XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 20:17

Rusiya nəşri:Bakı və İrəvan qarşılıqlı güzəştlərə hazırdırmı? – Təhlil

mamedyarov

Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan prezidenti Serj Sərkisyanla, həmçinin həmkarı Edvard Nalbandyanla görüşlər keçirəcəyi İrəvana ikigünlük səfərə gəlib. Danışıqların baş mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və əlbəttə, Rusiya-Ermənistan münasibətlərininn inkişafı olacaq. Rusiya XİN-in rəsmi təmsilıçisi Mariya Zaxarovanın əvvəllər məlumat verdiyi kimi, Lavrov səfərin gedişində Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı üzrə müəyyən işləmələri təklif edəcək. O, brifinqdə KİV-in Rusiya XİN başçısının İrəvana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə planla getdiyi haqda məlumatını şərh etmək xahişi ilə bağlı dedi:   “Sergey Lavrov heç vaxt heç hara əliboş getmir”.

O, qeyd etdi ki, “söhbət müəyyən işləmələrdən, nizamlama məcrasında müxtəlif ideyaların müzakirəsindən gedir”. Lakin onun sözlərinə görə, bunun “plan, proqram, layihə, sənəd” olduğundan danışmaq düzgün olmazdı.

Məsələ burasındadır ki, bu yaxınlardakı hadisələrin gedişində Rusiya Qafqazda sabitləşdirici amil qismində öz müstəsna rolunu sərgilədi və qısa müddətdə Rusiya paytaxtına göndərilmiş Azərbaycan və Ermənistan baş qərargahlarının rəisləri arasında barışıı razılaşdırdı. Lakin Bakıda var qüvvə ilə növbəti intriqanı toxumağa başlayıb indiki hüquqi baxımdan sənədləşdirilməmiş barışığı 1994-ci il atəşkəs sazişi ilə müqayisə etdilər. O zaman bu sənədin altında Stepanakertin (mətndə bu cür olduğu üçün saxlandı-tərc.) imzası dururdu, indi isə Stepanakert danışıqlara “buraxılmayıb” və bu, “danışıqlarda Bakının mövqeyinin güclənməsindən və Dağlıq Qarabağ ətrafındakı diplomatik cərəyanlardan xəbər verir”.

Rusiya XİN bununla bağlı Qarabağ bəyanatı ilə çıxış etdi. Sənəddə deyilir: “Rusiya tərəfi Dağlıq Qarabağ ətrafındakı durumun inkişafı kontekstində qəti şəkildə bundan çıxış edir ki, atəşkəs haqda 1994-cü il Sazişi, həmçinin onun inkişafı üçün qəbul edilmiş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsi haqda  1995-ci il Sazişi müddətsiz xarakterə malikdir və əvvəlki kimi münaqişə zonasında barışığın təməlini təşkil edir”.

Hətta qeyd olunur ki, ATƏT-in Minsk qrupunun “üçlük” həmsədrlərinin ümumi yanaşmasına tam uyğun gələn prinsipial bu mövqe aprelin 12-də Rusiya hökumətinin ATƏT-dəki daimi nümayəndəliyinin Azərbaycanın daimi nümayəndəsinə göndərdiyi notada şərh edilib.

Daha bir məqamı qeyd edək. ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi də uyğun açıqlama ilə çıxış etdi: “Biz tezliklə birmənalı şəkildə danışıqlar prosesinə və nizamlamaya dönməyi arzulayırıq. Biz BMT prosesinə yardım etməyi davam etdiririk və onu hələ də ən yaxşı üsul hesab edirik, Bizim Minsk qrupu həmsədrimiz rusiyalı və fransız həmsədrlərlə bölgəyə baş çəkdi və birmənalı şəkildə işarə etdilər ki, danışıqlar prosesinin lap tezliklə bərpa edilməsini istəyirik. Biz BMT prosesinə, tərəflərin uzuznmüddətli sülh əldə etməyi işinə qəti şəkildə tərəfdar olaraq qalırıq”.

