XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

30 Aprel 2016 - 10:30

Almaniya Türkiyədə hərbi baza açır –Təhlil

Aleks Vayden

Русская Германия (Almaniya), 30.04.2016

 

Incirlik

Bundesver ötən ilin axırından İŞİD qruplaşmasının islamçılarına qarşı mübarizə aparır. Alman hərbçiləri Bundestaqın 2015-ci il 4 dekabr tarixli mandatı əsasında həm Suriyada, həm də İraqın quzeyində cihadçılarla mübarizəyə qatılıblar. Bu mandatın fəaliyyət müddəti 2016-cı il dekabrın 31-dək məhdudlaşdırılıb, lakin artıq praktik olaraq indi aydındır ki, bu əməliyyat təkcə uzadılmayacaq, həm də daha da baha başa gələcək – əvvəldən planlaşdırılmlış 134 milyon avro açıqca kifayət etmir. Məsələ burasındadır ki, alman tərəfi Türkiyənin İncirlik dayaq məntəqəsi bölgəsində öz bazasını inşa etmək niyyətindədir. Çoxtəyinatlı Tornado döyüş təyyarələri məhz Suriya ilə həmsdərhəd bu məkandan hava kəşfiyyatına yollanır. Lüftvaffe kəşfiyyata və amerikalılarla onların müttəfiqlərini terrorçuların mövqelərinə yönəltməklə yetinib İŞİD-in mövqelərinə bomba zərbələrində iştirak etmir. Lakin istisna olunmur ki, bu durum dəyişilə bilər. Hər halda, iddia olunur ki, özəl aviabazanın inşası islamçılara qarşı əməliyyat çərçivəsində Almaniyaya “vəzifələrin icra səviyyəsini genişləndirmək” imkanı verməlidir.

Əslində, söhbət ondan gedir ki, Berlin Suriya və İraqdakı hərbi missiyasına uzunmüddətli xarakter verir. Deməli, mətbuata sızmış məlumata əsasən, Almaniya yaxın yarım ildə Tornado və yancaqdolduran Airbus üçün uçuş-enmə zolağının inşasına on milyona yaxın avro sərf edəcək. Bundan başqa, Federal müdafiə nazirliyi qazarmaların inşası və Bundesverin yüzlərlə hərbçisinin yerləşdməyi üçün 15 milyona yaxın avro ayıracaq. Daha 34 milyon avro yeni komanda məntəqəsinin tikilməsinə xərclənəcək. Nəzərdə tutulur ki, əsas hərbi obyektlər 2017-ci ilin yayına başa çatmalıdır. Bu zaman xərclərin ümumi məbləği tam 65 milyon avro və daha çox ola bilər.

Xatırladaq ki, alman tərəfi bu əməliyyata qatılmaq üçün altı Tornado təyyarəsindən savayı  yanacaqdolduran A310 MRTT təyyarəsi və Fransanın “Şarl de Qoll” aviadaşıyıcısını müşayiət üçün freqat ayırıb. Bundan başqa, alman kəşfiyyatçı sputniki SAR-Lupe ərazinin kəşfiyyat məlumatlarını tamamlamağa imkan verir

Bundestaqın mandatına əsasən, Suriya missiyası üçün Bundesver kontingentinin sayı 1200 nəfər hərbçini keçə bilməz.

Ekspertlər Almaniyanın öz hərbi aviabazasını yaratmağından danışarkən nəticələrlə bağlı hələlik tələsməməyi təklif edirlər. Çünki söhbət AFR-in ayrıca hərbi obyektindən deyil, alman tərəfinin hazırda Türkiyə hərbi bazasındakı hərbi-texniki gücünün artırılmasından gedir. Başqa məsələdir ki, alman hökumətinin və şəxsən Angela Merkelin son həftələrdə Türkiyə rəhbərliyinin satirik Yan Bömermanla bağlı əhvalat da daxil olmaqla müxtəlif ədalarına göz yummağa üstünlük verməyinin   səbəbi indi tamamilə aydınlaşır. Axı Türkiyənin iddialı lideri AFR-in Türkiyədəki hərbi iştirakının genişləndirilməsinə tamamilə rədd cavabı da verə bilərdi.

 

Tərcümə Strateq.az-ındır.