XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 11:59

Rusiyalı ekspert:Qərb və Moskva Cənubi Qafqazda Azərbaycana sərfəli nüfuz dairəsi bölgüsü aparır – Təhlil

tanklar

İrina Corbenadze

Rosbalt.ru, 25.04.2016

 

Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən İrəvana səfər etdi və respublika prezidenti Serj Sərkisyanla söhbət apardı. O, Osmanlı imperiyasında erməni soyqırımı (mətndə belədir – tərc.) qurbanlarının xatirəsini yad etdi və əlbəttə, uyğun memorialı və Hüzn kitabında qeydlər etdiyi muzeyi ziyarətə görə Ermənistan cəmiyyətinin bir hissəsinin rəğbətini qazandı. Lakin cəmiyyətin digər hissəsi “Lavrovun boş əllə gəlmədiyi”, ancaq bu “əllərdə” ermənilərin istədiyinin deyil, Bakının istədiyinin olduğu – Dağlıq Qarabağın və ermənilərin tutduqları ərazilərin Azərbaycana qaytarılması – şübhəsiylə bu zaman İrəvanın mərkəzində mitinq keçirirdi. Etiraz aksiyasının iştirakçıları Ermənistan prezidentindən Qarabağ nizamlamasında güzəştlərdən imtina etməyi və sülhməramlıların bölgəyə daxil edilməyinə yol verməməyi tələb edirdilər.

Həmçinin XİN və Müdafiə nazirliyi başçılarının, silahlı qüvvələrin baş qərargah rəisinin və mitinqçilərin fikrincə, Dağlıq Qarabağda böyük qurbanlara səbəb olmuş nəzarətsizliyə görə, Ermənistanın bir sıra digər yüksəkvəzifəli məmurlarının istefası qoyulurdu.

Bundan savayı, aksiya iştirakçıları Dağlıq Qarabağda gərginliyin güclənməsi ilə bağlı beynəlxalq qurumların fəaliyyətsizliyinə etiraz, nizamlama üzrə danışıqlarda Stepanakerti (mətndə bu cürdür – tərc.) tərəf etməyi, Türkiyəni ATƏT-dən çıxartmağı və Azərbaycana Rusiya silahının satılmasını dayandırmağı tələb etdilər.

Lakin sülhməramlıların daxil edilməsi məsələsi Ermənistanda niyə aktuallaşıb; nə üçün Ermənistan cəmiyyətinin önəmli qismi buna qarşı qəti şəkildə çıxış edir və Lavrov Sərkisyanla nədən danışıb? Ermənistan XİN başçısı Edvard Nalbandyanın məlumatına görə, Qarabağ nizamlaması prosesində ərazi güzəştləri məsələsi müzakirə edilməyib. Hətta nazir iddia edir ki, Lavrov nizamlama üzrə heç bir təkliflər zərfi gətirməyib, yalnız ATƏT-in Minsk qrupunun “hamıya məlum” təklifləri nəzərdən keçirilir. Bu halda sual meydana çıxır: Lavrovun, sadəcə, Ermənistanın rəmzi Ararat dağının (mətndə bu cürdür – tərc.) fotoşəklini çəkmək və İrəvanı gəzmək ağlına gəlib?

Nalbandyan daha tutarlı görünmək üçün dedi: “Təkliflər Azərbaycana sərfəli olsaydı, danışıq prosesi dalana dirənməz və Bakı problemi hərbi yolla həllə cəhd edib, bu zaman məğlubiyyətə düçar olmazdı”.

Lakin, birincisi, Bakının “məğlubiyyəti” məsələsi olduqca mübahisəlidir.

kincisi, danışıqlarla bağlı dalan vəziyyətinə görə Azərbaycan məhz Ermənistanı ittiham edir.

