XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

28 Aprel 2016 - 09:57

Erməni ekspetdən qalmaqallı iddia:İsrail dördgünlük müharibə zamanı Azərbaycana hərbi texnika ötürürdü – Təhlil

Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin haqq mübarizəsi həm Ermənistanda, həm də dünya ictimaiyyətində şok effekti doğurdu: Azərbaycan silahlı qüvvələrinin bu qədər opertaiv və güclü olacağını heç kim gözləmirdi. Sirr deyil ki, diplomatiya müharibənin sivil biçimdə davamıdır və Azərbaycan son illərdə qazandığı iqtisadi və siyasi potensialı həmin dörd gündə qismən sərgilədi. Gecikmiş erməni təbliğatı Ermənistanın dördgünlük müharibədəki məğlubiyyətinə haqq qazandırmaq üçün Azərbaycanın bölgədə və dünyada mənfi imicini yaratmaqda dəridən-qabıqdan çıxır, ən ağlasığmaz versiyaları gündəmə gətirir. Aşağıda tanış olacağınız yazı da bu qəbildəndir. Erməni “ekspert” Stepan Stepanyan indi də son zamanlar daha da sıxlaşan İran-Azərbaycan münasibətlərini hədəfə götürür…      

israil-pua

 

Stepan Stepanyan  

"Modus Vivendi" mərkəzinin eksperti

Lragir.am (Ermənistan), 27.04.2016

 

İsrailin “Haarets” qəzetinin yazdığından məlum olduğu kimi, Azərbaycan İsraildən 5 milyard dollarlıq silah alıb. Bundan başqa, qəzet məlumat verir ki, Azərbaycan SQ-nin nəqliyyat təyyarəsi aprelin əvvəlində dördgünlük müharibə vaxtı İsrailə iki dəfə uçuş edərək Uvda hərbi aerodromuna enib. Güman etməyə əsasımız var ki, Azərbaycana silahdan savayı Azərbaycan SQ-ə bu silahlardan istifadə etməyə yardım göstərən İsrail təlimatçıları və mütəxəssisləri çatdırılıb (biz həmçinin KİV-in nəzərindən kənarda qalmış başqa reyslərin də həyata keçirilıdiyini istisna etməzdik).

Ermənistan XİN artıq bu haqda etirazını bildirib, lakin İsraillə Azərbaycan arasında silah sövdələşməsinin məbləği və strukturu Arsax (mətndə bu cürdür – tərc.) münaqişəsinə münasibətdə İsrailin siyasətini bir daha təhlil etməyə vadar edir. Məlum olduğu kimi, silah ticarəti beynəlxalq siyasət və iqtisadiyyatın olduqca həssas sahəsidir – cəlb edilmiş dövlətlərin iqtisadi maraqları ciddi şəkildə siyasi prioritetlərə tabe olur. Bundan başqa, məsələ xüsusən də münaqişəli bölgələrə aid olarkən silah ticarətinə xeyli beynəlxalq-hüquqi məhdudluqlar var. Bu qayda ilə, Azərbaycan-İsrail (həmçinin Rusiya-Azərbaycan) hərbi əməkdaşlığına biznes kimi hər cür bəraət qazandırmaq cəhdlərini bir kənara qoymaq lazımdır – bu, həmin dövlətlərin Cənubi Qafqazda uzunmüddətli hədəflərini izləyən siyasətdir. Lakin hansıları?

İsrailin tədarük etdiyi silahların təhlili və tətbiqinə (daha dəqiqi, sınaqdan keçirilməsinə) fəal yardım güman etməyə əsas verir ki, İsrail daha diqqətlə nəzərdən keçirərkən üzə çıxan hədəfləri izləyir. Məsələn, Arsaxın müdafiə ordusu bu yaxınlarda İsrailin "BlueBird "şirkətinin istehsal etdiyi və nümunəvi uçuş zamanı 25,5 saat havada qalan "Thunder" taktiki pilotsuz təyyarəsini vurdu. Lakin bu cür təsirli nəticə Arsax və hətta bütün Ermənistan ərazisini müşahidə etmək üçün tamamilə artıqdır. Bu cür xarakteristikalar daha böyük ərazi, məsələn, … İranı müşahidə etmək üçün səmərəlidir!

Xatırladaq ki, İsrail İranın nüvə proqramının beynəlxalq müstəvidə aktuallaşmağının ilk günündən İrana önləyici zərbələrin endirilməsinin ən təcavüzkar tərəfdarlarından biriydi. Və hətta dünya birliyi və İran bu problem üzrə hiss olunası güzəştlər əldə edərkən İsrail barışmaz mövqeyini tərgitmir, İranla istənilən kompromnisi öz varlığı üçün ciddi təhdid sayır.

Bu versiya Arsaxdakı (Arsax – etimoloqların fikrincə, qədim türk-Azərbaycan sözü olub "Ər saklar vətəni" deməkdir-tərc.) hərbi əməliyyatlardan özünün ən yeni silahlarını sınaqdan keçirmək, ərazinin araşıdırlması, həmçinin İrana qarşı kəşfiyyat və təxribat fəaliyyətinin aparılması üçün istifadə edən İsrailin davranışını izah etməyə imkan verir. İsraildə Azərbaycan maraqlarını fəal şəkildə lobbiləşdirən Azərbaycan və Şimali Qafqazdan böyük diasporanın varlığını nəzərə almaqla bu ölkənin belə  siyasətinin müəyyən qədər antierməni yönünü də çıxdaş etmək lazım deyil. Həmçinin Azərbaycanın İrana nisbətdə qeyri-dost münasibətini də xatırlamaq vacibdir – yaxın keçmişdə Azərbaycan isteblişmentinin müxtəlif təmsilçiləri yüksək hakimiyyətdən xəbərsiz və icazəsiz İrana qarşı ərazi və digər iddialar irəli sürürdülər.

Beləliklə, müəyyən qədər əminliklə iddia etmək mümkündür ki, İsrail Azərbaycanın Arsaxın dinc əhalisinə qarşı təcavüzünə şəratit yaratmaqla əsasən özünün antiiran strategiyası çərçivəsində hərəkət edir və eyni zamanda Ermənistana öz rəqibi kimi deyil, ən azı, strateji düşməninin dostu kimi yanaşır.  

 

Tərcümə Strateq.az-ındır.