar da təngnəfəs olublar. Onlar böyük ehtiyatlar sayəsində (əsasən Amerika iqtisadiyyatına milyardlar qoyulub) və saxlanması lazım gələn dövlətin kiçik həcminə görə rusiyalılardan daha yaxşı durumdadır. Buna baxmayaraq, hasilat həcminin məhdudlaşdırılması, demək olar, bütün istehsalçılar üçün çox böyük yüngüllük olardı – xüsusən də bir ehtiyatın ixracatından asılı olan ölkələr üçün.  

Lakin Səudiyyə Ərəbistanı öz oyununu aparır. O, birinci növbədə maraqlı idi ki, istehsalın azaldılması haqda İran bəyanat versin. Bununla belə, Tehran Doha sammitinə qatılmaqdan imtina etdi. Ayətullahlar hasilat həcmini azaltmaq niyyətində deyillər, çünki Qərb sanksiyalarının ləğvi böyük neft ehtiyatları və istehsal potensialı olan İrana dünya bazarına effektli şəkildə girmək imkanı verir. Aşağı qiymətlər onu hələlik narahat etmir: o, ucuz qiymətə və çox sata bilər və eyni zamanda ona Qərb texnologiyaları, yatırımları lazımdır. Eyni zamanda səudlara – bölgədə başlıca rəqibinə mane olmaq istəyir.

OPEK-də ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı İranın boykotuna görə sərt mövqe tutdu və bu, həlledici oldu. Yekunda İran-Səudiyyə rəqabəti Rusiyanın qiymətlərin yüksəlməsi xülyasını və perspektivdə bir qədər rahat nəfəs almaq şanslarını dəfn etdi. Ehtiyatlar və xərcləri azaltmaq hesabına Rusiyanın hələ bir qədər vaxtı var, lakin bu, azdır. Buna görə də, yəqin ki, neft qiymətlərinə təsir etmək imkanı əldə etmək üçün addımlar atacaq. Bu, riskli və çox təhlükəli cəhdlər olacaq. Niyə? Çünki bu addımlar neft bazarı üçün açar bölgənin – Yaxın Şərqin sonrakı sabitsizləşdirilməsi istiqamətinə yönələcək. Moskva hələlik bu cür təsir üçün alətlər yaratmaqla məşğul olur. Bu, xüsusən də ABŞ, Səudiyyə Ərəbistanı və yaxud İran üçün bərabərhüquqlu oyunçu olduğu Suriyada fəallıqdır. Rusiyalılar həmçinin kürdldərə dəstək verməklə Türkiyədəki durumu qarışdırmağa və yaxud Ermənistanla Azərbaycan arasında münaqişəni dirçəltməyə cəhd edirlər.

Lakin hələlik hər şey əvvəlki kimi qalır. Fars körfəzindəki və Qərbi Sibirdəki neft quyuları aşağı qiyməti satılan xammalın həcmi ilə tarazlaşdırmağa cəhd edib quduzcasına neft vuracaq. Aparıcı istehsalçılar bu dəli tempə hələlik tab gətirəcəklər, lakin bu durum uzun sürməyəcək. Kimin birinci təslim olacağı və quyuların dayandırılması sualı ortada qalır: sakit şəkildə, yoxsa bütün dünyanı sarsıdan güclü partlayışlar yoluyla.

 

Tərcümə Strateq.az-ındır. 




Yuxarı Əvvələ Ana Səhifə