XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 06:38

Rusiya müsəlmanları Rusiya-Qərb mübarizəsində – Təhlil

Bakı nefti II Dünya Savaşında təkcə Rusiyanı deyil, bütün dünyanı xilas etdi

Ukrayna böhranı Kremllə Rusiya müsəlmanlarının münasibətinə necə təsir edib? Bu münasibətin xarakteri bu cür kəskin münaqişələrin təsirini hiss etməyə imkan verirmi? Ehtimal ki, müsəlman əhalisi 20 milyondan çox olan Rusiya Federasiysı SSRİ-nin İslam dininə yanaşmasından uzaqdır, lakin bu gözləntilərin yeri varmı?

SSRİ-nin yaradılması ilə çar administrsiyasına tabe olan bölgələrdəki minlərlə məscid dağıdıldı, digər məqsədlər üçün yenidən quruldu. Qorunmuş azsaylı ibadət yerləri rəmzi xarakter daşımağa başladı. 1920-ci illərdə gizli polisin təzyiqi altında Ufada idarəetmə mərkəzi əsasında birliklər yaratmaq yolu ilə bu ərazilərdə İslamın varlığını qoruyub saxlamaq istəyən ruhanilərin siyasi bürosu öz fəaliyyətini davam etdirmək imkanından məhrum idi.

Bundan başqa, II Dünya Savaşının bitməsi və sülh bağlanmasından sonra göstərilən qəhrəmanlığa baxmayaraq, Rusiya müsəlmanlarının tələbləri rədd edildi. II Dünya Savaşının gedişində öz energetik ressursları sayəsində “təkcə Rusiyanın deyil, dünyanın xilas edilməsi”ndə həyati önəmli rol oynamış Bakıda 1925-ci ildə 25 min məscid var idi. (Zənnimizcə, müəllif bu məqamda “Bakı” deyərkən bütün Azərbaycanı nəzərdə tutur-red.”) 1970-ci ilə doğru onların sayı 500-ədək azaldı. Rusiya müəlmanlarından kiminsə həcc ziyarətinə yola düşməsi mətbuatda lazımınca işıqlandırılırdı.

Rusiya müsəlmanlarının sovet dövründə məruz qaldığı basqı, sürgün, zorakılıq siyasətindən danışarkən Rusiya ziyalılarının əksəriyyəti bunu uzun illər ərzində əmələ gəlmiş refleks kimi müəyyənləşdirir. Bununla belə, qeyd olunur ki, SSRİ-nin düşmənçiliyi təkcə müsəlmanlığa qarşı deyil, həm də digər dinlərə qarşı yönəlmişdi. Əridilmiş kilsə zənglərindən tutmuş Sibirin əmək-islah düşərgələrinə sürgün edilmiş keşişlərə, ibtidai məktəbdə ateizmin təbliğindən tutmuş həmişəlik psixiatriya xəstəxanalarına qapatmaq istədikəri protestantlara qədər hər şey kütləvi qanun pozuntularından xəbər verir.

Stalinsonrası dövrdə “Hər necə olsa da, artıq daha pis olmayacaq” barədə baxış üstünlük təşkil etməyə başladı. Xruşov və Brejnyevlə bərabər bir qədər yüngülləşmə gəldi. Lakin Əfqanıstan müharibəsi müsəlmanların və Rusiya tərkibindəki digər icmaların münasibətində yeni bir təhlükənin közərməsinə səbəb oldu.

Qafqazda inkişaf etmiş siyasi İslam xüsusən çeçen müharibələrindən sonra slavyan əhalinin önəmli hissəsini təşvişə saldı.

Bu gün İslamın Rusiyada kəmiyyətcə ikinci böyük din olduğu və onun ardıcıllarının 20 milyonu aşdığını deyəndə həyəcan qarışıq təəccüb yaranır. SSRİ-də müsəlmanlar daha çox idi (50 milyon). İttifaqın altı respublikasında müsəlmanlar əksəriyyət təşkil edirdilər. Buna Ruisya Federasiyasının tərkibindəki Volqa-Ural bölgəsinin müsəlmanlarını, Qafqazda yaşayan xalqları, bir zamnalar Sibirə köç etmiş tatarları da əlavə edək. Bu cəmiyyətlərdə üstünlük təşkil edən məzhəb sünnilikdir. Şiəlik yalnız Azərbaycanda və Qafqazın bəzi bölgələrində nüfuza malikdir.

Slavyan millətçiləri Rusiya cəmiyyətinin diqqətini müsəlmanların sayının artmasına cəlb etmək istəyirlər. Onlar bu zaman alimlərin məqalələrinə və demoqrafik statistikaya söykənirlər. Onların fikirncə, bundan sonra da belə getsə, 2050-ci ildə Rusiyada müsəlmanların sayı xrsitianların sayı ilə bərabərləşəcək. Lakin belə bir fikir də var ki, hətta bu da vacib deyil, çünki Rusiya xristianları ilə müqayisədə müsəlmanlar öz dinlərinə müqayisəolunmaz dərəcədə daha çox bağlıdırlar və onu həyat tərzinə çeviriblər. Buna görə də Rusiyanın müsəlman əhalisi hətta say üstünlüyü olmadan da həm dövlət administrasiyasında, həm də Rusiya mədəniyyətində öz varlığını hiss etdirməyə vadar edəcək. Hərçənd təəssürat yaranır ki, Rusiyanın hakim elitası müsəlman əhalinin önəmli miqdarı müqabilində demoqrafik əyintilərin icmalararası mühitdə rəqabətə gətirib çıxardığı haqda təsəvvürləri lazımınca qiymətləndirməsə də, bu məsələnin nə qədər həssas olması barədə özünə hesabat verir.

