XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 15:38

Rus iqtisadçısı:Dağlıq Qarabağın tükənməz təbii sərvətləri heç kimə rahatlıq vermir – Təhlil

resurs

Dağlıq Qarabağla bağlı durumun zaman-zaman qızışıdırlması başı bəlalar çəkmiş və təbii şəraitinə görə nadir bölgənin resurs-xammal bazasına yiyələnmək planları ilə əlaqəlidir. Azərbaycan-Ermənistan münaqişəsi artıq minlərlə adamın həyatını aparıb, hər iki tərəfdən qaçqın axını əmələ gətirib.

1994-c ü ildə əldə edilmiş barışıq arabir pozulur və hər dəfə irimiqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi ilə doludur. Bəzi bölgə dövlətləri durumdan Ermənistandan daha çox Rusiyaya təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Bununla belə, köklü məsələ ərazinin kimə mənsub olmasında deyil, nə Azərbaycanın dövründə, nə də indi lazımi şəkildə istifadə edilən olduqca zəngin ehtiyat-sənaye bazasındadır.

Əlavə olaraq, təkində həm də hərbi-strateji xammal olan ərazi həm Azərbaycanın, həm də Ermənistanın uzunmüddətli iqtisadi inkişafında həlledici olmasa da, sanballı rol oynaya bilər. Hələ Dağlıq Qarabağın özü haqda danışmırıq.

Azərbaycan təbii ehtiyatlar və ekologiya nazirliyinin Stepanakert və İrəvanda təkzib edilməyən dəyərləndirməyinə görə, Dağlıq Qarabağda və qonşu rayonlarda qızıl və digər qiymətli ehtiyatları hasil edən 30-a yaxın müəssisə işləyir. Ermənistanın bölgədə 2001-ci ildən fəaliyyətə başlamış qızıl sənayesi şirkətlərindən biri (FDM) indiyədək 17 tondan çox qiymətli metal çıxardıb. Bütün Dağlıq Qarabağda isə əsasən böyük sənaye ehtiyatları olan 155 yatağın kəşfiyyat məlumatları var. Bunların içində 5 qızıl, altı civə, iki mis, qurğuşun, sink, doqquz gips, dörd mərmər-tuf mədənləri var. Daha 14 rəngli daşlar, 10 mineral su, 7 müalicəvi palçıq mədəni mövcuddur. Bölgənin və qonşu rayonların təkində həmçinin bismu, vanadium, kobalt, xrom, marqans, nadir metalllar, kükürd kolçedanının nişanələri var. Bu ehtiyatalrın əksəriyyəti hələ 50-70-ci illərdə kəşf edilib, lakin Bakı siyasi səbəblərdən burtada kəşfiyyat və hasilatı inkişaf etdirməməyə və bölgənin aqrar-kurort ixtisaslaşmasına üstünlük verdi.

Azərbaycan geologiya fondunun 1968-ci il may tarixli hesabatına görə, Dağlıq Qarabağda və ətraf bölgələrdə sıradakı sənaye ehtiyatları (tonla) mövcuddur: qızıl – 1250, gümüş – 4550, mis – 1,84 milyon, qurğuşun – 660 min, sink – 775 min, kobalt – 150 min,xrom – 2,25 milyon (qarışıq mədənlər nəzərə alınmaqla isə 3,5 milyon). Həmçinin xeyli boksit mədənləri qeydə alınıb – tərkibində 40% əsas xammal olan 120 milyon tonadək ehtiyat.

Üstəlik, Dağlıq Qarabağda və qonşu rayonlarda neft var. İrəvanlı ekspertlərin fikrincə, onun önəmli sənaye ehtiyatları Ermənistandakından xeyli çoxdur. Elə yerlər var ki, neftin təzahürü torpağın üzünə çıxır, lakin bu hələ sənaye hasilatı imkanından xəbər vermir.

Əksər ekspert dəyərləndirmələrinə görə, Qarabağda karbohidrogen ehtiyatları 250-300 milyon ton ola bilər. Bu ehtiyatların əksər hissəsi hələ 50 və 70-ci illərin ortalarında kəşf edilib. Mədənlər həm Dağlıq Qarabağın özündə, həm də ona bitişik rayonlardadır.

Con Hopkins adına Universitetin dəyərləndirməyinə görə (2000-ci illərin məlumatı), bir hissəsi Dağlıq Qarabağın güneyinə yayılan Araz vadisində ümumi ehtiyatı 250 milyon tondan az olmayan üç neft və 250 milyard kubmetrlik qaz yataqları var. Həmincə bölgədə yeddi “lokal tələ” deyilən və 2-5 milyon ton neft və 10-20 milyard kubmetr qaz cəmlənmiş yataq var.

Laçın rayonunda (1992-ci ildən Ermənistanın nəzarətindədir) hələ 60-cı illərin əvvəlində böyük neft-kimya xammalı yataqlarının əlamətləri aşkarlanıb. M.Sultanov və T.Şahsuvarovun "Геологические экскурсии по Азербайджану” (Баку, «Азэрнефтнэшр», 1960) araşdırmasında qeyd olunur: “Laçın rayonunda sənaye əhəmiyyətli kopal əlamətləri məlumdur. O, şirə-boya sənayesi üçün olduqca qiymətli xammaldır”.

Bundan əlavə, iki ölkənin sərhədlərinin şimal sektorunda, həmçinin qismən Gürcüstan ərazisində yerləşən və əvvəlcə sovet, sonradan Amerika geoloqları tərəfindən nisbətən böyük neft “meydanı” kəşf edilib.

Qeyd edək ki, Ermənistan həmişə YSM (yanacaq-sürtgü materialı-tərc.) daşınmasından asılı olub, lakin 1953-cü ildən sonra respublikada neftayırma və yerli qara qızıl ehtiyatlarının işlənməsi üzrə layihələrin yaradılması haqda Moskvada həmişə susublar və yaxud rədd edilib. Lakin respublikanın güney və güney-şərq hissələrindəki ehtimallı neft ehtiyatları, o cümlədən şistli neft “çox böyük” kimi qiymətləndirilib.

Yeri gəlmişkən, 2000-ci illərin başlanğıcında Azərbaycandan Türkiyə Ceyhanına Qarabağ, Ermənistan və Naxçıvandan keçməklə ən qısa neft kəməri layihəsi var idi. Lakin bu o vaxt açılmayan Qarabağ “düyünü”nün çözülməsi ilə bağlı idi. Fəaliyyətədə olan Azərbaycan-Gürcüstan-Türkiyə neft kəməri isə bəzi yerlərdə münaqişə zonasının 30-50- km-liyindən keçir. Münaqişə həmin beynəlxalq arteriyaya qədər genişlənsə, Ankara və NATO-nun müdaxiləsinə səbəb olacaq. Bu cür ssenarinin hərbi-siyasi nəticələri göz qabağındadır…

Aleksey Çiçikin,

iqtisad elmləri namizədi

VPK-news.ru, 26.04.2016

 




Yuxarı Əvvələ Ana Səhifə