Bəzi ekpsertlər bunun əsasında tələsik nəticələr çıxartdılar ki, ABŞ BMT TŞ-nın 1993-cü il noyabrın 12-də qəbul edilmiş Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini danışıqlar prosesdinə daxil etmək istəyir. Lakin Kirbinin açıqlamasından bu cür tezis çıxmır. Bu, sadəcə, xatırlatmadır ki, ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasının verdiyi mandat əsasında işləyir və Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyevin ifadəsincə, əvvəlki kimi “Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin inhisarçısı” olaraq qalır.

ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza süjetə daha bir intriqa qatdı. O, münaqişənin dinc yolla nizamlanamsı haqda bu günlərdə Avropa Şurasının Parlament assambleyasında qəbul edilmiş qətnaməni şərh edərkən dedi ki, “Madrid prinsiplərinin yerinə yetirilməsi üçün AŞPA Minsk qrupunun həmsədr ölkələrinin liderlərini bir-biri ilə və tərəflərlə şəxsən qarşılıqlı fəaliyyətdə olmağa çağırsaydı, daha yaxşı olardı” və “ən yüksək səviyyədə bu cür fəaliyyət olmasa, münaqişə sonsuzadək davam edəcək və aprelin əvvəlıində baş verəndən daha böyük toqquşmalarn meydana çıxmaq təhlükəsi olacaq”.

Bu ona işarədir ki, ATƏT-in Minsk qrupu həmsədrləri arasında ya “nifaq” hazırlanır, ya da bu, artıq baş verir. Bunu isə həmsədrlərin  özləri qəti şəkildə inkar edirlər.

Bununla belə, bəzi erməni ekspertlər də bu mövqeyi tutmağa başlayıblar. Məsələn, politoloq Stepan Səfəryan Rusiya XİN başçısının İrəvana indiki səfərinin səbəbini “”Rusiya prezidentinin dəstəyi ilə heç bir nəticə verməyən” və guya “Minsk qrupunun fəaliyyətini öldürən üçtərəfli danışıqlar formatını bərpa etmək cəhdlərində” nəzərdən keçirir. Səfəryanın sözlərinə görə, “hətta etiraf etsək ki, üçtərəfli danışqılarla bağlı müqavimət üçün Ermənistanın heç bir resursu yoxsa da, bununla belə, Ermənistan ATƏT-in Minsk qrupunun məhv edilməməyi üçün hər şeyi etməlidir”.

Səfəryan sonra yazır: “Bizdə hələ narahatlıq doğuran budur ki, İrəvana gətirilən bu təkliflər indi “D.Medvedyevin planı” adını qazanıb”.

Güman etmək lazımdıər ki, “D” planı altında Ermənistan XİN başçısının  bu yaxınlardakı danışıq masasının üzərində Kazan sənədinin – tərəflərin hələ 2011-ci ildə Ermənistan, RF və Azərbaycan prezidentlərinin görüşü zamanı qəbul etməli olduğu və Bakının son anda qəbul etmədiyi layihənin durduğu haqda bəyanatı nəzərdə tutulur.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan öz növbəsində lavrovin İrəvan səfərini şərh edərək “Qarabağ münaqişəsinin nizamlanmasına nisbətdə mətbuatda böyük hissəsi gerçəklikdən uzaq olan dərclər yayılır” deməklə yenidən müəmma yaratdı.

Onun sözlərinə görə, “həmsədrlərin təklif etdikləri Ermənistan tərəfinin arzuladığı deyil, lakin təməldə qarşılıqlı güzəştlər durur. Daha artıq danışım. Sonraya saxalanmış referendum ideyası var”.

İstənilən halda dünya diplomatiyası Qarabağda üçgünlük qanlı münaqişədən sonra mıntiqi və münaqişənin nizamlanamsına nisbətdə fəaliyyət taktikasını dəyişməyə başlayırsa, onda sual yaranır: Bakı, İrəvan və Stepanakert labüd güzəştlərə hazırdırmı?  

 

Stanislav Tarasov

Regnum İA, 22.04.2016

Tərcümə Strateq.az-ındır.