O cümlədən bunu da onunla izah etmək olar ki, Türkiyədə olduğu kimi Rusiyada da “hər ailədə üç uşaq” ideyasında israrlıdırlar. Əlbəttə, bu çağırış Rusiya pasportu olan hər kəsə aiddir. Lakin maraq oyadan amillər, vergi güzəştləri, nisbətən böyük üstünlüklər əsasən slavyan mənşəli vətəndaşların yaşadığı bölgələrdədir. Ola bilsin, Kreml güman edir ki, dövlət büdcəsinə əlavə ağırlıq gətirməmək üçün müsəlman respublikalarında doğuşun özəl şəkildə həvəsləndirilməsi lazım deyil. Həm də bu çətin dövrdə edamı saxlamaq motivini, sanksiyaların təsiri ilə hiss ediləcək dərəcədə boşalmış dövlət büdcəsini və enerji resurslarının satışından zəif gəlirin əldə edilməsini başa düşmək olar.

Lakin “Kremlin arzuladığı müsəlmanlıq”la Rusiyada yaşayan müsəlmanlar üçün “ideal İslam” konsepsiyaları nə dərəcədə yaxındır? Müftilərə müraciət etsək, burada ciddi heç bir problem görmürük. Müftilər Şurasının üzvlərindən biri fikrini belə ifadə etdi: “Some minor problems” (bəzi əhəmiyətsiz problemlər). Bu zaman dövlətdən gözləntilər, ibadət yerlərinə vəsaitin ayrılması və toplaşma azadlığı ilə bağlı təzyiqlər haqqında danışılsa, güman ki, mövcud problemlərin miqyasını təsəvvür etmək olar.

Kreml siyasi müstəviyə aid ediləcək hüquqların təmin edilməsi tələblərinin yerinə yetirlməsi sahəsində o qədər də səxavətli deyil. Bu, hər şeydən öncə, toplaşma azadlığı və təhsildir. Kreml birinci növbədə Qafqazda, lakin son zamanlar Başqırdıstan və Tatarıstanda kütləvi həbslərə əl atır. Bunun üçün əsas qismində, iddia edildiyi kimi, Yaxın Şərqdən Rusiyaya axışan və ABŞ-ın dəstəklədiyi radikal qrupların varlığı göstərilir. Eyni zamanda nəşr və kitabların yasaqlanmasına (internet bunu mənasızlaşdırır) tez-tez əl atan Rusiya hökuməti administrasiyaya daxil olan müsəlmanları misal kimi göstərib Rusiyadakı mühitlə fəxr edir.

Əlbəttə, söhbət hansısa bir mübahisədən gedir-getsin, inam problemi mövcuddur… Hətta çarizm dönəmindəki müharibənin indiki dövrün çərçivəsində qiymətləndirilməsini nəzərə almasaq da, XIX əsrin sonundan başlayıb XX əsrə keçən kütləvi sürgünlər, qətllər və soyqırımda ittihamlar barədə yaddaş hələ də diridir. Bu, ənənə biçimini dəyişməklə sovet dövründə də davam edib. Əlbəttə, son yüz ildə qismətinə kütləvi qətl və dövlətin dəstəyi ilə planlaşdırılmış saysız-hesabsız həmlələr nəticəsində sürgünlər düşən Rusiya müsəlmanlarını qorxu və qırğınlar təhdid etmir. Lakin böyük şəhərlərdə özlərini tamamilə sakit hi
ss edəcəklərini iddia etmək hələlik çox tezdir.

Ukrayna böhranı meydana çıxanda gizli döyüşçülərə ehtiyacı olan ruslara ilk yardım siqnalı Qafqazdan gəldi. Krımın ilhaqından, Donbasda artmaqda olan gərginlikdən danışılsa, çeçenlər, dağıstanlılar, tatarlar və hazırda Ukraynada yaşayan müsəlmanlar Rusiyayönlü yığma qoşunun sıralarında vuruşmağa başladılar. Bölgədə döyüşən müsəlmanlar öz mövelərini ifadə edərək daha çox diqqəti ona yönəldirlər ki, əks cəbhədə (Kiyev hökumətinin formalaşdırdığı birləşmələrdə) bir müsəlman da yoxdur. Onlar bunda israrlıdırlar ki, Donbasda döyüşən müsəlmanlar Ukraynada əsas mübarizəni ABŞ-la aparır və güman edirlər ki, Yaxın Şərq hadisələri Vaşintonun xeyrinə işləyir.

Donbasda müsəlmanlarla yığma qoşunun həmrəyliyi rus xalqının önəmli hissəsində rəğbət doğurdu. Politoloqlar Kiyev hökuməti ilə mübarizədə müsəlmanların dəstəyini Rusiya cəmiyyətində sülhün qorunmasına əlverişli şərait yaradan gözlənilməzlik kimi qiymətləndirirlər.

Lakin ictimai rəy sorğularında daha ehtiyatlı atmosfer üstünlük təşkil edir. İki çeçen müharibəsi dövründə çətin anlaşılan ictimai münasibətlərin ardınca böyük şəhərlərdə baş verən zorakılıq aksiyaları ideoloji xarakter daşımağa başladı. Dövlət nəzarətindəki KİV-in zaman-zaman apardığı “iblisləşdirmə” siyasətini də bura əlavə etsək, aydın olur ki, qarşılıqlı inamı tezliklə bərpa etmək mümkün olmayacaq.

Barış Mutlu

“Dünya Bulteni” (Türkiyə), 04.06.2015