Üçüncüsü, Qarabağ münaqişəsi zonasında hərbi kəskinləşmə məhz sülhməramlıların daxil edilməsi məsələsinin aktuallaşmasına xidmət edə bilər, lakin bu haqda sonra…

Hələlik isə İrəvan meydançasından Türkiyəyə qarşı iddialar irəli sürmək üçün istifadə edən Lavrovun birbaşa nitqi haqda. O dedi: “Hesab edirəm ki, Türkiyə rəhbərliyinin ağzından səslənən açlıqlamalar sadə bir səbəbə – sülhə deyil, müharibəyə çağırış olduğuna görə tamamilə qəbuledilməzdir. Bu, münaqişəni hərbi yolla həll etməyə çağırış idi”.

Lakin bu bəyanat da Lavrovun “məxfi” missiyasının xeyrinə ermənilərin rəğbətini qazanmadı. Yerli müşahidəçilərin əksəriyyəti Rusiyanın Qarabağ nizamlamasındakı rolu haqda olduqca kəskin şəkildə danışır və deyir ki, Türkiyə Azərbaycana hər cür dəstək verdiyi halda, Rusiya “strateji tərəfdaşı” Ermənistana heç bir şəkildə yardım etmir.

Ermənistanda bütün bu durumda Azərbaycanın xeyrinə hərəkət edən Rusiya siyasətinin “ikili dib”ini, yəni yeddi rayondan beşini ona qaytarmağa və münaqişə zonasına sülhməramlılar daxil etməyi görməyə meyllidirlər. Həm də Rusiyanınkını, çünki “özgələrinə” nə Moskva durar, nə də İrəvan. Eyni zamanda Dağlıq Qarabağın siyasi statusu “nə vaxtasa” təxirə salınır.

Ola bilsin, bu cür variant Ermənistan hökumətini qane edir – Sərkisyan müsahibələrinin birində artıq bildirib ki, onun ölkəsi sülhməramlıların daxil edilməsinə qarşı deyil. Lakin bu, Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi fonunda rusların Ermənistandakı “özbaşınalığına” qarşı artıq açıq şəkildə çıxış edən Ermənistan cəmiyyətinə xoş gələcəkmi? İrəvandakı mitinqlər göstərdi ki, xoş gəlmir və ermənilərin Rusiyaya münasibəti daha dözümsüz olacaq.

Düşünmək lazımdır ki, Rusiya hər halda erməniləri onlara sırıdığını qəbul etməyə məcbur etsə, azərbaycanlılar qabağında xal topуlayacaq, lakin güman etmirəm ki, uzun müddətə: Bakı Moskvanın sadiq “qardaşı” olmayacaq. Çox güman ki, istəyinə nail olub Cənubi Qafqazda Rusiyanın nüfuzunu daim zəiflətməyə və hörmətdən salmağa cəhd edən Ankaraya strateji  tərəfdaş qismində üstünlük verəcək. Lakin istisna olunmur ki, bu halda Moskvanın növbəti “ev tədarükü” tapılacaq.

…Sülhməramlılara qayıdaq. Onların bu gün Qarabağda gərək olub-olmadığı haqda çoxları sual edir – xüsusən də Stepanakertin özündə. Burada iddia edirlər ki, Dağlıq Qarabağın müdafiə ordusu bölgənin təhlükəsizliyinə ən yaxşı zəmanətdir. Erməni siyasətçilərinin də əksəriyyəti oxşar fikrin tərəfindədir, lakin bunun arxasında lovğalıqdan və xariciləri, yəni Rusiyanın təhlükəsizlik qüvvələrini bölgəyə buraxmamaq istəyindən başqa heç nə durmur.

Gümridəki hərbi bazanlın varlığına baxmayaraq, Rusiyaya ermənilərin getdikcə daha çox meylləndiyi NATO-nun can atdığı Cənubi Qafqazda yenidən möhkəmlənmək lazımdır.  NATO-nun Cənubi Qafqzada genişlənmiş iştirakı isə (məsələn, Gürcüstanla əməkdaşlığın gücləndirilməsi yolu ilə) alyansı Yaxın Şərqə yaxınlaşdırır – həm dənizdə, həm də quruda. Bu isə o deməkdir ki, Rusiyanın Cənubi Qafqazın daha bir meydançasında, yəni Qarabağda möhkəmlənməyi son dərəcə vacibdir – necə deyərlər, “qüvvələr balansı üçün”.

