XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

28 Aprel 2016 - 11:32

“Vestnik Kavkaz” Sərkisyanın sözlərini xatırlatdı:"Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz"

ermeni-herbci

Ermənistan və Azərbaycan dalbadal üçüncü gecə intensiv artilleriya atəşi mübadiləsi aparır. Bu zaman Azərbaycan tərəfi xüsusilə dişbatan durumda göründü, çünki erməni “Qrad”larının, D-30 haubitsalarının və minaatanlarının atəşləri əsasən Tərtər şəhərinə və cəbhəyanı kəndlərə yağır. Ağdamın Afətli kəndinin gecə vaxtı atəşə tutulması nəticəsində, ən azı, bir yerli sakin yaralanıb.

Azərbaycanda Serj Sərkisyanın çoxdankı sözünü yaxşı xatırlayırlar: “Azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar və ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu sterotipi qıra bildik”.

Belə ki, Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə nisbətdə humanizmi haqda müəyyən təsəvvürlər də formalaşdı.

Güman ki, 5 aprel tarixli kövrək Moskva barışığı qısamüddətli effektə malikdir, lakin ola bilsin, bölgəni həmin çətin anda tammiqyaslı müharibəyə sürüklənməkdən saxladı. Lakin üç həftədən sonra hazırda durum mülki əhalini Ermənistanın atəşindən qurtarmaq məqsədilə bir sıra strateji yüksəkliklərin azad edilməsi üzrə Azərbaycanın hərbi əməliyyatlara başladığı həddədək gərginləşib.

Bakı o zaman “qırmızı xətt” çəkdi – bu xətti keçdikdən sonra artıq adi “snayper müharibəsi”nin tankların, artilleriyanın və döyüş aviasiyasının cəlb edilməsi ilə taktiki əməliyyatlar səviyyəsinə keçidi təhlükəsi yaranır. Yaşayış məntəqlərinə davam edən atəşi, dinc əhali arasında qurbanları və Azərbaycanın mülki infrastrukturunun dağıdılması nəzərə alınmaqla, istisna etmək olmaz ki, ən yaxın vaxtda tarix təkrarlanacaq.  Görünür, İrəvan da aprelin əvvəlində cəbhədəki iflasa görə “əvəz çıxmaq” imkanı əldə etməkdən ötrü elə buna bel bağlayır. Bununla yanaşı, Ermənistan tərəfi cəbhənin məhz Tərtər və Ağdam sahələrində “iş aparır”. Çünki bu bölgələrdə azərbaycanlılara nisbətən əlverişli mövqeləri tutur.

Ermənistan prezidenti Serj Sərkisyan “təhlükəsizlik zəmanəti” olmadan danışıqların mükünsüzlüyündən danışdığı vaxtda onun müdafiə naziri Ohanyan Ermənistana 200 milyon dollar həcmində güzəştli Rusiya krediti çərçivəsində Rusiya silahının uzanmaqda olan tədarükünü  mümkün qədər sürətləndirməyə cəhd etməkdən ötrü Moskvadadır. Ermənistan müdafiə idarəsinin rəhbəri də ali baş komandan kimi hazırda güclü ictimai və siyasi təzyiq altındadır.  

 

“Вестник Кавказа”, 28.04.2016

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə