XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 10:16

Erməni nəşri:Ermənistan barışığı sədəqə kimi xahiş etdi – Təhlil

Aykazn Qagriyan

Lragir.am (Ermənistan), 29.04.2016

tank-1

Ermənistan “isteblişment”i – bəzi KİV-lər, ekspertlər – Dördgünlük müharibə və sonrakı hadisələrdən sonra  hələ də “ərazilərin qaytarılması”nı müzakirə edirlər. Onlar beynəlxalq hüquq və sivillik baxımından danışmağa cəhd edirlər. Əsasən iki arqument gətirilir – guya bu, sülhü bərqərar etmək və qurbanlardan yayınmaqda yeganə üsuldur və ciddi zəmanətin əvəzində torpaqlar qaytarılacaq.

Bu əminlik haradandır – tarixi və şəxsi təcrübədən, bu cür “mübadilə”nin tarixi nümunələri varmı? Aydın deyil.

Bununla belə, təcrübə əksindən xəbər verir – münaqişələr müharibələrin yekunu əsasında həll edilir. İndiki halda yerdəyişmə baş verib – müharibə çərçivə müqaviləsi ilə başa çatmadı və Ermənistan tərəfi döyüş meydanındakı qələbəsini sənədlə təsbit edə bilmədi. Əlbəttə, bunda Rusiya da öz rolunu oynadı – münaqişənin həlli ona sərf etmirdi, çünki bölgədən sıxışdırılardı.

Lakin erməni ordusunun hər qələbəsindən sonra əlləri ilə başlarını tutaraq “qələbələrin altından necə çıxacaqlarını” soruşan Ermənistan hakimiyyəti, “isteblişment”i də bundan az rol oynamadı.  

Hərbi əməliyyatlar və beynəlxalq güclərin reaksiyası “isteblişment”in əvvəlki kimi torpaqları “verib-verməməyə” müncər edilən düşüncəsini dəyişdirmədi və beləcə də sülhü və sabitliyi möhkəmləndirəcək addımlar təşəbbüsündə olmadı. Belədə Ermənistan rəhbərliyi nə istədiyi sualına, demək olar ki, cavab verə bilmədi.

Hansı zəmanətdən söhbət gedə bilər? Bu cür zəmanəti kim verə bilər? Torpaqları verməyə hazır olanlara kim zəmanət verir? Ermənistan tərəfi Birinci Qarabağ müharibəsindən sonra “torpaqların qaytarılması” tezisini ehtiva edən bütün təkliflərlə razılaşırdı. Bu tezisin tərəfdarları izah edə bilərmi ki, niyə bu təkliflərdə Qarabağın statusu haqda məsələ yoxdur? Başa düşürlərmi ki, maraqlı ölkələr niyə bu məsələyə aydınlıq gətirmədi? Yəni “isteblişment”in arzuladığı zəmanəti vermədi?

Bunu anlamaqdan ötrü bu mənasız mübahisədən yuxarı qalxmaq gərəkdir. Zəmanət yox idi və olmayacaq. Ermənistan tərəfi bu cür təkliflərlə razılaşmaqla sülhə məcbur etməyi tərgitdi və barışığı sədəqə kimi xahiş etdi. Belə tərəfə kim zəmanət verər?

Məsələn, elə həmin maraqlı tərəflər indiki status-kvonu möhkəmlədəcək araşdırma mexanizminin tətbiqini təklif edirlər. Bu, əvvəlkilərin hamısını qüvvədən salan nizamlama üzrə yeni təklifdir. Nahaq deyil ki, Rusiya və Azərbaycan buna qarşı çıxış edir və bu, Dördgülük müharibə zamanı və həmsədrlərin İrəvanda mətbuat konfransında aydın şəkildə üzə çıxdı.

Hazırda yeni status-kvonun hüdudlarını müəyyən edəcək müharibə gedir. Ermənistan silahlı qüvvələri yeni siyasətin hərbi komponentini tam şəkildə yerinə yetirir, lakin iki cəbhədə – Rusiya-Azərbaycan tandeminə və Ermənistan “istiblişment”inin cinayətkar qeyri-adekvatlığına qarşı vuruşmağa məcburdur.

Durum dəyişilib və dərk edilir ki, torpaqların təhvil verilməsi qar uçqunu effekti doğuracaq və gec-tez Sünik torpağını (Zəngəzur mahalı- tərc.) yaxalayacaq.

Rusiya türk sivilizasiyasının beşiyidir və ortada türk xalqları həm demoqrafik, həm də keyfiyyət baxımından möhkəmlənirlər. Bu prosesi dayandırmaq mümkün deyil və bunun nəyə aparacağını hamı başa düşür. Dünya istəsəydi, bu torpaqları çoxdan “qaytarardı”. Xoşbəxtlikdən torpağa hüququ “isteblişment” yox, kürəsəl gerçəkliklər müəyyən edir. Yalnız onunla həmahəng hərəkət etmək lazımdır. Dünya hələlik Ermənistanın üzərindən xətt çəkməyib və qətiyyətli, suveren addımlar gözləyir. Sadəcə, bütün bu illər ərzində toplanmış zir-zibili təmizləmək lazımdır.

 

Tərcümə Strateq.az-ındır.