Bakıda Lavrovun Ermənistan səfərini diqqətlə izləyirdilər. Burada qeyd etməyinə dəyər ki, Bakı lap bu yaxınlarda Qarabağa sülhməramlıların yeridilməyinə heç cür razılaşmırdı. Çünki bu, Abxaziya və Güney Osetiya ilə müqayisədə uyğun ərazinin qəti şəkildə itirilməsi demək olardı. Lakin yəqin ki, hazırda Rusiya-Azərbaycan münasibətlərində və geopolitikada durum o qədər dəyişilib ki, Bakı (ola bilsin, vaxtından əvvəl) şeypur çalır.

Və ümumiyyətlə, Moskvanın indiki diplomatik fəallığı Azərbaycanda qaşqabaqla qarşılanmır, əksinə, Bakı Ruysiya hökumətinin problemi “qarşılıqlı güzəştlər” əsasında həll etmək təşəbbüsünə böyük ruh yüksəkliyi ilə yanaşır. Lakin bununla bərabər, rəsmi Bakı problemin siyasi nizamlanmasına Qərbin laqeydliyindən son dərəcə məyusdur. Hələ bir məyus olmasın da! Amerikalılar, o cümlədən Minsk qrupunun həmsədrləri Bakının başını tumarlamır və Əliyevi, az qala, “rəngli çevriliş”lə hədələyirlər. Və Vaşinqton “laqeyd” olmayanda Bakı buna olduqca kəskin şəkildə reaksiya verir. Və birdən təngə gətirsə, bu nizamlamanı Rusiyanın ixtiyarına verərlər. Bəlkə, bunun arxasında hansısa “məkrli” plan durur?

Plan isə tamamilə göz qabağındadır, lakin onun Bakıya qarşı yönəldiyi fakt deyil: ehtimal ki, Rusiya və Qərb adıbəlli “nüfuz zonaları”nı bölüşdürməyə razılaşıb, lakin bu kontekstdə hansısa konkretlikdən danışmaq hələ çox tezdir. Bunun Ermənistan-Azərbaycan çəkişməsinə çox uzaq münasibəti ola bilər: soyuq müharibəyə baxmayaraq, Moskva və Qərb öz maraqları naminə razılığa gəlməyi bacarır.

Ümumiyyətlə, bütün məsələlər ona doğru gedir ki, Qarabağ problemi ən yaxın vaxtlarda ölü nöqtədən tərpənəcək, lakin bu, hələ məsələnin uğurundan xəbər vermir: tərpətmək asan, dayanıqlı sülhü təmin etmək çətindir. Problem isə sıradakı sxemlə mərhələli şəkildə həll edilə bilər: Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarır, tərəflər qoşunu geri çəkir və sülh müqaviləsi bağlayır, Rusiya (KTMT) münaqişə zonasına sülhməramlıları yeridir və qaçqınların təhlükəsiz qaydışını təmin edir, Qarabağda tanınmamış respublikanın mənsubluğu üzrə referendum keçirilir.

Bu son bənd bütün nizamlama prosesini “heç”ə endirə bilər, çünki qarabağlılar (mətndə bu cürdür – tərc.) Azərbaycanın tərkibinə qayıtmağın əleyhinə səs verəcəklər, yəni “müstəqil” qalmaq istəyəcəklər. Və onda Azərbaycan ya başqa ərazilərlə mübadilənin əvəzində Qarabağ iddiasından əl çəkməli, ya da Stepanakertlə döyüşməli olacaq. Lakin bu, çətin olacaq, çünki Qarabağda “mavi dəbilqəlilər” əyləşəcək. Onlara hücum Rusiyaya müharibə elan etməyi bildirəcək.

Azərbaycan buna gedəcəkmi? Rusiya Ermənistanı çoxmərhələli həllə vadar edəcəkmi? Bu prosesdə fitnəkarlar meydana çıxacaqmı? Son suala cavab mütləqdir, çünki Cənubi Qafqazdakı hərbi xaosda xeyli qüvvənin marağı var. Onlar pis oyunda yaxşı mina düzəldib nəzərdə tutulan nizamlamanı alqışlayırlar. Ya da açıqca müharibəyə çağırırlar.